Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-609/2025 30.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi ilə, xx.xx.1983-cü il tarixdə Kürdəmir rayonunun Xəlsə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kürdəmir rayonu, Xəlsə kəndində qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx), Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Aqil Əhmədovun 07 iyun 2025-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi İbrahim Sadıqov tərəfindən 12 iyul 2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 28 may 2025-ci il tarixdə saat 09 radələrində Kürdəmir rayonu, Xəlsə kəndində yaşayan Zərərçəkmiş şəxs 3 hektar pay torpaq sahəsini icazəsiz şumlayaraq Zərərçəkmiş şəxs 500 manat ziyan vumuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmişlər, lakin onlar üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatətləri daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs izahatında özünə və ailəsinə məxsus ümumilikdə 8.2 hektar pay torpaq sahəsi olduğunu, həmin pay torpaq sahəsini o özü əkib-becərdiyini, 28 may 2025-ci il tarixdə 3 hektar pay torpaq sahəsinin şumlanmasını gördüyünü, beləki həmin vaxt Nicat adlı traktorçu onun yerini şumladığına görə traktoru saxlatdıraraq bu barədə polisə məlumat verdiyini, Nicat ona bu yeri şumlamağı Şəxs və Qinyaz adlı şəxsin ona tapşırmasını, lakin əslində həmin 3 hektar sahəni Aqil və Qinyaza vermədiyini, nəticədə ona 500 manat ziyan dəydiyini göstərmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs izahatında Kürdəmir rayonu, Xəlsə kənd sakini Zərərçəkmiş şəxs tanıdığını, o və X1 rayonu, Xəlsə kənd sakinlərindən pay torpaq sahələrini şifahi razılaşma əsasında razılaşıb bir illik alaraq həmin yerdə çəltik əkdiklərini, 27 may 2025-ci il tarixdə tanışı Qinyazla birlikdə Kürdəmir rayonu, Xəlsə kəndi ərazisində Mikayılın küçə qapısının yanında yerləşən kafedə Mikayılla görüşdükdə Mikayıl özünün və ailəsinə məxsus pay torpaq sahəsini ona bir illik icarəyə verməyə razılaşdığını, buna görə də o, Mikayıla 1000 manat pul verdiyini, elə bu səbəbdən də 28 may 2025-ci il tarixdə Nicat adlı traktorçuya gedib həmin yeri şumlamağı tapşırdığını, Mikayılın ona həmin yeri bütov onlara verdiyini, lakin nə səbəbə görə Mikayılın onlardan şikayət etməsini bilmədiklərini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir RPŞ-nin rəisi polis polkovniki Arzu Rzayevə ünvanlanan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09 radələrində Kürdəmir rayonu, Xəlsə kəndində yaşayan Zərərçəkmiş şəxs 3 hektar torpaq sahəsini vətəndaşlar Şəxs və X3 icazəsiz şumlayaraq nəticədə Zərərçəkmiş şəxs 500 manat ziyan vurmuşlar. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, əməli törətmiş Şəxs və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti aidiyyatı üzrə (Şöbənin İTB-nə) göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi rədd materialında olan materiallar, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd olunan maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-609/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-609/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver