Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-665/2024 30.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə xx.xx.1992-cı ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan (VÖEN **********), (FİN-1EG1MTD) X3 barəsində Azərbaycan Respublikası Dövlət reklam agentliyi Bərdə regional reklam idarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 barəsində Azərbaycan Respublikası Dövlət reklam agentliyi Bərdə regional reklam idarəsindən daxil olmuş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən X3 2024-cü ilin iyul ayında Kürdəmir şəhəri Xırdapay kənd ərazisi Bakı prospektində yerləşən “Qaynaq” obyektinin qarşısında açıq məkanda müvafiq icazə olmadan digər fasad reklam qurğusu yerləşdirmiş, nəticədə N.A.Azayev tərəfindən Azərbaycan Respublikası İXM-nın 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, 2024-cü ilin iyul ayında Azərbaycan Respublikası Dövlət reklam agentliyi Bərdə regional reklam idarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı X1 Kürdəmir şəhəri Xırdapay kənd ərazisi Bakı prospektində yerləşən “Qaynaq” obyektinin qarşısında açıq məkanda müvafiq icazə olmadan digər fasad reklam qurğusu yerləşdirdiyi aşkar edilmiş, hərəkətlərində Azərbaycan Respublikası İXM-nın 428.7.1-ci maddəsinin tərkibi olduğu üçün N.A.Azayev barəsində Bərdə regional reklam idarəsinin əməkdaşı X2 tərəfindən həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 bildirdi ki, Kürdəmir şəhəri Xırdapay kənd ərazisi Bakı prospektində yerləşən “Qaynaq” obyektinin qarşısında açıq məkanda müvafiq icazə olmadan digər fasad reklam qurğusu yerləşdirdiyini etiraf edir. Ona görə də həmin fakt aşkar edilmiş, hərəkətlərində Azərbaycan Respublikası İXM-nın 428.7.1-ci maddəsinin tərkibi olduğu üçün barəsində Bərdə regional reklam idarəsinin əməkdaşları tərəfindən həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edildikdən sonra həmin reklam qurğusu onun tərəfindən ləğv edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Bərdə regional reklam idarəsinin qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Bərdə regional reklam idarəsinin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhəmə onların gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarix aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət reklam agentliyi Bərdə regional reklam idarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı X1 Kürdəmir şəhəri Xırdapay kənd ərazisi Bakı prospektində yerləşən “Qaynaq” obyektinin qarşısında açıq məkanda müvafiq icazə olmadan digər fasad reklam qurğusunun yerləşdirilməsi faktı aşkar edilmiş, foto şəkillər çəkilmiş, lakin akt tərtib edildikdən sonra X3 akta imza etməkdən imtina etmişdir; xx.xx.2024-cü il tarixli yazılı göstərişdən görünür ki, açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə X3 xəbərdarlıq edilmişdir; ********** nömrəli VÖEN-dən görünür ki, X3 vəzifəli şəxsdir. X1 törətdiyi inzibati xəta özünün etirafedici izahatı və iş materiallarında olan sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. X1 hərəkətlərində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (bir min beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RAHİD MEHDİYEV
Məhkəmə qərarları › İş №3(041)-665/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-665/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver