Məhkəmə qərarları › İş №3(041)-632/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-632/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-632/2024 20.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1980-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fədi əməkə məşğul olan, Kürdəmir şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 39-da yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşı X1 ünvanına ucadan qışqıraraq nalayiq ifadələr işlətməklə onun üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. Elçin Əzizovun raportu əsasında Şəxs barəsində xx.xx.2024-cü il tarixdə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə anası Simuzərlə mübahisə etmiş və anası DİN-nin 102 xidmət mərkəzinə zəng edərək ondan şikayət etmişdir. Polis əməkdaşları şikayət əsasında onun yaşadığı ünvana gələrək izahatının alınması üçün onlarla birlikdə Kürdəmir RPŞ-nə getəsini tələb etsələr də o,sərxoş olduğu üçün polis əməkdaşı Bəxtiyar Cahanovla mübahisə etmiş,əsəbləşərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Hazırda o, əməlindən peşmandır və Bəxtiyar Cahanovdan üzr istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 izahatında göstərdi ki, O,Kürdəmir RPŞ-də polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-in nüvbətçi hissəsində növbədə olarkən DİN-nin 102 xidmət mərkəzindən daxil olan şikayət əsasında Kürdəmir şəhəri,Ü.Hacıbəyoc küçəsi,ev 30 ünvanına getmiş və həmin vaxtı adını sonradan bildiyi Şəxs anası Simuzərlə mübahisə etdiyini görüb ona yaxınlaşaraq özünü təqdim etmiş və onda izahatı alınması üçün polis şöbəsinə getmək lazım olduğunu demiş, lakin Şəxs ucadan qışqıraraq nalayiq ifadələrlə təhqir etmişdir. Hazırda Şəxs ondan üzr istəmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, hadisənin baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Abbas Pirişova inzibati tənbeh tətbiq edərkən onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə, yəni 50 manat məbləğdə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA 000435 nömrəli inzibati qaydada tutma haqqındaprtokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə,saat 18.30da inzibnati qaydada tutulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğdə cərimə cəzası tətbiq edilsin və o,dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar