Məhkəmə qərarları › İş №3(041)-657/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-657/2023

14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-657/2023 14.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağsu rayonu Nəmirli kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə xidməti ərazidə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, Biləndərli Xanım onun arvadıdır. Xanım uşaqları da götürərək valideynlərinin yanına gəlmiş və o, da Xanımın işlədiyi və Kürdəmir rayonunda yerləşən “Asan Xidmət Mərkəzi” nə gedərək xanımın işdə olub olmasını soruşmuşdur. Bundan sonra Xanım işdən çıxaraq evlərinə gəlmiş .o, da Xanımgülüin yaşadığı Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən evlərinə getmiş, lakin darvaza bağlı olduğu üçün hasarın üstünə çıxaraq Xanımı səsləmiş, həmin vaxtı həyətə Xanımın anası çıxaraq Xanımdan əl çəkməsini tələb etmişdir. O, da Xanımdan çölə çıxaraq anasının deiyi sözü özündən eşidib gedəcəyini demişdir. Bu vaxt polis əməkdaşları gəlmiş və onunn qolundan tutuaraq məcburi şəkildə polis şöbəsinə aparmışlar. O, heç kimə tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də polis sahə rəisi vəzifəsində işləyir. Ürdəmir rayonun Xırdapay kndində yaşayan X1 şikayəti əsasında o,həmin ünvana getmiş və həmin vaxtı adını sonradan bildiyi Şəxs hasarın üstündə dayanaraq ucadan qışqıraraq Xanım adlı şəxsin ünanına nalayiq ifadələr işlətdiyini görüb ondan hasarın üstündən yerə düşməsini və sakitləşməsini xhiş etmiş, lakin Tural hasardan yerə düşməyərək onların qanuni tələbinə tab olmayaraq öz qanunsuz hərəkətlərinə davam etmişdir. Bundan sonra o, da məcbur olub kömək üçün əlavə polis köməyə çağırıb Turalı məcburi şəkildə polis şöbəsinə gətitib barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Tural onun əridir. Münasibətləri normal olmadığı üçün o, valideynırinin yanına qaydıb gələrək Kürdəmir şəhərində yerləşən “Asan Xidmət Mərkəzin”də könüllü kimi işləyir. Tural onun işlədiyi yerə gələrək onu narahat etmiş və rəhbərlik yanına qalxaraq onun işdən çəxarılmasını tələb etmişdir. Həmin günü Tural onu ölümlə hədələdiyi üçün o, polis mühafizəsi altında evlərinə gəlmişdir. Bundan bir az sonra Tural da onalrın yaşadıqlar Xırdapay kəndində yerləşən evlərinə gələrək hasarın üstünə çıxıb onu səsləmiş, lakin o, qorxusundan bayıra çıxmamış, anası həyətə düşərək Turaldan çıxıb getməsini tələb etmiş, lakin Tural getməyərək onu ucadan qışqıraq ölümlə d\hədələmiş və nalayiq ifadələlrə təhqir etmişdir. O,da buna görə DİN-nin 102 xidmət mərkəzinə zəng edərək şikayət etmiş, bir az sonra polis əməkdşalrı gəlmiş. Polis əməkdaşları Turaldan hasardan enməsini tələb etsələr də o, hasardan enməmiş və polis əməkdşalrı ilə əlbəyaxa olmuşdur. Bundan sonra polis əməkdaşalrı məcburi şəkildə onu avtomobilə mindirib özləri ilə aparmışlar. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özü etiraf etməsə də şahid ifadələri, inzibati xətanın baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs məhkəmədə veriyi ifadəsinə tənqidi yanaşaraq onun ifadəsini özünü müdafiə xarakterli olmasını hesab edir. Məhkəmə araşdırması zamanı inziibati xəta törədən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İşm materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA 000185 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il saat 17.30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin və o,dərhal zaldan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar