Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-660/2024 04.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayızadə Fərid Bəybala oğlunun katibliyi, Kürdəmir RPŞ-nin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Xırdapay ərazi dairəsi, Qağacılı kəndində qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materiallar daxil olmuşdur. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-in polis sahə rəisi, polis mayoru X3 izahat verərək bildirmişdir ki, Şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğu barədə daxil olmuş məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Qəribov X4 rayonunun Yenikənd kənd ərazisində saxlanılmış, o, saxlanılarkən polisə tabesizlik edərək müqavimət göstərmiş, sonra o, Rayon Polis Şöbəsinə gətirilmiş, onun narkotik vasitədən istifadə edib-etməməsini yoxlamaq məqsədilə Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinə təqdim olunmuş, Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin müayinəsində Şəxs sidiyində narkotik vasitə olan şüşənin və marixuana aşkar edilmişdir. Odur ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilir, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə isə təqsirli bilmir. Belə ki, o, narkotik vasitə hesab olunan şüşədən və marixuanadan istifadə edir, sonuncu dəfə təxminən 15 gün bundan əvvəl narkotik vasitə olan şüşədən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Kürdəmir rayonunun Yenikənd kənd ərazisində hərəkətdə olan zaman polis əməkdaşlaraq özlərini təqdim etmiş, onu narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün Kürdəmir Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir müqavimət göstərmədən və tabesizlik etmədən onları ilə birgə polis şöbəsinə gəlmişdir. Rayon Polis Şöbəsində narkotik vasitədən istifadə etdiyini etiraf etmiş, sonra isə polis əməkdaşları ilə birgə Mingəçevir şəhər Rayonlararası Narkoioji Dispanserində müayinədən keçməyə Mingəçevir şəhərinə getmişlər. Narkoloji Dispanserdə müayinə vaxtı narkotik vasitə olan şüşədən və marixuanadan istifadə etdiyi aşkar olunmuşdur. Ona polis şöbəsində heç bir formada təzyiq göstərilməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, sadəcə özü istifadə etmişdir. O, heç vaxt polisdən gizlənməmişdir. Əvvəl oğurluq əməlinə görə iki il həbsdə olmuş, 2024-cü ilin 15 mayında cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra o, Kürdəmir rayonunun Yenikənd kəndində yaşamışdır. Çünki orta məktəbə gedən uşağı həmin kənddə nənəsinin yanında qaldığından cəzaçəkmə müəssisəsindən çıxandan sonra o, həmin kənddə yaşamışdır. Probasiyada qeydiyyata alınmış, orda da onun Yenikənd kəndində yaşaması barədə qeydiyyat aparılmışdır. Polis əməkdaşları onu Kürdəmir rayonunun Qağacılı kəndində yox, Yenikənd kəndində saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, o, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonunun Qağaclı kənd sakini Şəxs tanıyır. Onun narkotik vasitələrin istifadəsində şübhəli olduğu barədə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Şəxs tərəfindən Kürdəmir rayonunun Yenikənd kənd ərazisində saxlanılmışdır. Şəxs saxlanılarkən polisə tabesizlik edərək müqavimət göstərmişdir. Sonra o, Rayon Polis Şöbəsinə gətirilmişdir. Şəxs narkotik vasitədən istifadə edib-etməməsini yoxlamaq məqsədilə Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinə təqdim olunmuş, Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin müayinəsində Şəxs sidiyində narkotik vasitə olan şüşə və marixuana aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X5 izahatlarında şahid X6 ilə ümumən eyni məzmunlu izahatlar vermiş, izahatlarında Şəxs polis şöbəsinə əvvəlcə getmək istəmədiyini, sonra isə onu polis şöbəsinə apardıqlarını bildirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Kürdəmir rayonunun Qağaclı kəndində yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə sidik nümunəsində marixuana və şüşə narkotik vasitələrinin əlamətləri müəyyən edildiyindən, onun əməlində Azrbaycan Respublikasəı İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTBnə göndərilmişdir. xx.xx.2024-cü il tarixli raportdan əsasən, xx.xx.2024-cü ii tarixdə saat 19:40 radələrində polis əməkdaşları Şəxs yaşadığı Kürdəmir rayonunun Qağacılı kəndinə getmiş, ona yaxınlaşıb özlərini təqdim etmiş və onu şübhəli şəxs qismində dindirilməsi üçün RPŞ-nə dəvət getmişlər. Bu zaman Vüsal ünvanlı və ünvansız nalayiq küçə söyüşləri söyərək onlarla mübahisə etməyə başlamış, onu dəfələrlə nizam-intizama dəvət etsələr də, Şəxs öz qanunsuz hərəkətlərini davam etdirirərək ucadan onların ünvanına küçə söyüşləri söyərək RPŞ-yə gəlməkdən və izahat verməkdən imtina etmişdir. Oradan uzaqlaşmaq istəmiş, onu yenidən nizam-intizama dəvət etsələr də, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qaçmaq istəyərkən onu məcburi şəklidə RPŞ-nə gətirmişlər. xx.xx.2024-cü il tarixli, 671 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan marixuana və şüşə aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində Kürdəmir rayonunun Qağaclı kəndində küçədə ünvansız nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə tabe olmamış, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs sonuncu dəfə 15 gün əvvəl narkotik vasitə olan şüşədən və marixuanadan istifadə etmiş, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, AZA 000449 №-li protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin: 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. İş materiallarında Şəxs tərəfindən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Belə ki, Kürdəmir RPŞ-nin İTB-in polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoda və xx.xx.2024-cü il tarixli raportda Şəxs yaşadığı Kürdəmir rayonunun Qağacılı kəndində Şəxs ünvanlı və ünvansız nalayiq küçə söyüşləri söyərək onlarla mübahisə etməyə başlaması, onu dəfələrlə nizam-intizama dəvət etsələr də, Şəxs öz qanunsuz hərəkətlərini davam etdirirərək ucadan onların ünvanlarına küçə söyüşləri söyərək polis şöbəsinə gəlməkdən və izahat verməkdən imtina etməsi, oradan uzaqlaşmaq istəməsi, onu yenidən nizam-intizama dəvət etsələr də, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qaçmaq istəyərkən onu məcburi şəklidə RPŞ-nə gətirmələri göstərilsə də məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin dindirilməsi zamanı, eləcə də iş materiallarından Şəxs ünvanlı və ünvansız nalayiq küçə söyüşləri söyərək polislərlə mübahisə etməsi, polis şöbəsinə gəlməkdən və izahat verməkdən imtina etməsi, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qaçmaq istəməsi kimi xüsusatlar təsdiq edilməmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və xx.xx.2024-cü il tarixli raportda Şəxs Kürdəmir rayonunun Qağaclı kəndində küçədə ünvansız nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə tabe olmadığı, bununla da onun Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd edilsə də məhkəmə iclasında verdikləri izahatlarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və şahidlər Şəxs məhz Kürdəmir rayonunun Yenikənd kəndində saxlanıldığını bildirmişlər. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Kürdəmir RPŞ-nə verdiyi xx.xx.2024-cü il tarixli izahatında polis əməkdaşlarının qanuni tələblərinə tabe olduğunu bildirmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirliliyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun həmin maddə ilə təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, işin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğu barədə daxil olmuş məlumat əsasında xx.xx.2024cü il tarixdə saat 20 radələrində Qəribov X4 rayonunun Yenikənd kənd ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmiş, onun narkotik vasitədən istifadə edibetməməsini yoxlamaq məqsədilə Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinə təqdim olunmuş, Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin müayinəsində Şəxs sidiyində narkotik vasitə olan şüşə və marixuana aşkar edilmişdir. Məhkəmə Şəxs istinad edilən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirsizliyi öz izahatı ilə yanaşı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, polis işçisinin və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərini pozma polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama hesab edilir. Məhkəmə araşdırması zamanı isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində qanuni tələblərə qəsdən tabe olmama aşkarlanmamışdır. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib etmiş orqan isə Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabesizlik göstərilməsini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab edilir: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə barəsində inzibat xəta haqqında iş üzrə icrat aparılan şəxs Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata həmin hissədə xitam verilməli, İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 01 ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq olunsun. Şəxs həbsdə saxlama müddətinin əvvəli 03 iyul 2024-cü il tarixdən, saat 20:30-dan hesablansın. Qərarın icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-660/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-660/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver