Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-608/2025 30.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Ucar rayonu Şahlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ucar rayonu Şahlıq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 3 ha taxıl sahəsini şumladaraq ona 500 manat dəyərində maddi ziyan vurmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs tanıdığını, Kürdəmir rayonu Xəlsə kənd sakinlərindən pay torpaq sahələrini şifahi razılaşma əsasında razılaşıb bir illik alaraq həmin yerdə çəltik əkdiyini, 27 may 2025-ci il tarixdə Kürdəmir rayonu Xəlsə kəndi ərazisində Mikayılın küçə qapısının yanında yerləşən kafedə tanışı X1 ilə birlikdə Mikayılla görüşdüyünü, Mikayıl özünün və ailəsinə məxsus pay torpaq sahəsini ona bir illik icarəyə verməyə razılaşdığını, Mikayıl 11 hektar torpaq sahəsini icarəyə verməyə razılaşdığını, buna görə də X2 1000 manat pul verdiyini, elə bu səbəbdən də 28 may 2025-ci il tarixdə Nicat adlı traktorçuya gedib həmin yeri şumlamasını tapşırdığını bildirdi. Hal-hazırda onunla barışıb və biribirilərinə qarşı heç bir şikayət və tələblər yoxdur. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, özünə və ailəsinə məxsus ümumilikdə 8.2 hektar pay torpaq sahəsi olduğunu, həmin pay torpaq sahəsini özü əkib becərdiyini, 28 may 2025-ci il tarixdə 3 hektar pay torpaq sahəsinin şumlanmasını gördüyünü, belə ki həmin vaxt Nicat adlı traktorçu onun yerini şumladığına görə traktoru saxlatdıraraq bu barədə icra nümayəndəliyinə şikayət verdiyini, Nicat ona bu yeri şumlamağı Aqil Tağıyev və Qinyaz adlı şəxsin ona tapşırmasını, lakin əslində həmin 3 hektar sahəni Aqil və Qinyaza vermədiyini, nəticədə ona 500 manat ziyanlıq dəydiyini göstərmişdir. Hazırda dəymiş ziyan ona tam ödənilmişdir, barışmışlar, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşə əlavə edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 iyun 2025ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Rüspublikası CM-in 186-cı maddəsinin tərkibi müəyyən edilmədiyindən həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 231-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın sürəti aidiyyəti üzrə göndərilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs izahatlarını dinləyib, həmçinin məhkəməyə təqdim edilən barışıq ərizəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 39.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-608/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-608/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver