Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-609/2023 03.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, iclas katibi Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Kürdəmir rayonu Xırdapay kəndində yerləşən Kürdəmir rayon X** Hüquqi şəxs barəsində Kürdəmir ayon Prokurorluğundan daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2*5.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir rayon X** Hüquqi şəxs qanunvericiliyə uyğun olaraq sertifikasiyadan küçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxdığına görə barəsində Azərbaycan Respublikasının İXM-nin 2*5.4-cü maddəsi ilə inzibati xəta protokol tərtib edilərək aidiyyəti üzrə Kürdəmir rayon məhkəməsinə göndərərək göstərmişdir ki, Şəxsn Ginekologya və doğum şöbəsinin həkim neonatoloqu X* dəfə 08 aprel 20*5-ci il tarixdə pediatriya ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüquq verən tibbi sertifikasiya şəhadətnaməsinin qüvvədə olma müddətinin 5(il) keçəmsinə baxmayaraq,bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etmədən hazırki vaxtadək Kürdəmir RMX-da praktik tibb fəaliyyətinə buraxıldığına görə hüquqi şəxs-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2*5.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar Bakı şəhəri Yasamal rayon Prokurorluğunun böyük müstəntiqi,İİ dərəcəli hüquqşünas X5 ** aprel 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı və digər sənədlərlə təsdiq olunmuşdur. Belə ki, Ucar rayonu Bərgüşad kənd sakini X4 qohumu Gülsarə Süleymanovanın xx.xx.2022-ci il tarixdə Kürdəmir RMX-da dünyaya gətirdiyi uşağın 02.*0.2022-ci il tarixdə Bakı şəhəri,K.Y.Fərəcova adına X2 həkim həkim səhlənkarlığı nəticəsində ölməsi barədə müraciəti əsasında Bakı şəhəri,Yasamal rayon prokurorluğunda 40-C-23 saylı material üzrə araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində Süleymanova Körpə(Gülsarə) Rəşad oğluna Kürdəmir rayon Mərkəzi Xəstəxanası PHŞ və K.Y.Fərəcova adına X3 PHŞ-də tibbi yardım göstərmiş həkimlərin əməllərində hər hansı cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından cinayət işinin başlanılması ** aprel 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.*.2-ci maddəsinə əsasən rədd edilmişdir. Araşdırma zamanı “Kürdəmir RMX” X*8 həkim-neonatoloqu X6 qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçmədən praktik tibb fəaliyyətinə buraxılmasında Azərbacan Respublikası İXM-nin 2*5.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinə işarə edən kiofayət qədər əsasar myyən olunduğundan “Kürdəmir RMX” X*8 və direktorunun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılmasından ötrü müvafiq hissədə material ayrılaraq ərazi aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon prokurorluğuna göndərilmişdir. Matriala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin insan resusları şöbəsindən daxil olmuş *0.03.2023-cü il tarixli,3-28/2-*605/2023 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reystri”də 09.03.*978-ci il təvəllqdlü X*0 barədə məlumat müəyyən edilməmişdir. X*0 Bakı şəhəri Yasamal rayon prokurorluğuna verdiyi ixahatında göstərmişdir ki,o,sonuncu dəfə 08.04.20*5-ci il tarixdə “pediatriya” ixtisası üzrə sertifikasiya şəhadətnaməsi əldə etmişdir. Həmin şəhadətnamənin qüvvədə olma müddəti 5 il olsa da,sonradan bununla bağlı müraciət edə bilməmişdir. Çünki həm pandemiya ilə əlaqəar oaraq,həm də pandemiyadan sonra Kürdəmir RMX-da həkim-neonatoloq ancaq o, olduğu üçün bununla əlaqədar imtahan verə bilməmişdir.Kürəmir rayon MRX-nın direktoru X*4 Bakı şəhəri Yasamal rayon prokurorluğnda yazdığı məlumatda göstərmişdir ki, Ginekologiya və doğum şöbəsinin həkim-neonatoloqu X9 fevral ayında təkmilləşmə kursunda olmuş,lakin sertifikasiya imtahanına çağırılmamışdır. Sertifikasiya imtahanəna çağırılan zaman imtahan verib sertifikasiya şəhadətnaməsi alacaqdır. Müəyyən edilmişdir ki,Kürdəmir RMX PHŞ-in Ginekologiya və doğum şöbəsinin həkim neonataloqu X* dəfə 08.04.20*5-ci il tarixdə pediatriya ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ verəntibbi sertifikasiya şəhadətnaməsi əldə etmiş,qanunvericiliyə uyğun olaraq həmin şəhadətnamənin qüvvədə olma müddətinin keçməsinə baxmayaraq,hazırki vaxtadək bnunla bağlı Səhiyyə Nazirliyinə müraciət etməmiş və yenidoğulmşu müalicə etdiyi xx.xx.2022-02.*0.2022-ci il tarixdə də daxil olmaqla hazırki vaxtadək praktik tibb fəaliyyəti ilə məşğul olmuşdur. Odur ki, Kürdəmr RMX PHŞ-n barəsində AR İXM-nin 2*5.4-cü maddəsi ilöə inzibati xəta haqında iş üzrə icraata başlanılaraq Kürdəmir RMX PHŞ-in inzibati məsuliyyətə cəl edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat aparılan hüquqi şəxs Kürdəmir rayon X** Hüquqi şəxsə və Kürdəmir rayon Prokurorluğuna lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Hakim hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında materiala baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Protokola əlavə edilmiş əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin insan resusları şöbəsindən daxil olmuş *0.03.2023-cü il tarixli,3-28/2-*605/2023 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reystri”də 09.03.*978-ci il təvəllqdlü X*0 barədə məlumat müəyyən edilmədiyi göstrilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2*5.4-cü maddəsində görə Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə inzibati tənbeh tədbiri nəzərdə tutulub. Şəxsn əməli işə əlavə edilmiş sənədlərlədə sübuta yetirilmişdir. Ona görə də, Kürdəmir rayon X** Hüquqi şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 2*5.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxsn əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *8.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 3*.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 2*-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən hüquqi şəxs Şəxsn törətdiyi xətanın xarakterini, onları xarakterizə edən halları, onların maliyyə və əmlak vəziyyətini, habelə onların qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq hüquqi şəxs Kürdəmir rayon X** Hüquqi şəxs barəsində aşağı həddə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-5*, **4, **7, *28-*30-cu maddələrini rəhbər tutaraq məhkəm, QƏRARA ALDİ : Kürdəmir rayon X** Hüquqi şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2*5.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən *0 gün müddətinə Şirvan apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-609/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-609/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver