Məhkəmə qərarları › İş №3(041)-654/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-654/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-654/2025 04.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sürücülük fəaliyyyəti ilə məşğul olan, evli, Kürdəmir rayonu Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP7271160 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Ağsu-Kürdəmir İmişli avtomobil yolunun Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisindən keçən 49-cu kilometrliyində Şəxs idarə etdiyi Ford Transit markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir rayonundan üzü Mollakənd kəndi istiqamətdə hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 42-ci madddəsinin 1-ci hissəsinin və "yol hərəkəti haqqında "Azərbaycan Respublikası Qanunun "51-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinin tələblərinə və yol hərəkəti haqqında "Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24"maksimum sürətin məhdudlaşdırılması yol nişanın" tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara riayət etməyərək, nəqliyyat vasitəsini 80 km/saat sürətlə idarə edib, eləcə də onun arxasıyca hərəkətdə olan X3 idarə etdiyi VAZ 21154 markalı ** HS *** hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36-ci madddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və yol hərəkəti haqqında "Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24"maksimum sürətin məhdudlaşdırılması"yol nişanın " tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara riayət etməyərək, nəqliyyat vasitəsini 80 km/saat sürətlə idarə edib, bir birilərinin idarəe tdikləri avtomobillər ilə toqquşmuş, nəticədə Şəxs avtomobilində olan sərnişin Rufulla Bilalovun ehtiyatsızlığından sağ İV qabırğanın sınığı ilə müşaiyət edilən sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarətləri alması, həmçinin Şəxs X4 məxsus avtomobillərə ziyan vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişlər. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 328.2-ci və 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, avtomobil idarə etmək üçün "B" kateqoriyalı sürücülük hüququ var. Özünə məxsus olan **-KA-*** dövlət qeydiyyat nişanlı "Ford Transit" yük markalı avtomobil idarə edir və həmin avtomobil ilə yük daşıyır. xx.xx.2025-ci il tarixdə saat 10:04 radələrində oğlu Rufulla ilə birlikdə avtomobili ilə Ağsu-Kürdəmir-İmişli magistral yolunun Kürdəmir rayonu Sor-Sor kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşısında gedən avtomobili dönmə işığından istifadə edərək ötmə edərkən anidan arxadan "VAZ 21015" markalı avtomobilin ötmə etdiyini görüb dərhal öz yoluna qayıtmış, bu zaman həmin avtomobil idarəetməni itirib onun avtomobili ilə toqquşmuşdur. Toqquşma nəticəsində hər iki avtomobil yol kənarına düşmüş və avtomobili aşmışdır. Hadisə Ağsu- Kürdəmir-İmişli magistral yolunun Kürdəmir rayonu Sor-Sor kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Yolun örtüyü asfalt və quru vəziyyətdə olmuşdur. Hadisə zamanı avtomobilində oğlu Rufulla olmuş, "VAZ 21015" markalı avtomobildə isə 2 nəfər şəxs olmuşdur. Hadisənin qarşısını almaq üçün öz yoluna qayıtmışdır. Lakin həmin vaxt "VAZ 21015" markalı avtomobil idarəetməni itirdiyi üçün avtomobilinin arxa sol cinahına dəymiş və hər ikisi yolun kənarında düşmüşlər.Həmin günü spirtli içki qəbul etməmişdir. Hadisə zamanı 80 km/saat sürətlə hərəkət etmişdir. Şəxs izahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında zərərçəkmiş şəxs X4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş, cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, xx.xx.2025-ci il tarixdə saat 10:04-də Azərbaycan Respublikası DİN-in "102" mərkəzi-zəng xidmətindən operator məlumat verərək bildirmişdir ki, X6 ***-***-**-** nömrəsindən zəng edərək, Mollakənd yolu istiqamətində Ford markalı və VAZ 21154 markalı avtomobillər aşmışdır. xx.xx.2025-ci il tarixdə saat 15:00-da Kürdəmir MRX-dan qeydiyyatçı Nicat Abdurrahmanov telefonla RPŞ-nin Növbətçi Hissəsinə məlumat verərək, Kürdəmir rayonu Mollakənd kəndində yaşayan, xx.xx.2009-cu il təvəllüdlü X1 çiyin oynağının və kürək sümüyünün küt travması diaqnozu ilə xəstəxanaya daxil olmasını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış Şəxs izahatında göstərmişdir ki, Avtomobil idarə etmək üçün "B" kateqoriyalı sürücülük hüququ var. Özünə məxsus olan **-KA-*** dövlət qeydiyyat nişanlı "Ford Transit" yük markalı avtomobil idarə edir və həmin avtomobil ilə yük daşıyır. xx.xx.2025-ci il tarixdə saat 10:04 radələrində oğlu Rufulla ilə birlikdə avtomobili ilə Ağsu-Kürdəmir-İmişli magistral yolunun Kürdəmir rayonu Sor-Sor kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşısında gedən avtomobili dönmə işığından istifadə edərək ötmə edərkən anidan arxadan "VAZ 21015" markalı avtomobilin ötmə etdiyini görüb dərhal öz yoluna qayıtmış, bu zaman həmin avtomobil idarəetməni itirib onun avtomobili ilə toqquşmuşdur. Toqquşma nəticəsində hər iki avtomobil yol kənarına düşmüş və avtomobili aşmışdır. Bundan sonra biz avtomobildən düşmüşlər və "VAZ 21015" markalı avtomobilin sürücüsünün 102 xidmətinə zəng edərək məlumat verdiyini bildiyi və heç kimin xəsarət almadığını gördüyü üçün Sığorta şirkətinə zəng edərək məlumat vermişdir. Birmüddət sonra polis əməkdaşları gəlmiş və birlikdə hadisə yerinin müayinəsində iştirak etmişlər. Hadisə Ağsu-Kürdəmir-İmişli magistral yolunun Kürdəmir rayonu Sor-Sor kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Yolun örtüyü asfalt və quru vəziyyətdə olmuşdur. Hadisə zamanı avtomobilində oğlu Rufulla olmuş, "VAZ 21015" markalı avtomobildə isə 2 nəfər şəxs olmuşdur. Hadisənin qarşısını almaq üçün öz yoluna qayıtmışdır. Lakin həmin vaxt "VAZ 21015" markalı avtomobil idarəetməni itirdiyi üçün avtomobilinin arxa sol cinahına dəymiş və hər ikisi yolun kənarında düşmüşlər.Həmin günü spirtli içki qəbul etməmişdir. Kürdəmir rayonundan Mollakənd kəndi istiqamətinə hərəkət etmişdir. Hadisə zamanı oraya çox sayda insan toplaşsa da hadisəni dəqiq kimlərin görməsini bilmir. Hadisə zamanı mən heç bir xəsarət almamışdır. Hadisə zamanı n kiminsə xəsrət aldığını görməmişdir. Hadisə zamanı 80 km/saat sürətlə hərəkət etmişdir. Araşdırma zamanı izahatı alınmış X6 izahatında göstərmişdir ki, avtomobil idarə etmək üçün "BC" kateqoriyalı sürücülük hüququ var. etibarnamə əsasında **-HS-*** dövlət qeydiyyat nişanlı "VAZ 2115" markalı avtomobili idarə edir. 02 yanvar 2025-ci il tarixdə saat 06 radələrində həmkəndlisi Kənan Orucov ilə birlikdə Quba rayonundan yas mərasimi üçün İmişli rayonuna getmək üçün yola düşmüşdür. Həmin tarixdə saat 10:04-də Ağsu- Kürdəmir-İmişli magistral yolunun Kürdəmir rayonu Sor-Sor kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşısında gedən "Ford Transit" markalı avtomobili dönmə işığından istifadə ötmə edərkən "Ford Transit" markalı avtomobil də anidən ötmə etmək istidə, lakin siqnal verdikdə həmin avtomobil idarəetməni itirmiş, bundan sonra avtomobili saxlaya bilməyib həmin avtomobil ilə toqquşmuşdur. Toqquşma nəticəsində hər iki avtomobil yol kənarında düşmüş və "FordTransit" markalı avtomobil aşmışdır. Bundan sonra avtomobildən düşüb və 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəlmiş və birlikdə hadisə yerinin müayinəsində iştirak etmişşlər.Hadisə Ağsu-Kürdəmir-İmişli magistral yolunun Kürdəmir rayonu Sor-Sor kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Yolun örtüyü asfalt və quru vəziyyətdə olmuşdur.Hadisə zamanı avtomobilində həmkəndlisi Kənan Orucov var olmuş, "Ford Transit" markalı avtomobildə isə 2 nəfər şəxs olmuşdur. Hadisənin qarşısını almaq üçün tormozdan istifadə edərək avtomobilin sürətini azaltmışdır. Lakin həmin vaxt "Ford Transit" markalı avtomobil idarəetməni itirdiyi üçün avtomobilinin ön hissəsi onun arxa sol cinahına dəymiş və hər ikisi yolun kənarında düşmüşlər. həmin günü spirtli içki qəbul etməmişdir. Kürdəmir rayonundan İmişli rayonu istiqamətinə hərəkət etmişdir. Hadisə zamanı oraya çox sayda insan toplaşsa da mən hadisəni dəqiq kimlərin görməsini bilmir. Hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə zamanı kiminsə xəsrət aldığını görməmişdir. Hadisə zamanı 80 km/saat sürətlə hərəkət etmişdir. Araşdırma zamanı izahatı alınmış X7 anoloji izahat verərək X3 izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Araşdırma zamanı izahatı alınmış X5 anoloji izahat verərək Şəxs izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Hadisə yerinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Ağsu- Kürdəmir-İmişli magistral yolunun Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisindən keçən 49cu kilometrliyindən keçən yaşayış yeri olmayan ərazidir. Hadisə yerində şərti ölçülər avtomobillərin İmişli rayonu istiqamətində götürülərək aparılmışdır. Hadisə yerinə təbii işıq və açıq hava şəraitində baxış keçirilmişdir. Hadisə baş verən yerdə nəqliyyat vasitələrinin hərəkət sürəti 60 km/saata qədərdir, belə ki, hadisə baş verən ərazi 60 km/saat sürətlə olan 3.24 yol nişanın təsiri altına düşür. Hadisə yerində müşahidə kamerası yoxdur. Yol iki tərəflidir, 2 zolaqdan ibarətdir, istiqamət zolaqları biri-birindən ağ qırıq-qırıq xətlə ayrılmışdır. Yolun sağ və sol tərəfində 2.5 metr ölçüdə ehtiyat hissələri vardır, yolun ümumi eni 9.1 metrdir, asfalt üzərində olan sarı xətlər arasında olan 7 metr olmaqla, hər-bir hərəkət hissəsinin eni 3,5 metrdir. Ağsu-Kürdəmir-İmişli magistral yolunda sağdan sola istiqamətlənən 5 metr uzunluqda Vaz 21154 markalı **-HS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qabaq sağ təkərinə aid tormoz izi vardır. Həmin tormoz izindən sonra yolun İmişlı istiqamətinə görə sol çıyin üstə yerləşən ehtiyyat hissənin üstü ilə yarım aypara şəkilnində 42 metr məsafədə Vaz 21154 markalı **-HS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təkər şin izləri yerləşmişdir. Həmin izdən sonra Vaz 21154 markalı **-HS- *** dövlət qeydiyyat nişanlı minik avtomobilin qabaq sağ təkərinə aid Ağsu-Kürdəmir-İmişli magistral yolunda soldan sağa istiqamətlənən çəp şəkildə 7 metr tormoz izi, tormoz izinin sonundan isə 20 metr ara məsafəsində yolun İmişli istiqamətinə görə sol çıyin üstə yerləşən sarı xətdən mərkəzə doğru 3,3 metr məsafədə Vaz 21154 markalı **-HS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qabaq hissəsi ilə Ford Transit" markalı **-KA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin qismən sol yan orta hissə arasında baş vermiş toqquşma yeridir. Vaz 21154 markalı **-HS-*** dövlət qeydiyyat nişanlı minik avtomobil qismən çəp şəkildə arxası Ağsu-Kürdəmir-İmişli magistral yoluna doğqu, "Ford Transit" markalı **-KA-*** dövlət qeydiyyat nişanlı yük avtomobil isə qismən çəp şəkildə dam üstə üzü Kürdəmir istiqamətində aşmış vəziyyətdə dayanmışlar. Vaz 21154 markalı **-HS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin arxa hissəsi ilə toqquşma yerində olan məsafə 31 metr olmaqla, "Ford Transit" markalı **-KA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sağ yan hissəsi ilə toqquşma yeri arasında 38 metr ara məsafəsi olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 07 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ İV qabırğanın sınığı. Qeyd olunan xəsarətlər küt əşya(əşyalar) təsirindən törənmiş. qərardda göstərilən xx.xx.2025-ci il tarixdə avtoqəza zamanı əmələ gəlməyə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddi. Hadisədən sonra sürücü Şəxs vəllyasov Tural Mülküm oğlu tibbi müayinədən keçirilmiş, müvafiq olaraq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Şəxs vəllyasov Tural Mülküm oğlu hadisə zamanı ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 30 aprel 2025-ci il tarixli 8/409 saylı rəyində qeyd edilmişdir ki, Təqdim edilmiş "VAZ-21154" markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotda, qabaq bamperdə, qabaq sağ və sol qanadda, qabaq sol qapıda, qabaq sol dirəkdə), "Ford Transit" markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (arxa sol qanadda, sol yan paneldə, qabaq-arxa sağ qapıda) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmeta kontakda olması, dəyməsi, o cümlədən nəqliyyat vasitələrinin biribiriləri ilə toqquşması nəticəsində yaranması mümkündür. İlkin kontakt anında toqquşma "VAZ-g1454" markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi (qabaq şağ, qənajd) lle "Ford Transit" markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomı təxminən 13-18 dərəcə bucaq altında baş vermişdir. İstintaq tərəfindən göstərilən məlumatlara əsasən Ford Transit markalı 77KA098 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 51-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması)) yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən göstərilən məlumatlara əsasən VAZ-21154 markalı 99HS073 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü T.M.İlyasov avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması)) yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-çü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması)) yol nişanının tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Ağsu-Kürdəmir İmişli avtomobil yolunun Kürdəmir rayonu, Sor- Sor kəndi ərazisindən keçən 49-cu kilometrliyində, Şəxs idarə etdiyi Ford Transit markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir rayonundan üzü Mollakənd kəndi istiqamətdə hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 42-ci madddəsinin 1-ci hissəsinin və "yol hərəkəti haqqında "Azərbaycan Respublikası Qanunun "51-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinin tələblərinə və yol hərəkəti haqqında "Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24"maksimum sürətin məhdudlaşdırılması yol nişanın" tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara riayət etməyərək, nəqliyyat vasitəsini 80 km/saat sürətlə idarə edib, eləcə də onun arxasıyca hərəkətdə olan X3 idarə etdiyi VAZ 21154 markalı ** HS *** hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36-ci madddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və yol hərəkəti haqqında "Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24"maksimum sürətin məhdudlaşdırılması"yol nişanın " tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara riayət etməyərək, nəqliyyat vasitəsini 80 km/saat sürətlə idarə edib, bir birilərinin idarəe tdikləri avtomobillər ilə toqquşmuşlar nəticə də Şəxs avtomobilində olan sərnişin Rufulla Bilalovun ehtiyatsızlığından sağ İV qabırğanın sınığı ilə müşaiyət edilən sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarətləri alması, həmçinin Şəxs X4 məxsus avtomobillərə ziyan vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişlər. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 328.2-ci və 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs törətdiyi inzibati xəta özünün səmimi etirafı və iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsi). Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar