Məhkəmə qərarları › İş №3(041)-636/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-636/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-636/2024 28.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Sığırlı kəndində yaşayan- Şəxs barəsində Kürdəmir RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Nissan Tida” markalı, **-KM-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Kürdəmir şhərində idarə etdiyi “Nissan Tida” markalı, **-KM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərini bağlamadığı üçün DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış və onun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Bir daha belə hallara yol verməyəcinə söz verərək, əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta hadisəsi törətməsini və avtomobilin ailəsinin yeganə gəlir mənbəyi olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş AE 967068 nömrəli Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsindən görünür ki, Şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Şəxs özünün etirafı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir ki, o, nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyət ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tətbiq edilməsini qanuna müvafiq hesab edirə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada saxlanılan nəqliyyat vasitəsinin dayanacağında saxlanılan “Nissan Tida” markalı, **-KM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sahibinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar