Məhkəmə qərarları › İş №3(041)-68/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-68/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-68/2025 07.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icaata aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Məhərrəm Şirnalıyevin iştirakları ilə, xx.xx.2000-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, Kürdəmir şəhəri,Y.Seyidov küçəsi, ev 36-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Kürdəmir rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(041)-163/2024 saylı icra vərəqəsinə əsasən, xx.xx.2022-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 19 aprel 2024-cü il tarixdən hər ay sabit pul məbləğində 350 (üç yüz əlli) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu icra sənədini icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(041)-163/2024 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il doğum tarixli Turxanın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hər ay sabit pul məbləğində 350 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. O, əvvəl işləmiş, lakin sonradan işləmədiyi üçün ödəniş edə bilməmişdir. Buna baxmayaraq gücü çatdığı qədər də ödəyir və bundan sonra da imkanı çatan qədər ödəyəcəkdir. İcra sənədinin icrası ilə bağlı onun heç bir qərəzi yoxdur. O, alimenti hər ay ödəyəcəkdir,borcundan da 100-150 manat ödəyəcəkdir. Elece də, Kürdəmir rayon Məhkəməsində qeyd olunan alimentin miqdarının azaldılması ilə əlaqədar iddiası olmuş, iddiası təmin edilərək alimentin miqdarı 200 manata endirilmişdir. Şahid Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(041)-163/2024 saylı qətnaməsinə əsasənxx.xx.2022-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 19 aprel 2024-cü il tarixdən hər ay sabit pul məbləğində 350 (üç yüz əlli) manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Borclu aliment borcunu ödəmədiyinə görə o şikayətlər etmişdir. Hazırda borclu borcundan 300 manat ödəniş etmişdir.Özü kirayədə qalır. Hər ay ona 350 manat ödənilmısini istəyir. Borclunun tutulmasıni istəmir. Alimentin azaldılmasından xəbəri yoxdur. Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Məhərrəm Şirnalıyev məhkəmə iclasında izahat verərək bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(041)-163/2024 saylı icra vərəqəsinə əsasən, xx.xx.2022-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 19 aprel 2024-cü il tarixdən hər ay sabit pul məbləğində 350 (üç yüz əlli) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənəd Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. Borcluya aliment borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu tam ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu 9 ay ərzində cəmi 300 manat ödəniş etmişdir. Hazırda onun 2850 manat aliment borcu vardır. Odur ki, iş üzrə müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Əgər borclu ona edilən bildiriş və xəbərdarlıqlardan məlumatlı deyilsə və cinayət və ya inzibati məsuliyyət daşıması barədə onda aydın təsəvvür yoxdursa, bu halda onun məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub- olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, borclu xx.xx.2024-cü il tarixdə 300 manat məbləğində ödəniş etmişdir və hər ay alimentini və yığılmış aliment üzrə borcundan ödəniş edəcəyinə söz verir. Bu hallar isə borclunun icra sənədinin icrasından qərəzli boyun qaçırması halını təkzib edir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar