Məhkəmə qərarları › İş №3(041)-611/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-611/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-611/2023 06.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs,tələbkar X2 və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin ica məmuru X3 iştirakı ilə xx.xx.1980-ci ildə Kürdəmir ayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Beyi kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X5 göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-37/2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2 uşağn saxlanması üçün cəmi 240 manat aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuş, lakin o, həmin borcunu kəsrlə ödədiyi üçün onun 1920 manat aliment borcu yaranmışdır. Borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra o, tələbkar Alidə Gülmalıyevaya 1200 manat da ödəmiş və onun 720 manat borcu qalmışdır. Borclu ayın sonanədək borcunu tam ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2021-ci il tarixli qətnaməsinə əsasən ondan 2 uşağın saxlanması üçün cəmi 240 manat aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. O, hər ay alimenti vaxtında ödəsə də kəsrlə ödədiyi üçün onun borcu yaranmışdır. O, hzaırda tələbkara 1920 manat olan aliment borcundan 1200 manat ödəmiş, qalan 720 manat borcu da ayın sonunadək ödəyəcəkdir. O, məsuliyyətini başa düşür və məhkəmə qərarına hörmətlə yanaşır. Odur ki, barəsində tərtib olunmuş inzibati materiala xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar X2 izahatında göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2021-ciil tarixli qətnaməsinə əsasaən Şəxs 2 uşağın saxlanması üçün cəmi 240 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Ramin alimenti hər ay ödəməmiş və onun 1920 manat aliment borcu yaranmışdır. O,dəfələrlə Raminə aliment borcunu ödəməsini xahiş etsə də hər dəfə müxtəlif bəhanələrlə alimenti ödəməkdən yayınışdır. O,hesab edir ki, Ramin ayın sonunadək qalan 720 manat aliment borcunu ödəyəcəkdir. Odur ki, haırki inzibati materiala xitam verilməsinə etiraz etmir. Beləliklə, məhkəmə barəsində inzibati icraat açılmış Şəxs,təlbkarın və İcra məmuru Ruslan Əsgərovun izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-37/2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2 uşağn saxlanması üçün cəmi 240 manat aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. Kürdəmir rayon məhkəməsiin 2021-ci il tarixli İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs ğluna qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuşdur. Borclu 1920 manat aliment borcundan 1200 manat ödəmişdir, qalan borcunu da ayın sonunadək ödəyəcəyini bildirmiş,tələbkar Alidə Gülmalıyeva da etirazını bildirməmişdir. Borclu Şəxs məsuliyətini başa düşdüyünü və məhkəmə qərarına hörmətlə yanaşdığını bildir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və İcra məmumurunun çağırışına da könüllü olaraq gəlmiş və icra sənədi üzrə borcundan ödəniş etmişdir. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar