Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-661/2024 08.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 13.15-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1970-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, aləli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Söyüdlər kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Kürdəmir rayonu Söyüdlər kəndində şəxsi münasibətlər zəmnində aralarında yaransmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs vuraraq ona sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə qəsdən onu döymüşdür. Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət təqibinə xitam verilmiş, Şahin Babaşovun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, Vüsalə onun arvadıdır. Onalar 2001-ci il tarixdə evləniş və onların 4 uşaqları olsa da aralarında tez-tez mübahisələr olmuşdur və hər dəfə də onlar polis şöbəsində barışmışlar. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə günorta saat 2 radələrində işdən evə gəlmiş və o, arvadı Vüsalədən su qoymasını və bədəni tərli olduğu üçün mimmək istədiyini deyərək getmiş və saat 4-də qayıdanda Vüsalənin suyu qoymadığını görüb əsəbləşmiş və Vüsalənin yanında işləyən vetnlyatora ayağı ilə vurmuş işlək vəziyyədə olan ventlyator aşaraq Vüsaləyə dəymiş və o, Vüsalə xəasrət almşdır. O, Vüsaləni döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Vüsalə ona böhtan atır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Əmir onun əridir.Onlar 2001ci il tarixdən evlənsələr də həmin gündən bugünədək münasibətləri normal olamamış və Əmir hər dəfə sərxoş vəziyyətdə evə gəlib nalayiq iofadələrlə onu təhqir etmişdir. Dədfələrlə o, Əmirdən şikayət etsə də hər dəfə polis şöbəsində barışdıları üçün o, Əmiri bağışlamışdır. Sonucu dəfə xx.xx.2024-cü il tarixdə saat 4 radələrində Əmir evə gəlmiş isti su olmadığı üçün Əmir işlək vəziyyətdə olan ventlyatoru itələmiş ventlaytor aşaraq ona dəymiş və sonra da əli ilşə onun əlinə vurmuşdur.O, Əmir ilə barışmamış və barışmaq da istəmir,çünki belə hallar dəfəlrlə olmuş və o, hər dəfə Əmiri bağışlamışdır. Artıq neçənci dəfədir ki, belə hallar təkrar olur. Odur ki, Əmir barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində gösərdi ki, o, Kürdəmir RPŞ İTB-də polis sahə rəsi vəzifəsində işləyir. Vüsalənin şikayəti əsasında Kürdəmir RPŞ TBdə araşdırma aparılmış və Əmirin əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edildiyi üçün Əmir barəsində AR İXM-nin 157-ci maddəs ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əmir barəsində topölanmış əməliyyat məlumatında onun mənfi xarakterizə olunduğu və dəfələrlə evlərində münaqişə yaratdığı barədə məlumat daxil olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda xx.xx.2024-cü il tarixli, 242 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktından görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər –sol əlin arxa səthində qançırın küt əşya təsirindən əmələ gəlmiş, törənmə müddəti xx.xx.2024-cü il tarixinə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə araşdırması zamanı Şəxs əməlini özü etraf etməsə də zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi, hadisənin baş vermə şəraiti, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməməsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115, 117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01(bir) ay müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 08 iyul 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-661/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-661/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver