Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-653/2023 13.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 19.00-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs, tələbkarlar X1,X9 və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə xx.xx.1963-cü ildə Kürdəmir rayonu Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən olunmuş müddətdə icra sənədini qəsdən üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, Şəxs qəsdən Xətai rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-7603/2015 saylı və Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1100/2022 saylı icra sənədlərini icra etməmiş və barəsində AR. İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X5 göstərdi ki, Xətai rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-7603/2015 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 914 ABŞ dolalrı borc tutulduğu vaxt manata məzənnə ilə və 20 manat dövlət rüsumunun alınaraq ünvan 1 ünvanında yerləşən “SÜSMobile” yə ödənilməsi qət edilmişdir. Bundan əlavə Kürdəmir rayon məhkəməsinin xx.xx.2022 il tarixli, 2(041)- 1100/2022 saylı icra sənədinə əsasən isə Şəxs və X3 müştərək qaydada cəmi 1070,99 manat tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. İcra vərəqələri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunsa da o, heç bir üzrlü səbəb bildirmədən şöbəyə gəlməmiş borcunu ödəməmişdir. Onun 2015-ci il tarixli icra sənədi uzrə 914 QABŞ dolalrı, 2022-ci il tarixli icra sənədi üzrə isə 1070 manat borcu qalmışdır. O, icra şöbəsinə gəlmədiyi üçün barəsində axtarış elan edildikdən sonra polis əməkdaşları tərəfində tapılaraq şöbəyə gətirilmişdir. Şöbədə onun izahatı alınmış və borcunu ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı onun məsuliyyət izah edilsə də o, işsiz olduğunu əsas gətirmişdir. Borclu Şəxs qərəzli olaraq ödəniş etməmiş və onun hər iki icra sənədi üzrə borcu qalmışdır. Bundan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Xətai rayon məhkəməsinin 2015-ci il tarixli, Kürdəmir rayon məhkəməsinin 2022-ci il tarixli qətnamələrini icra edə bilmir. O, heç bir yerdə işləmədiyi üçün borcunu ödəyə bilməmişdir. Hazırda da heç bir yerdə işləmir və borcunu ödəməyə maddi imaknı yoxdur. Beləliklə, Şəxs Xətai rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-7603/2015 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 914 ABŞ dolalrı borc tutulduğu vaxt manata məzənnə ilə və 20 manat dövlət rüsumunun alınaraq ünvan 1 ünvanında yerləşən “SÜSMobile” yə ödənilməsi qət edilmişdir. Bundan əlavə Kürdəmir rayon məhkəməsinin xx.xx.2022 il tarixli, 2(041)-1100/2022 saylı icra sənədinə əsasən isə Şəxs və X3 müştərək qaydada cəmi 1070,99 manat tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Hər iki icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun tələbini üzrsüz səbəbdən qəsdən yerinə yetirməmiş və onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun əmlak vəziyyətini, onun təqsirlilik dərəcəsini vəşəxsiyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 10 (on ) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-653/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-653/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver