Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-665/2023 18.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 17.25-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1972-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qaraqocalı kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən olunmuş müddətdə icra sənədini qəsdən üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, Şəxs qəsdən Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(101)- 610/2011 saylı icra sənədini icra etməmiş və barəsində AR. İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(101)-610/2011 saylı icra vərəqəsinə əsasən Şəxs 386,050,00 manat (439,500 ABŞ dolları) Zərərçəkmiş şəxs1, 138,200,00 manat (158.000 ABŞ dolalrı) məbləğində pul tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ödənilməsi hökm edilmişdir. Şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin Bundan sonra icra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqəsini tam icra etməmiş onun icra sənədi üzrə borcu qalmışdır. Dəfələrlə Şəxs icra sənədinin mahiyəti izah edilsə də o, bu günə kimi cəmi 5080 manat ödəniş etmişdir. Hesab edir ki, Şəxs qərəzli olaraq icra vərəqsinin icrasını uzatmaqla icradan yayınır. Odur ki, barəsində onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı Ağır Cinayətlər məhkəməsinin 2012-ci il tarixli icra sənədindən məlumatı vardır. Özü cəmi icra sənədi üzrə 200 manat icra sənədi üzrə ödəniş edir. O, icra sənədinin ödənilməsində qərəzli deyildir, gər qərəzi olsa idi o, 200 manat da ödəniş etməzdi. Onun borcunu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Beləliklə, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(101)-610/2011 saylı icra vərəqəsinə əsasən Şəxs 386,050,00 manat (439,500 ABŞ dolları) Zərərçəkmiş şəxs1, 138,200,00 manat (158.000 ABŞ dolalrı) məbləğində pul tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ödənilməsi hökm edilmişdir. Bundan sonra icra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqəsini tam icra etməmiş onun icra sənədi üzrə borcu qalmışdır. Dəfələrlə Şəxs icra sənədinin mahiyəti izah edilsə də o, bu günə kimi ayda 200 manat olmaqla cəmi 5080 manat ödəniş etmişdir. Barəsində inzibati icraat açılmış şəxs məhkəmədə verdiyi ifadəsində də borcun birdəfəlik ödənilməsi ilə bağlı şəxsən heç bir təşəbbüs göstərməməklə işsiz olmasını əsas gətirərək borcunu birdəfəlik ödəyə bilməyəcəyini bildirərək öz hərəkətləri ilə məhkəmə qarşında qətnamənin icrası ilə bağlı qərəzli mövqeyini nümayış etdirir və birbaşa olaraq icra vərəqəsinin icrasına maneçilik törətdiyini ifadə edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Borc məbləği yüksək olduğu üçün icra sənədi hissə-hissə icra olunarsa buna uzun müddət vaxt tələb olunur ki, buda tələbkarın maddi vəziyyətinin ağırlaşmasına və hüquqlarının pozulmasına, tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadacaqdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hissə-hissə icra olunma müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli və tərəflərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(101)-610/2011 saylı icra vərəqəsinə əsasən Şəxs 386,050,00 manat (439,500 ABŞ dolları) Zərərçəkmiş şəxs1, 138,200,00 manat (158.000 ABŞ dolalrı) məbləğində pul tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ödənilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun əmlak vəziyyətini, onun təqsirlilik dərəcəsini vəşəxsiyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 18 iyul 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-665/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-665/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver