Məhkəmə qərarları › İş №3(041)-684/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-684/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-684/2023 24.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1968-ci Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Kürdəmir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 564 nəfərlik şəhərcikdə MSİK-nə sahə nəzarətçisi vəzifəsində işləyən, Laçın rayonu Xırmanlar kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhərində məcburi köçkanlər üçün inşa edilmiş şəhərcikdə camaatın çox olan yerində Zərərçəkmiş şəxs ucadan qışqıraıb nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. Zərərçəkmiş şəxsnın ərizəsi əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, İlar onun qonşusudur. Münasibətləri normaldır. O. Özü 564 saylı şəhərikdə MSİK-nin sahə nəzarətçisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə,saat təxminən 21 radələrində yaşadığı bnaya tərəf gedərkən həmin vaxt həyətdə oturmuş İlqar ın yanından keçmiş və həmin vaxt İlqarın onun barəsində yalan ifadələr işlətdiyini eşidib ayaq saxlamış və onların yanına gələrək niya yalan danışdırsan demiş və aralarında mübahisə yaranmışdır. Mübashiəz zamanı İlqar onu nalayiq ifadələrlə təhqir etmiş,o, isə İlqara heç bir söz demədən getmişdir. O, heç kimi nalayiq ifadələrlə təhqir etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Cabbarov X1 şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 564 yerlik şəhərcikdə MSİK-də sahə nəzarətçisi vəzifəsində işləyir. xx.xx.2023-cü i tarixdə o, yaşadıqları binanın qarşısında olan həyətdə olarkən Nazim ona yaxınlaşara onu işdən çıxartdırdığını demiş və aralarında mübahsə yaranmışdır. Mübahisə zamanı Nazim həyətdə ucadan qışqıraraq nalayiq ifadələrlə onu təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İlqar onun oğludur. İlqar MSİK-də işləmiş və Nazim onu işdən azad etdirmişdir. xx.xx.2023-cü il tarixdə,saat təxminən 21 radələrində o, həyətdə səs eşidib həyətə düşmüş və həmin vaxt Nazimin İlqarla mübahisə etdiyini görüb onlara yaxınlaşaraq İlqardan nə istədiyini soruşmuşdur.Nazim İlqarı nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özü etiraf etməsə də hadisənin baş vermə şəraiti,zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs məhkəmədə veriyi ifadəsinə tənqidi yanaşaraq onun ifadəsini özünün müdafə xarakterli ifadəsi kimi qəbul edir. Məhkəmə araşdırması zamanı Tural Biləndərlinin məsuliyyətini yüngülləşdirən və ğırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə, yəni 50 manat məbləğdə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar