Məhkəmə qərarları › İş №3(041)-610/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-610/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-610/2025 28.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, xx.xx.1973-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Kürdəmir rayonu Qocalı kəndində qeydiyyatda olmaqla yaşayan, (Fin:xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almadan mülki silahın əldə edilməsi qaydalarını pozaraq 1 ədəd “Tula” markalı, 16 çaplı, qoşa lüləli, ******* nömrəli ov silahını qeydiyyatsız saxlamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı və qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəxs gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 iyul 2025ci il tarixli qərardan görünür ki, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru İbrahim Sadıqov 28 iyun 2025-ci il tarixdə raport yazaraq, elə həmin tarixdə Kürdəmir rayonu Qocalı kəndi ərazisində xidmətdə olarkən həmin kənd sakini Şəxs evindən 1 ədəd sənədsiz, "9217614" nömrəli "Tula" markalı qoşa lüləli 12 çaplı ov silahı aşkar edərək polis şöbəsinə gətirməsini göstərmişdir. Təhqiqat zamanı Şəxs izahatında dədə-babadan qalma 1 ədəd sənədsiz, "9217614" nömrəli "Tula" markalı qoşa lüləli 12 çaplı ov silahı olduğunu, həmin ov tüfəngi ona miras kimi qaldığını, belə ki balacalıqdan onu evlərində gördüyünü, həmin ov tüfəngini evində heç kimin əli çatmayan yerdə saxladığını, gələcəkdə imkan olanda onu sənədləşdirmək fikri olduğunu, 28 iyun 2025-ci il tarixdə polis əməkdaşları onun evinə gələrək onda sənədsiz ov tüfənginin olmasını bildirərək evə baxdıqda həmin ov silahını aşkar edib götürdüklərini, həmin ov silahından heç vaxt istifadə etmədiyini göstərmişdir. Materialın icrası ilə əlaqədar Kürdəmir rayonu Qocalı kənd sakini Şəxs götürülümüş 1 ədəd sənədsiz, "9217614" nömrəli "Tula" markalı qoşa lüləli 12 çaplı ov silahı şöbənin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Şəxs törətdiyi inzibati xəta təhqiqatda verdiyi izahat, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq sözü gedən silahın müsadirə edilməklə onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 80 (səksən) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Kürdəmir rayon polis şöbəsində saxlanılan Şəxs götürülmüş 1 ədəd “Tula” markalı, 16 çaplı, tək lüləli, 02676 nömrəli ov silahı müsadirə edilsin və Azərbaycan Respublikası DİNnin X1 Baş İdarəsinin Mərkəzi Anbarına təhvil verilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə, Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar