Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-670/2024 08.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 19.10-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs Əlyusif oğlu və X1 iştirakı ilə xx.xx.1971-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Kürdəmir rayonu Atakişili kəndində yaşayan- Şəxs Əlyusif oğlu haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri,H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs Əlyusif oğlu xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri,T.İsmayılov küçəsində anası X1 ünvanına ucadan qışqıraraq nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və hadisə yerinə gələn polis əmədaşalrı ilə mübahis ə edərək onların qanuni tələblərinə qəsddən tabe olmamışdır. Hər iki material üzrə Şəxs Əlyusif oğlunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xətalar eyni şəxs tərəfindən törədildiyinə və baxılması eyni orqanın səlahiyyətinə aid olduğuna görə həmin inzibati xəta haqqında işlərə eyni vaxtda baxılmalı və bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs Əlyusif oğlu törətdiyi əməlini etiraf edərək göstərdi ki, Giləxanım onun doğma anasıdır. Münasibətləri nomaldır. Özü spirtli içkiyə meyilldiri. Həmin günü qardaşı ilə mübahps etmiş və qardaşı onu aşağıladığı üçün anasının yanına gedərək şikayət etmiş, anası qardaşını müdafiə etdiyi üçün əsəsbləşərək ucadan qışqırıb anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra anasının şikayəti əsasında həmin yerə gələn polis əməkdaşalrı onu sakitləşdirib pois şöbəsinə aparmaq istəsələr də o, getmək istəməmiş və polis əməkdaşlarına etiraz edərək onların qanuni tələblərinə tabe olmamışdır.Hazırda əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs həm də şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Eldəniz onun oğludur. Eldəniz pis vərdişlərə meyilli olduğu üçün dəfələrlə aralarında mübahisə olmuş və hər dəfə də oğlu olduğu üçün bağışlayaraq polis şöbəinə şikayət etməmişdir.Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olarkən Eldənizin səsini həyətdən eşidinb həyətə düşmüş, Eldəniz onu görən kimi ucadan qışqıraraq nalayiq ifadələrlə onu təhqir etmiş, o, Eldənizi sakitləşdirə bimədiyi üçün DİNnin 102 xidmət mərkəzinə zəng etmiş, bir qaz sonra polis əməkdaşları gəlmiş Eldənizin onu təhqir etmçəsinin şahidi olmuşlar. Polis əməkdaşları Eldənizi sakitləşdirmək istəsələr də Eldəniz sakitləşməmiş polis əməkdaşları ilə mübahisə etmişdir.Polis əməkdaşları Eldənizi polis şöbəsinə aparmaq istəsələr də o, polis əməkdaşlarına müqavimət göstərərk onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də polis sahə rəisi vəifəsində işəyir. O,xx.xx.2024-cü il tarixdə növbətçi hissədə olarkən DİNnin 102 xidmət mərkəzindən daxil olan şikayət əsasında Kürdəmir şəhəri,T.İsmayılov küçəsində yaşayan Giləxanım Şükürovanın yaşadıqları ünvana getmişlər. O və bir neçə polis əməkdaşı hımin vaxtı Şəxs anası Giləxanım Şükürovanın ünvanına nalayiq ifadələr işlətməsinin şahidi olmuş və onlar Eldənizi sakitləşdirmək istəsəlrə də Eldəniz sakitləşməmiş dir. Bundan sonra onlar Eldəniz polis şöbəsinə gətirmək istəsəlrə də Eldəni polis əməkdaşlarına müqavimət göstərək etiraz edib polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra onlar Şəxs mcburi şəkildə polis şöbəsinə gətirib barəsində inzibati xərta haqqında protokol tərtib etmişlər. Məhkəmə araşdırması zamanı Şəxs Əlyusif oğlunun Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı şahid ifadələri, hadisənin baş vermə şəraiti,i ş materialları ilə sübut olunmuşdur. zərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Əlyusif oğlu Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, məhkəmə Şəxs Əlyusif oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, ailə və maddi vəziyyətini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. İş materialalrına əlavə edilmişxx.xx.2024-cü il tarixli,AZA 000452 nömrəli inzibati qaydada tutma haqqında qərardan görünür ki, Şəxs Əlyusif oğlu xx.xx.2024-cü il tarixdə,saat 23.30-da inzibati qaydada tutulmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Əlyusif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində AR-nın İXM-nin 535.1-ci maddəsinə əsasən ona 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 iyul 2024-cü il tarixdən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-670/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-670/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver