Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-666/2023 31.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs,tələbkar Zərərçəkmiş şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin stajoru X1 iştirakı ilə xx xxxxxxxx 1982-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən olunmuş müddətdə icra sənədini qəsdən üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, Şəxs qəsdən Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)- 151/2020 saylı icra sənədini icra etməmiş və barəsində AR. İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-151/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 13727,54 manat məbləğində əsas borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 13747,54 manat məbləğində pul tutularaq “iddiaçı “MKT İB”nə ödənilməsi qət edilmişdir. Şəxs Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsində Şirvan Apellyasiya məhkəməsinə apelyasiya şikayəti versə də onun şikayəti təmin edilməmiş və Kürdəmir rayon məhkəməsinin qətnaməsi dəyişdirtilmədən saxlanılmışdır. Bundan sonra icra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqəsini tam icra etməmiş onun icra sənədi üzrə 13247 manat borcu qalmışdır. Dəfələrlə Şəxs icra sənədinin mahiyəti izah edilsə də o, bu günə kimi ayda 50 manat olmaqla cəmi 500 manat ödəniş etmişdir. Hesab edir ki, Şəxs qərəzli olaraq icra vərəqsinin icrasını uzatmaqla icradan yayınır. Odur ki, barəsində onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Kqürdəmir rayon məhkəməsinin 2020-ci il tarixli icra sənədindən məlumatı vardır. Özü cəmi 345 manat əmək haqqı alır və o, əmək haqqında 50 manat icra sənədi üzrə ödəniş edir. O, icra sənədinin ödənilməsində qərəzli deyildir, gər qərəzi olsa idi o, 50 manat da ödəniş etməzdi. Hesab edir ki, Beynəlxalq Konvensiyalarda da vətəndaş hüquq və azadlıqları müdafiə edilir. O, bundan sonra hər ay 100 manat ödəniş edəcəkdir,lakin onun borcunu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında tələbkar təşkilat Zərərçəkmiş şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-151/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 13727,54 manat məbləğində əsas borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 13747,54 manat məbləğində pul tutularaq “iddiaçı “MKT İB”nə ödənilməsi qət edilmişdir. Şəxs icra sənədinin icrasını əsassız olaraq süründürmək üçün o, Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsində Şirvan Apellyasiya məhkəməsinə apelyasiya şikayəti versə də onun şikayəti təmin edilməmiş və Kürdəmir rayon məhkəməsinin qətnaməsi dəyişdirtilmədən saxlanılmışdır. Bundan sonra Şəxs heç bir əsas olmadan yəni olan borcunu hiss-hissə ödənilməsi və ya icra sənədinin təxirə salınması haqqında məhkəmə qərarı olmadan qərəzli olaraq 2020-ci il tarixdən bugünədək cəmi hissə-hissə ödəməklə 500 manat ödəmişdir.Hesab edir ki, Şəxs qərəzli olaraq icra sənədini uzadır və bu da tələbkarın maddi vəziyyətinin ağırlaşmasına səbəb olacaqdır.Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Beləliklə, Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-151/2020 saylı icra vərəqəsinə əsasən Şəxs Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)- 151/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 13727,54 manat məbləğində əsas borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 13747,54 manat məbləğində pul tutularaq “iddiaçı “MKT İB”nə ödənilməsi qət edilmişdir. Şəxs Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsində Şirvan Apellyasiya məhkəməsinə apelyasiya şikayəti versə də onun şikayəti təmin edilməmiş və Kürdəmir rayon məhkəməsinin qətnaməsi dəyişdirtilmədən saxlanılmışdır. Bundan sonra icra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqəsini tam icra etməmiş onun icra sənədi üzrə 13247 manat borcu qalmışdır. Dəfələrlə Şəxs icra sənədinin mahiyəti izah edilsə də o, bu günə kimi ayda 50 manat olmaqla cəmi 500 manat ödəniş etmişdir. Barəsində inzibati icraat açılmış şəxs məhkəmədə verdiyi ifadəsində də borcun birdəfəlik ödənilməsi ilə bağlı şəxsən heç bir təşəbbüs göstərməməklə özünün cəmi 345 manat əmək haqqı aldığını göstərmişdir. Şəxs aylıq əmək haqqının 345 manat olmasını əsas gətirərək borcunu birdəfəlik ödəyə bilməyəcəyini bildirərək öz hərəkətləri ilə məhkəmə qarşında qətnamənin icrası ilə bağlı qərəzli mövqeyini nümayış etdirir və birbaşa olaraq icra vərəqəsinin icrasına maneçilik törətdiyini ifadə edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Borc məbləği yüksək olduğu üçün icra sənədi hissə-hissə icra olunarsa buna uzun müddət vaxt tələb olunur ki, buda tələbkarın maddi vəziyyətinin ağırlaşmasına və hüquqlarının pozulmasına, tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadacaqdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hissəhissə icra olunma müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli və tərəflərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-151/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 13727,54 manat məbləğində əsas borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 13747,54 manat məbləğində pul tutularaq “iddiaçı “MKT İB”nə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun əmlak vəziyyətini, onun təqsirlilik dərəcəsini vəşəxsiyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 31 iyul 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-666/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-666/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver