Məhkəmə qərarları › İş №3(041)-659/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-659/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-659/2024 04.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru Şəxs tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2085507 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-163/2024 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə R.R.İslamov tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-163/2024 nömrəli icra sənədinə əsasən 1 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Şəxshər ay 350 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədləri Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş və borclu xx.xx.2024-cü il tarixdə şöbəyə gəlmiş icraata başlama haqqında qərarın surəti və tələbin könüllü icra edilməsi barədə bildiriş ona təqdim edilmişdir. Hazırda borclunun tələbkara olan borcu 784 manat təşkil edir. İcra sənədini icra etməkdən yayındığı üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib edərək adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, icraata başlama haqqında qərarın surəti və tələbin könüllü icra edilməsi barədə bildiriş xx.xx.2024-cü il tarixdə ona təqdim edilmiş və həmin sənədlərlə yeni tanış olmuşdur. İcra sənədinə əsas verən məhkəmənin qətnaməsi ona təqdim edilmədiyi üçün qətnamə ilə tanış ola bilməmişdir, alimentin məbləği çox yüksək olduğu üçün qətnamədən apellyasiya şikayəti vermək barədə fikirləşir. Bildiriş ona təqdim ediləndən sonra qərara gəlmişdir ki, vəkillə müqavilə bağlayıb pozulmuş hüquqlarının bərpa edilməsi üçün həmin qətnamədən apellyasiya şikayəti versin. Məsələlərin həll edilməsi üçün ona müvafiq vaxt verilməsini xahiş etmiş, lakin icra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərmişdir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən o, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)- 163/2024 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatıdan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-163/2024 saylı icra vərəqəsinə əsasən 1 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Şəxs hər ay 350 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, icra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs Kürdəmir rayon icra və probasiya şöbəsinə gəlmiş, həmin gün icraata başlama haqqında qərarın surəti və tələbin könüllü icra edilməsi barədə bildiriş ona təqdim edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Hazırki iş üzrə təqdim edilmiş sənədlərdən məlum olur ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Bildirişdə tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmiş və göstərilən müddətdə icra edilmədiyi təqdirdə icranın məcburi qaydada təmin edilməsi barədə borcluya xəbərdarlıq edilmişdir. Həmin gün icra məmuru borcludan izahat almış və barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Əvvələn, icra sənədinin məcburi qaydada icra edilməsi dedikdə təkcə borclu barəsində inzibati xəta haqqında protokol tərtib etmək başa düşülmür. Məcburi icra tədbirləri “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsində qəti olaraq müəyyən edilmişdir və onlar aşağıdakılardan ibarətdir: - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; - tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; - tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; - icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; - bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları həmin Məcəllənin 44-cü maddəsində göstərilmiş və məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: - bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; - icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; - könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün ilk növbədə onun tərəfindən törədilmiş inzibati xəta mövcud olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə görə inzibati xəta dedikdə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) başa düşülür. Hazırki iş üzrə Şəxs əməlində inzibati xətanın tərkibi yaranmamışdır ona görə ki, icra məmuru tətəfindən ona təqdim edilmiş icra sənədi ilə razılaşmamışdır o əsasla ki, həmin icra sənədinə əsas verən məhkəmənin qətnaməsi ona təqdim edilməmiş və onunla tanış ola bilməmişdir. Mülki prosessual qanunvericliyin tələblərinə görə mülki mübahisənin tərəflərinin onları qane etməyən məhkəmə aktlarından yuxarı instansiya məhkəmələrinə şikayət etmək hüquqları tanınmışdır. Bundan əlavə, icra məmuru xx.xx.2021-cü il tarixdə icraata başlama haqqında qərar qəbul etmiş və bundan 13 gün sonra heç bir araşdırma aparmadan, qanunla müəyyən edilmiş məcburi icra tədbirlərinin tətbiqi ilə bağlı zəruri hesab edilən bütün icra tədbirlərini həyata keçirmədən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar