Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-644/2024 25.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında iş üzrə icraat materiallarına görə Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün barəsində xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. Qeyd edilən inzibati material xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş və barəsində inzibati icraat açılmış şəxs şifahi vəsatət verərək icra sənədi üzrə bircunu ödəmək üçün oa vaxt verilməsini xahiş etmiş, məhkəmə onun vəsatətini təmin edərək ona vaxt vermişdir. Sonrakı məhkəmə iclasları barədə barəsində inzibati icraat aparılan şəxs qanunvericiliyin tələbi ilə məhkəmə bildirişləri göndərilsə də o, məhkəmə iclasına gəlməmiş və qaçıb gizlənmiş, xx.xx.2024-cü il tarixdə məhkəmə qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş müddət başa çatdığı üçün hazırlki iş üzrə icraata xitam verilməlidir. Qanunvericiliyə görə inzibati xəta törədən şəxs qaçıb gizləndikdə müddətin axımı dayanır, müddətin axımı həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur, lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından görünür ki, Şəxs inzibati xətanı xx.xx.2024-cü il tarixdə törədib və həmin vaxtdan qanunla müəyyən olunmuş 04 aydan artıq müddət keçib. Belə olan halda Şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz və onun barəsində olan inzibati xəta haqqında işüzrə icraata müddət keçiyinə görə xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nın 38.1-ci maddəsnin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə görə inzibati xəta törətmişşəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə görə bu məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda İnzibati xətalar haqqında işlər üzrə icraat rədd edilir. Azərbaycan Respublikasının İXM-nin 104.8-ci maddəsinə görə bu məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan RespublikasıİXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, müddət keçirildiyinə görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata müddət keçdiyi üçün xitam verilsin. Qərardan 10 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-644/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-644/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver