Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-668/2024 08.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cİ il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin inzibati binasında ucadan ünvanlı və ünvansız söyüşlər söymüş, nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ünvan 1 ünvanında yaşayır, evlidir, birinci qarabağ müharibəsi veteranıdır, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Bir müddət əvvəl bacısı qızına təşkil etdiyi toy məclisində qohumları narahatcılıq yaratdıqları üçün işləri Kürdəmir rayon polis şöbəsinə düşmüşdür, polis əməkdaşları tərəfindən aparılan araşdırmadan sonra qohumlarından müəyyən məbləğdə pul alındığını və cərimə edildiklərini eşitmiş və məsələni aydınlşdırmaq üçün xx.xx.2024-cü il tarixdə polis şöbəsinə gedərək müavin Yusuf Yusifovun qəbulunda olmuşdur. Qəbul zamanı polis əməkdaşları ilə aralarında qısa müddətli söz-söhbət olmuş, polis əməkdaşları onunla yüksək səslə danışdığı üçün o da polis əməkdaşları ilə yüksək səslə danışmışdır. Səsə-küyə polis əməkdaşları oraya toplaşmıdır. Həmin vaxt polis əməkdaşlarına qarşı heç bir fiziki güc və yaxut müqavimət göstərməmiş, nəticədə onların qanuni tələblərinə tabe olaraq otaqdan çıxmışdır. Şəxs izahatının sonunda ilk dəfə inzibati xəta hadisəsi törətməsini, şöbədə səs-küy etdiyinə peşman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nın rəis müavini vəzifəsində işləyir, xx.xx.2024-cü il tarixdə səhər saatlarında vətəndaşların qəbulunu apararkən Şəxs şöbəyə gəlib polis əməkdaşları tərəfindən qohumlarının əsassız yerə cərimə edildiyini və məsələyə aydınlıq ətimək üçün onunla görüşmək istədiyini bildirmişdir. Qəbul zamanı Şəxs polis əməkdaşları tərəfindən düzgün araşdırma aparılmadığını, qohumlarının əsassız yerə cərimə olunduğunu qeyd etmiş və həmin cərimənin geri qaytarılmasını tələb etmişdir. Məsələ ilə bağlı araşdırma aparıb materialla tanış olduqdan sonra həqiqətəndə Şəxs qohumunun toy mərasimində bir qrup şəxsin inzibati xətaya yol verən hərəkətlər etdiyini, həmin şəxslərin şöbədə izahatları alınarkən törətdikləri əməli səmimi etiraf etdiklərini və bundan sonra barələrində inzibati tənbeh vermə haqqında qərar qəbul olunduğunu müəyyən etmiş və qəbul edilmiş qərardan narazı olduqları təqdirdə adiyyəti yerlərə şikayət verə biləcəklərini Şəxs izah etmişdir. Lakin Şəxs onun iş otağında yüksək səslə danışaraq müharibə veteranı olduğunu, cərimənin dərhal geri qaytarılmasını tələb edərək əks təqdirdə başqa işlər görəcəyini bildirmişdir. Səsə-küyə polis əməkdaşları oraya gələrək Şəxs sakitləşdirmək istəsələrdə buna nail ola bilməmişlər. Şəxs qanunsuz hərəkətləri nəticəsində polis şöbənin iş fəaliyyəti qısa müddətliyinə pozulmuşdur. Nəticədə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmiş və adiyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, Kürdəmir RPŞ-də polis nəfəri işləyir, xx.xx.2024-cü il tarixdə səhər saatlarında şöbənin inzibati binasında olarkən rəis müavini Yusuf Yusifovun otağından səs-küy gəldiyini eşitmiş və polis əməkdaşları ilə birlikdə otağa daxil olduqda əvəllərdə tanıdığı Şəxs Y.Yusifovla mübahisə etdiyini və ucadan nalayiq ifadələr işlətdiyi görmüşlər. Həmin vaxt Şəxs sakitləşdirib otaqdan çıxarmaq istəmişlər, lakin Şəxs əsəbi halda onlarında ünvanına xoşa gəlməz sözlər deyərək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Atakişili kəndində yaşayır, yaşadığı kənddə torpaq sahəsi ilə bağlı müəyyən çətinlikləri var və bununla bağlı məsləhət almaq üçün xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinə gələrək rəis müavini Yusif Yusifovun qəbuluna yazılmışdır. Müavinin iş otağının qapsının yanında, yəni kolidorda növbə gözləyərkən otaqdan ucadan səsk-küy gəldiyini eşitmiş və səsə-küyə polis əməkdaşlarının oraya gəlib otağa daxil olduqlarını, sonra otaqdan mülki formda tanımadığı bir nəfər şəxsin çıxdığını görmüşdür. Həmin şəxsin sonradan Şəxs olduğunu bilmişdir. Şəxs əvvəllər tanımamış, aralarında düşmənçilik və ədavət olmamışdır. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə törətdiyi inzibati xəta hadisəsi özünün etirafı, şahidlərin ifadəsi və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, onun barəsində törətdiyi inzibati xətaya görə həmin maddə ilə inzibati tənbeh tədbiri görülməlidir. Həmçinin məhkəmə hesab edir ki, hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki işin müəyyən edilən hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Səlimov X2 rayon polis şöbəsinə gələrək polis əməkdaşları tərəfindən qohumlarının əsassız yerə cərimə edildiyini bildirmiş və məsələyə aydınlıq gətimək üçün rəis müavini Y.Yusifovun qəbulunda olmuşdur. Y.Yusifov məsələ ilə bağlı araşdırma aparıb materialla tanış olduqdan sonra həqiqətəndə Kürdəmir rayonu ərazisində keçirilən toy mərasimində bir qrup şəxsin inzibati xətaya yol verən hərəkətlər etdiyini, şöbədə izahatları alınarkən törətdikləri əməli səmimi etiraf etdiklərini və bundan sonra barələrində inzibati tənbeh vermə haqqında qərar qəbul olunduğunu müəyyən etmiş və qəbul edilmiş qərardan narazı olduqları təqdirdə adiyyəti yerlərə şikayət edə biləcəklərini Şəxs izah etmişdir. Şəxs isə polis əməkdaşları ilə razılaşmayaraq mübahisə yaradıb ucadan səs-küy salmış və mübahisəni həmin vaxt orada olan Kürdəmir rayonu Atakişili kənd sakini X1 və polis əməkdaşları görmüş və eşitmişlər. Həmin vaxt Şəxs polis əməkdaşlarına qarşı heç bir fiziki güc və yaxut müqavimət göstərməmiş, nəticədə onların qanuni tələblərinə tabe olaraq otaqdan çıxmışdır. Barəsində inzibati xəta haqqında işə baxılan Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən heç bir sübut iş materillarına əlavə edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Ona görə də, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Lakin Şəxs Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməsi özünün etirafı, şahidlərin ifadələri və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdi, ona görə də, məhkəmə hesab edir ki, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Həmçinin Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 08 iyul 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-668/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-668/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver