Məhkəmə qərarları › İş №3(041)-632/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-632/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-632/2023 11.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Kürdəmir rayonu Mollakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Mollakənd kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Mollakənd kəndində arvadı Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə zamanı sonuncunun sarğı nahiyəsindən qəsdən vuraraq fiziki ağrılar yetirməklə onu döymüşdür. Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. İnzibati xəta törədən Şəxs göstərdi ki, Nilufərt onun arvadıdır.Onlar 2010-cu il tarixdən evlənmişlər və onların 2 uşaqları vardır. Xeyli müddətdir ki, Nilufərlə aralarında narazılıqlar vardır . Belə ki, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə,saat 13 radələrində o, evdə olan zaman anası Lela Hüseynova ilə pul üstündə mübahisə olmuş, həmin vaxtı Nilufər də mübahisəyə qarışmış və əsəbləşərək əli ilə Nilufəri vurmuşdur. Hazırda o, Nilufərdən üzr istəmiş və ona dəymiş ziyanı ödəməklə onunla barışmışdır. Əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Elşən onun əridir. Onlar 2010-cu il tarixdən evlənmiş və onların 2 uşaqları vardır. Münasibətləri normal deyildir. Belə ki, Elşən əsassız yerə heç bir səbəb olmadan daima ailədə mübahisə yaratmış və onu döymüşdür. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə,saat təxminən 13 radələrində Elşən anası Leyla ilə pul üstündə mübahisə etmiş ,o, da mübahisəyə qatılaraq qaynanası Leylanı müdafiə etdiyi üçün Erlşən əli ilə onu vuraraq ona xəsarət yetirmişdir. O, Kürdəmir RPŞ-nə gələrək Elşənin onu döyməsi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Halhazırda Elşən onunla barışmışdır. Ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək Elşən barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 235 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında Zərərçəkmiş şəxs bədənində aşkar olumuş xəsarətlər: sol sarğı nahiyəsində qançırın küt əşya təsirindən əmələ gəlməsi, xəsarətin xx.xx.2023-cü il tarixə uyğun gəldiyi və sağölamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, inzibati xəta hadisəsi törədən Şəxs onunla barışmışdır. İş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsi törədən Şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış və işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinin tələbinə görə bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişşəxs zərərçəkmişşəxslə barşıdıqda inzibati xəta haqqında işüzrə icraata xitam verilir. Ona görə dəməhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə barəsində olan inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 353.0.9, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARA ALDİ : İnzibat xəta törədən Şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi iləŞirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar