Məhkəmə qərarları › İş №3(041)-653/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-653/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-653/2025 05.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Şahbazova Göyçək Kamil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Quba rayonunun Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Quba rayonu, Rustov ə/d, Rustov kəndində qeydiyatda olmaqla yaşayan (Fin xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Ağsu-Kürdəmir İmişli avtomobil yolunun Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisindən keçən 49-cu kilometrliyində, X2 idarə etdiyi Ford Transit markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir rayonundan üzü Mollakənd kəndi istiqamətdə hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 42-ci madddəsinin 1-ci hissəsinin və "yol hərəkəti haqqında "Azərbaycan Respublikası Qanunun "51-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinin tələblərinə və yol hərəkəti haqqında "Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "maksimum sürətin məhdúdlaşdırılması yol nişanın") tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara riayət etməyərək, nəqliyyat vasitəsini 80 km/saat sürətlə idarə edib, eləcə də onun arxası ilə hərəkətdə olan Şəxs idarə etdiyi VAZ 21154 markalı, ** HS *** nömrəli nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36-ci madddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və yol hərəkəti haqqında "Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24"maksimum sürətin məhdudlaşdırılması"yol nişanın") tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara riayət etməyərək, nəqliyyat vasitəsini 80 km/saat sürətlə idarə edib, bir-birilərinin idarə etdikləri avtomobillər ilə toqquşmuş, nəticədə Rəfail Bilalovun avtomobilində olan sərnişin Rufulla Bilalovun ehtiyatsızlığından sağ İV qabırğanın sınığı ilə müşaiyət edilən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri alması, həmçinin X2 və Şəxs mexsus avtomobillərə ziyan vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, özünü təqsirli bilmir, avtomobil idarə etmək üçün "BC" kateqoriyalı sürücülük hüququ var. Etibarnamə əsasında **-HS-*** dövlət qeydiyyat nişanlı "VAZ 2115" markalı avtomobili idarə edir. 02 yanvar 2025-ci il tarixdə saat 06 radələrində həmkəndlisi Kənan Orucov ilə birlikdə Quba rayonundan yas mərasimi üçün İmişli rayonuna getmək üçün yola düşmüşdür. Həmin tarixdə saat 10 radələrində Ağsu- Kürdəmir-İmişli magistral yolunun Kürdəmir rayonu Sor-Sor kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən avtomobili dönmə işığından istifadə edərək ötmə edərkən "Ford Transit" markalı avtomobil də anidən ötmə etmək istəmişdir. O, siqnal verdikdə həmin avtomobil idarəetməni itirmiş, bundan sonra avtomobili saxlaya bilməyib toqquşmuşdur. Toqquşma nəticəsində hər iki avtomobil yol kənarında düşmüş və "Ford Transit" markalı avtomobil aşmışdır. Bundan sonra avtomobildən düşüb və 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra aşmış avtomobildən uşağı çıxarmışdır. Bir müddət sonra polis əməkdaşları gəlmiş və birlikdə hadisə yerinin müayinəsində iştirak etmişlər. Hadisə Ağsu-Kürdəmir-İmişli magistral yolunun Kürdəmir rayonu Sor-Sor kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Yolun örtüyü asfalt və quru vəziyyətdə olmuşdur. Hadisə zamanı avtomobilində həmkəndlisi Kənan Orucov olmuş, "Ford Transit" markalı avtomobildə isə 2 nəfər şəxs olmuşdur. Hadisənin qarşısını almaq üçün tormozdan istifadə edərək avtomobilin sürətini azaltmışdır. Lakin həmin vaxt "Ford Transit" markalı avtomobil idarəetməni itirdiyi üçün avtomobilinin ön hissəsi onun arxa sol cinahına dəymiş və hər ikisi yolun kənarında düşmüşlər, həmin günü spirtli içki qəbul etməmişdir. Kürdəmir rayonundan İmişli rayonu istiqamətinə hərəkət etmişdir. Hadisə zamanı heç bir xəsarət almamış, kiminsə xəsrət aldığını görməmişdir. Hadisə zamanı 90 km/saat sürətlə hərəkət etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinə və zərəçəkmiş şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 327.8 və 328.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 07 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzrərində aşağıdakı xəsarətlər vardır” sağ İV qabırğanın sınığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə avtoqəza zamanı əmələ gəlməyə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 30 aprel 2025-ci il tarixli 8/409 saylı rəyində qeyd edilmişdir ki, təqdim edilmiş "VAZ-21154" markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotda, qabaq bamperdə, qabaq sağ və sol qanadda, qabaq sol qapıda, qabaq sol dirəkdə), "Ford Transit" markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (arxa sol qanadda, sol yan paneldə, qabaq-arxa sağ qapıda) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetlə kontakda olması, dəyməsi, o cümlədən nəqliyyat vasitələrinin biri-biriləri ilə toqquşması nəticəsində yaranması mümkündür. İlkin kontakt anında toqquşma "VAZ-g1454" markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi (qabaq şağ, qənad) İle "Ford Transit" markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 13-18 dərəcə bucaq altında baş vermişdir. xx.xx.2025 il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8 və 328.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin Kürdəmir RPŞ-nin DYPBnə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar