Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-634/2023 27.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi Cəbrayılzadə Fərid Bəbyala oğlunun katibliyi ilə X3 xx.xx.2023-cü il tarixli,EQ 15342753 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 13.01-də idarə etdiyi “KİA SORENTO” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Ağsu- Kürdəmir-Bəhrəmtəpə yolunda hərəkətdə olarkən yolda müəyyən edilmiş sürət həddini 41- 60 km\saat aşdığı müəyyən edilmiş, barəsində 15342753 nömrəli elektron protokol tərtib olunmuş və 3 bal və 150 manat məbləğində cərimə edilmişdir. Surət həddini aşdığını qeydə alan yol patrul xidməti əməkdaşı ona təhkim edilmiş xidməti atomobili bilərəkdən yolda böyük,uzaq məsafədən görünə bilməyən ağacın arxasında saxlamış, gizlənmiş,ipatrul sistemindən qanun tələblərinə riayət etmədən istifadə etmiş, bununla da həm öz vəzifə təlimatını, həm də “Yol hərəkəti haqqında” qanunun tələblərini kobud şəkildə pozaraq barəsində elektron protokol tərtib edilməsinə səbəb olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin Vİİ hissəsinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radartardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədi ilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqlərində isə 50-200 metr qabaqda quraşdırılır. Hərəkət etdiyi yolda və inzibati xətanın qeydə alındığı qeydə adıçəkilən nişanlardan heç biri quraşdırılmamış,sürət ölçən xüsusi-texniki vasitələrin olması ilə bağlı xəbərdarlıq edilməmişdir. Bundan əlavə YPX əməkdaşı hündür ağacın arxasında gizlənərək nəqliyyat vasitəsində quraşdırılmış radarı yol hərəkətinin iştirakçılarından gizlətmiş, i-patrul sistemindən qanunsuz olaraq istifadə etmiş və öz vəzifəsindən sui-istifadə etmişdir. Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinib 150 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş səndlərdən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 13.01də idarə etdiyi “KİA SORENTO” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun 73-cü km-də hərəkətdə olarkən yolda müəyyən edilmiş sürət həddini 21-43 km\saat aşmışdır. Eləcə də video görüntüdə YPX-i avtomobilinin yük avtomobilin arxasında qarşıdan gələn nəqliyyat vasitələri üçün görünməyən məsafədə idarə edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında biri digərini təkzib etməyən sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə barəsində qərar çıxarılmış X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Yol-patrul xisməti haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Daxili X2 Q25-001-17 nömrəli, 12 may 2017-ci il tarixli qərarının 4.3-cü bəndində əsasən patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. İşin həqiqi halları ilə müəyyən edilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə saat 13.01-də idarə etdiyi “KİA SORENTO” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun 73-cü km-də hərəkətdə olarkən onun surət həddini aşdığını qeydə alan YPX-i avtomobili quraşdırılmış xüsusi texniki vasitə Nicat Əlizadə üçün görünən məsafədə olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən eilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətfir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdaiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2023-cü il tarixdə saat 13.01-də idarə etdiyi “KİA SORENTO” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun 73-cü km-də hərəkətdə olarkən yolda müəyyən edilmiş sürət həddini 43 km\saat aşdığı müəyyən edilməsinə dair sübut, qanunda nəzərdə tutulmuş qaydada əldə edilməmişdir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində qərar qəbul edilmiş şəxs X3 şikayəti təmin edilməli, X4 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15342753 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə 150 manat inzibati qaydada cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15342753 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-634/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-634/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver