Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-648/2024 28.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Kürdəmir rayonunun Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Kürdəmir rayonu, Karrar qəsəbə ərazi dairəsi, Muğanlı kəndində qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ : Sadıqov X4 xx.xx.2024-cü il tarixdə saat 22:05-də istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edib qudası Mətanətin arvadı X2 və oğlanlarını aparması, ailəsi ilə görüşməyə icazə verməməsi ilə bağlı mərkəzə etdiyi müraciət üzrə Salyan RPŞ-də aparılan araşdırmadan narazı oımasını bildirmiş, Salyan RPŞ-nin rəhbərliyinin ünvanına nalayiq idafələr işlətmişdir. Bu barədə Kürdəmir RPŞ-nin sahə rəisi X3 tərəfindən Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, qudası Mətanət arvadı X2 və oğlanlarını özü ilə Salyan rayonuna aparmış, ailəsi ilə görüşməyə icazə verməmişdir. O, bu barədə Salyan RPŞ-də aparılan araşdırmadan narazı olduğundan 102 xidmətinə zəng edərək şikayət etmiş, həmçinin Salyan RPŞ-nin rəhbərliyinin ünvanına nalayiq idafələr işlətmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin nümayəndəsi, sahə rəisi, polis mayoru X5 izahatında göstərmişdir ki, Sadıqov X4 xx.xx.2024-cü il tarixdə ***-***-**-** mobil nömrəsi ilə DİN-nin 102 Xidməti Zəng Mərkəzi Sisteminə zəng edib qudası Mətanətin arvadı X2 və oğlanlarını aparması, ailəsi ilə görüşməyə icazə verməməsi ilə bağlı mərkəzə etdiyi müraciət üzrə Salyan RPŞdə aparılan araşdırmadan narazı olmasını bildirmiş, Salyan RPŞ-nin rəhbərliyinin ünvanına nalayiq idafələr işlədərək xırda xuliqanlıq etmişdir. Buna görə də o, Kürdəmir Rayon Polis Şöbəsinə dəvət edilmiş, orada özünün iştirakı ilə onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 fevral 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cu il tarixdə, saat 22:05 radələrində Şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Salyan RPŞ-nin rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətmişdir. 28 iyun 2024-cü il tarixli MN saylı ******* saylı protokoldan görünür ki, Şəxs 102 Xidməti Zəng Mərkəzi Sisteminə zəng edib nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. 28 iyun 2024-cü il tarixdə Kürdəmir Rayon Polis Şöbəsində verdiyi izahatdan görünür ki, Şəxs törətdiyi inzibati xətanı etiraf etmişdir. İş materiallarında olan audio diskə məhkəmə iclası zamanı keçirilmiş baxış zamanı Şəxs DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edib nalayiq ifadələr işlətməsi təsdiq edilmişdir. İş materiallarında olan Məhkəmə İşlərinin Elektron İdarəetmə Sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir Rayon Məhkəminə daxil olmuş materiallar əsasında Azərbaycan Respublikası İXM-nin 535.1 və 510, xx.xx.2024-cü il tarixdə isə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin özünün izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2029-cu il tarixdə, saat 22:05 radələrində DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edib Salyan RPŞ-nin rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətmiş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXMə-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən müəyyən edilməmişdir. Məhkəmə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun əməlini Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hesab edir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsini və məsuliyyətini ağırlaşdıran halı nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından məqsədəmüvafiq deyildir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 07 (yeddi) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 iyun 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-648/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-648/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver