Məhkəmə qərarları › İş №3(041)-61/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-61/2024

16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-61/2024 16.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 16.35-də Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlu və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1968-ci Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Bakı şəhəri, Sabunçu rayonu Bakıxsnov qəsəbəsi,Sülh küçəsi,ev 8 nömrəli inzibati binada qeydiyyatda olan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddələri ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs zərərçəkmiş şəxs X2 qarşı dələduzluq edərək zərərçəkmiş şəxsə 500 manat maddi ziyan vurmuşdur. X4 oğlunun şikayət ərizəsi əsasında Kürdəmir rayon Polis şöbəsin İstintaq Bölməsində araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Kürdəmir rayon polis şöbəsinin müstəntiqi tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlnılması rədd edilmiş, onun əməlində AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan xx.xx.2024-cü il tarixdə barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, o, Vasifi tanıyır. Onu işə düzəltmək üçün ondan 500 manat almış, lakin onu işə düzəldə bilməmişdir. O, zərərçəkmiş şəxsə dəyən ziyanı ödəməmişdir. Tezliklə 500 manat pulu ödəyəcəkdir. Məhkəmə iclasında izahat verən zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, Şəxs onu işə düzəltmək adı ilə ondan 500 manat alsa da onu işə düzəltməmiş və hər dəfə onu aldadaraq onun pulunu qayrtarmaq istəməmişdir. O, da məcbur olun polis şöbəsinə şikayət etmişdir. Hazırda ona dəyə ziyan ödənilməmişdir və onlar barışmamışlar. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, X3 dələduzluq yolu ilə aldadaraq ona 500 manat maddi ziyan vurmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq onun məsiliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. İş materiallarına inzibati qaydada tutuma haqqında xx.xx.2024-cü il tarixli, AZA 000280 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə,saat 15.10-da inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar