Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-631/2024 20.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, məhkəmə iclas katibi X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 290.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış material məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Məhkəmənin icraatına Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X4 izahatında bildirmişdir ki, Kürdəmir rayonunun Topalhəsənli kənd sakini Zərərçəkmiş şəxs it dişləməsi barədə məlumat daxil olduqdan sonra araşdırma aparılmış, nəticədə Kürdəmir rayonunun Şıxımlı kənd sakini Şəxs ev heyvanlarının saxlanılması qaydasının pozulmasına yol verdiyindən onun barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, o, itini evində bağlı şəraitdə saxlayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun iti dişləməmişdir. Onun hansı it tərəfindən dişlənməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə küçədən keçərkən küçədə it ona hücum edərək onun qolundan dişləmişdir. Həmin itin kimə məxsus olmasını bilməmişdir. Onun hazırda Şəxs heç bir şikayəti yoxdur. Məhkəmə iş materiallarını, tərəflərin izahatları ilə əlaqəli şəkildə təhlil edərək müəyyən etmişdir ki, Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 290.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Ona görə də, həmin protokol və ona əlavə edilmiş iş materialları geri qaytarılmalıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 290.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati məsuliyyətə cəlb olunması üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq sənədlər toplansa da, iş üzrə zəruri araşdırma aparılmamışdır. Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsinə əsasən, bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə- səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən, bu Məcəllənin 290.3-cü maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Lakin iş üzrə materiallardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsində nəzərdə tutulmuş inzibati qaydada protokol tərtib edilsə də həmin maddənin dispozisiyasında göstərilən zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş xəsarətin dərəcəsi və ya zərərçəkmiş şəxsə hansı miqdarda maddi zərər vurulması müəyyənləşdirilməmişdir. Həmçinin Şəxs barəsində tərtib edilmiş protokolda onun ev heyvanlarını saxlama qaydasını pozduğu qeyd edilsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında evində bağlı şəraitdə it saxladığını, zərərçəkmiş şəxsi onun itinin dişləmədiyini, onun hansı it tərəfindən dişlənməsi barədə məlumatı olmadığını, zərərçəkmiş şəxs də öz növbəsində küçədən keçərkən küçədə itin ona hücum edərək qolundan dişlədiyini, lakin həmin itin kimə məxsus olmasını bilmədiyini göstərmişdir. Məhkəmə araşdırması zamanı Şəxs ev heyvanlarını saxlama qaydasını pozması və bunun nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulması nə zərərçəkmiş şəxsin izahatı, nə də ki Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsində sadalanan heç bir sübutla təsdiq edilmir. DİN 102 Xidmətinə olunmuş müraciət əsasında Şəxs əməlinə düzgün hüquqi qiymət verilməli, sonuncunun əməlində inzibati xəta tərkibi olduğu halda zərərçəmiş şəxsin sağlamlığına müvafiq rəy əsasında hansı zərərin vurulduğu və yaxud vurulmuş maddi zərərin miqdarı müəyyənləşdirilməlidir. Bundan başqa Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolda xətanın törədildiyi yer və vaxt göstərilməmişdir. Qanunvericiliyin tələblərinə görə inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi araşdırılmalı və dəqiq göstərilməsi zəruri olan mühüm əhəmiyyətə malik amillərdən biridir. Çünki işin baxılması, eləcə də şəxsin məsuliyyətə cəlb edilə bilməsi məsələsi yuxarıda göstərilən amilin dəqiq şəkildə iş materiallarında öz əksini tapmasından asılıdır. Qeyd edilənlərdən əlavə inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı da alınmamışdır. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər. Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Göründüyü kimi, şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması və iş üzrə zəruri araşdırmanın aparılmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 290.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 290.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material Kürdəmir Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material Kürdəmir Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-631/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-631/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver