Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-682/2025 28.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Kürdəmir rayonu Atakişili kəndində yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə saat 20 radələrində arvadı Zərərçəkmiş şəxs sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vəkili X3 vəsatətlə çıxış edərək bildirdi ki, inzibati xəta haqqında protokol Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən tərtib edilmiş, halbuki həmin qərarın surəti onlara təqdim edilməmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, sözü gedən inzibati xəta haqqında protokol Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən tərtib edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. 212.2. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, habelə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilir. 212.3. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı Bəhruz İsmayılovun xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı tərəflərə təqdim edilmədiyi üçün onların həmin qərardan şikayət vermək kimi hüquqları pozulmuşdur. Digər tərəfdən, baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokol hazırda qanuni qüvvəsini almamış qərar əsasında tərtib edildiyindən və həmin qərar sonradan şikayət əsasında ləğv edildiyi təqdirdə inzibati xəta haqqında protokol əsasında qəbul ediləcək inzibati xəta haqqında iş üzrə qərar da öz əhəmiyyətini itirmiş olacaqdır. Belə olan halda işə baxılarkən həmin materialları tamamlamaq mümkün deyil, ona görə də, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 may 2019-cu il tarixli qərarının 1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 125,127 və 128-ci maddələrinə əsaslanaraq, QƏRARA ALDİ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında material Kürdəmir rayon polis şöbəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-682/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-682/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver