Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-661/2023 17.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş X2 iştirakı ilə xx.xx.1972-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şilyan kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Şilyan kəndində X4 ilə mübahisə edərək ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X2 raportu əsasında Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, həmin günü yəni xx.xx.2023-cü il tarixdə içkili olmuş və qonşunun həyətinə girərək pəncərən baxmışdır. X5 etdiyi şikayət əsasında polis əməkdaşı onun yaşadığı ünvana gələrək onu polis şöbəsinə dəvət etdikdə o, polis şöbəsinə gəlməkkdən qorxduğu üçün gəlmək istəməmiş və polis əməkdaşları ilə mübahisə edərək Aqil Kərimovu nalayiq ifadələrlə təhqir etmişdir. Hazırda əməlindən peşmandır, o, Aqil Kərimovdan üzr istəmişdir və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Kərimov Ağabala oğlu ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ NMQ-d əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə növbətçi hissədə olmuş və Kürdəmir rayon Şilyan kənd sakini X1 Azərbaycan Respublikası DİN-nin 102 xidmət mərkəzinə etdiyi şikayət əsasında Küdəmir ayon polis şöbəsinin İTB-nin baş inspektoru Fəhmin Kərimli ilə həmin ünvana getmiş və şikayətçini dinlədikdən sonra onun təqdim etdiyi video diskə baxış keçiridikdən sonra Şəxs yaşadığı həyətə gedib izahatı alınması üçün onu polis şöbəsinə dəvət etmişlər. Şəxs isə həyətə düşərək məsələnin mahiyəti ona izah edilmiş və izahatı alınması üçün onlarla birlikdə polis şöbəsinə getməsi xahiş olunmuşdur. O, isə mübahisə edərək ucadan qışqırıb nalayiq ifadələrlə onu təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Şəxs onun qonşusudur. Xeyli müddətdir ki, naməlum şəxsin onların həyətlərinə gidiyinini müəyyən etmiş, lakin həmin şəxsi taopıb müəyyən edə bilməmişdir. Bundan sonra o, gizlincə həyətə kamera quraşdırmış və gecədən xeyli keçdikdən sonra Şəxs onların həyətinə çilpaq vəziyyətdə girdiyini görüb bu barədə dərhal DİN-nin 102 xidmət mərkəzinə zəng edərək şikayət etmişdir. Şikayət əsasında polis əməkdaşalrı video diskə baxış keçirdikdən sonra AslanMəmmədovun yaşadığı həyətə gedərək onu həyətə çağırmış və məsələnin mahiyyəti izah edilkdikdən sonra izahatı alınması üçün onlarla birlikdə pois şöbəsinə getməsini xahiş etdikdə Şəxs Aqil Kərimovu ucadan qışqıraraq nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün etirafı zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi, hadisənin baş vermə şəraitindən, habelə iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlindən peşman olasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq, tərəflər arasında belə halların dəfələrlə təkrar olunmasını və belə halların qarşısını almaq üçün məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 17 iyul 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-661/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-661/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver