Məhkəmə qərarları › İş №3(041)-684/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-684/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-684/2025 11.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir rayonu Şahsevən kəndində qeydiyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP7303876 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21 iyul 2025-ci il tarixdə saat 10 radələrində, Kürdəmir şəhəri Bakı prospektində İdman kompleksinin qarşısında etibarnamə ilə idarə etdiyi Mersedes Benz E230 minik markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobillə, arxadan gələn nəqliyyat vasitəsini gözləmədən yolun sağından soluna doğru hərəkət edərək geriyə dönmə əməliyyatı aparan zaman arxadan gələn Zərərçəkmiş şəxs idarə etdiyi "Muravey" markalı motoskiletlə əks istiqamətli yolda toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, 21 iyul 2025-ci il tarixdə saat 10 radələrində etibarnamə ilə idarə etdiyi Mersedes Benz E230 minik markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Kürdəmir şəhəri "dördyol" deyilən ərazidən Bakı prospekti ilə X1 yanına gedib, ora tanışını düşürdərək geri dönüb qayıtdıqda arxadan gələn Muravey markalı motoskiletlə yolun ortasında toqquşaraq yol-nəqliyyat hadisəsi törətdiyini, həmin vaxt avtomobildə tək olduğunu və heç bir xəsarət almadığını, lakin Muravey markalı motoskiletin sürücüsü yüngül bədən xəsarətləri almış, motoskletinə ziyan dəymişdir. Hadisədən dərhal sonra zərərçəkmiş şəxsə zəruri hesab edilən yardımlar göstərmiş, xəstəxana xərclərini qarşılamışvə əlavə olaraq ona maddi köməklik göstərmişdir. Bundan əlavə, zərərçəkmiş şəxsə aldığı xəsarətə görə 750 manat, "Muravey" markalı motoskiletin təmiri üçün 800 manat sığorta hesablanmışdır. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 21 iyul 2025-ci il tarixdə saat 10 radələrində özünə məxsus "Muravey" markalı motoskileti Kürdəmir şəhəri "dördyol" deyilən yerdən idarə edərək "dərnəgül" deyilən yerə gedərkən Kürdəmir şəhəri Bakı prospektində İdman kompleksinin qarşısında yolun sağından soluna qəflətən Mersedes Benz E230 minik markalı avtomobilin geriyə dönmə əməliyyatı aparmasını görmüş, motoskileti sol tərəfə çəksə də hadisənin qarşısını ala bilməmiş, buna görə də əks istiqamətli yolda toqquşduqlarını, həmin yol-nəqliyyat hadisəsi zamanı bədən xəsarətləri almış, "Muravey" markalı motoskiletinə ziyan dəymişdir. Şəxs hadisədən sonra ona az miqdarda maddi yardım göstərsə də, sonradan onunla əlaqəsini kəsmişdir. Halbuki, ailəsini "Muravey" markalı motoskilet hesabına saxlamış, gündəlik dolanışıqlarını təmin etmişdir. Aldığı xəsarətə görə 750 manat, "Muravey" markalı motoskiletinin təmiri üçün 800 manat sığorta hesablansa da, ona təqdim edilməmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs DİN-nin BDYPİ Ağsu RQİTBŞ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AE 966348 nömrəli "C" kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, Şəxs sürücülük vəsiqəsi xx.xx.2024-cü il tarixinə kimi etibarlıdır. - Kürdəmir avtomobillərə texniki xidmət məntəqəsinin mütəxəssisi Seymur Bünyatovun 26 iyul 2025-ci il tarixli soğuya cavab məktublarında qeyd olunmuşdur ki, hadisə zamanı Mersedes Benz E230 minik markalı ** DZ *** d/n nişanlı avtomobilə ümumilikdə 2200 (iki min iki yüz) manat ziyanlıq dəymişdir. - Kürdəmir avtomobillərə texniki xidmət məntəqəsinin mütəxəssisi Seymur Bünyatovun 26 iyul 2025-ci il tarixli soğuya cavab məktublarında qeyd olunmuşdur ki, hadisə zamanı "Muravey" markalı motoskiletə ümumilikdə 800 (səkkiz yüz) manat ziyanlıq dəymişdir. - Kürdəmir RPŞ-nin DYPB-nin rəisi polis mayoru Zamiq Ağayevin 27 iyul 2025-ci il tarixdə TB-nə göndərdiyi sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Şəxs nəqliyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi vardır və aktivdir. Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi, "Muravey" markalı motoskiletin sənədi yoxdur. - Məhkəmə tibb ekspertinin xx.xx.2025-ci il tarixli 293 nömrəli rəyində göstərilmişdir ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı bədənində aşağıdakı xəsarətləri aşkar edilmişdir - sağ dirsək nahiyəsinin yarası, sağ dirsək nahiyyəsinin küt travması, oynaq sisteminin hematrozu, sağ ön səthinin sıyrığı. Göstərilən xəsarət küt əşya təsirindən əmələ gəlmiş, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, müddəti xx.xx.2025-ci il tarixinə uyğundur. Dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Kürdəmir RPŞ-nin DYPB-nin İTÜ-nin baş inspektoru polis kapitanı Ruslan Talıbov 21 iyul 2025-ci il tarixdə saat 10 radələrində Kürdəmir RPŞ-nin növbətçi hissəsinə telefonla məlumat verərək, Kürdəmir şəhəri Bakı prospektində avtomobil qəzası olması, nəticədə xəsarət alan şəxsin olmasını bildirmişdir. Həmin müraciət əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Kürdəmir rayonu Qaraqocalı kəndində yaşayan Şəxs 21 iyul 2025-ci il tarixdə saat 10 radələrində, Kürdəmir şəhəri Bakı prospektində İdman kompleksinin qarşısında etibarnamə ilə idarə etdiyi Mersedes Benz E230 minik markalı ** DZ *** d/n nişanlı avtomobillə, arxadan gələn nəqliyyat vasitəsini gözləmədən yolun sağından soluna doğru hərəkət edərək geriyə dönmə əməliyyatı aparan zamanı arxadan gələn vət. Zərərçəkmiş şəxs idarə etdiyi "Muravey" markalı motoskiletlə əks istiqamətli yolda toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə "Muravey" markalı motoskiletin sürücüsü Zərərçəkmiş şəxs xəsarət alaraq xəstəxanaya daxil olmuşdur. Şəxs izahatında 21 iyul 2025-ci il tarixdə saat 10 radələrində etibarnamə ilə idarə etdiyi Mersedes Benz E230 minik markalı ** DZ *** d/n nişanlı avtomobili idarə edərək Kürdəmir şəhəri "dördyol" deyilən ərazidən Bakı prospekti ilə X1 yanına gedib, ora tanışını düşürdərək geri dönüb qayıtdıqda arxadan gələn Muravey markalı motoskiletlə yolun ortasında toqquşaraq yol-nəqliyyat hadisəsi törətdiyini, həmin vaxt avtomobildə tək olduğunu və heç bir xəsarət almadığını, lakin Muravey markalı motoskiletin sürücüsü əzik xəsarətləri aldığını göstərmişdir. Zərərçəkmiş şəxs izahatında sürücülük vəsiqəsi olmadığını, 21 iyul 2025-ci il tarixdə saat 10 radələrində özünə məxsus "Muravey" markalı motoskileti Kürdəmir şəhəri "dördyol" deyilən yerdən idarə edərək "dərnəgül" deyilən yerə gedərkən Kürdəmir şəhəri Bakı prospektində İdman kompleksinin qarşısında yolun sağından soluna qəflətən Mersedes Benz E230 minik markalı avtomobilin geriyə dönmə əməliyyatı aparmasını gördüyünü, motoskileti sol tərəfə çəksə də lakin hadisənin qarşısını ala bilmədiyini, buna görə də əks istiqamətli yolda toqquşduqlarını, həmin yol-nəqliyyat hadisəsi zamanı əzik xəsarətləri aldığını göstərmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs sürücülük vəsiqəsi və avtomobilə lazım olan digər sənədləri vardır, lakin "Muravey" markalı motoskiletin sürücüsü Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi yoxdur və motoskiletə aid heç bir sənədləri yoxdur. Kürdəmir avtomobillərə texniki xidmət məntəqəsinin mütəxəssisi Seymur Bünyatovun 26 iyul 2025-ci il tarixli soğuya cavab məktublarında qeyd olunmuşdur ki, hadisə zamanı Mersedes Benz E230 minik markalı ** DZ *** d/n nişanlı avtomobilə ümumilikdə 2200 (iki min iki yüz) manat ziyanlıq dəymişdir. Kürdəmir avtomobillərə texniki xidmət məntəqəsinin mütəxəssisi Seymur Bünyatovun 26 iyul 2025-ci il tarixli soğuya cavab məktublarında qeyd olunmuşdur ki, hadisə zamanı "Muravey" markalı motoskiletə ümumilikdə 800 (səkkiz yüz) manat ziyanlıq dəymişdir. Kürdəmir RPŞ-nin DYPB-nin rəisi polis mayoru Zamiq Ağayevin 27 iyul 2025-ci il tarixdə TB-nə göndərdiyi sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Şəxs nəqliyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi vardır və aktivdir. Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi yoxdur. Məhkəmə tibb ekspertinin xx.xx.2025-ci il tarixli 293 nömrəli rəyində göstərilmişdir ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı bədənində aşağıdakı xəsarətləri aşkar edilmişdir - sağ dirsək nahiyəsinin yarası, sağ dirsək nahiyyəsinin küt travması, oynaq sisteminin hematrozu, sağ ön səthinin sıyrığı. Göstərilən xəsarət küt əşya təsirindən əmələ gəlmiş, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, müddəti xx.xx.2025-ci il tarixinə uyğundur. Dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aididr. Beləliklə aparılmış ilkin yoxlama zamanı müəyyən edilmişdir ki, Kürdəmir rayonu Qaraqocalı kəndində yaşayan Şəxs 21 iyul 2025-ci il tarixdə saat 10 radələrində, Kürdəmir şəhəri Bakı prospektində İdman kompleksinin qarşısında etibarnamə ilə idarə etdiyi Mersedes Benz E230 minik markalı ** DZ *** d/n nişanlı avtomobillə, arxadan gələn nəqliyyat vasitəsini gözləmədən yolun sağından soluna doğru hərəkət edərək geriyə dönmə əməliyyatı aparan zamanı arxadan gələn vət. Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi "Muravey" markalı motoskiletlə əks istiqamətli yolda toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.8-ci maddələrinin tələblərini pozmuşdur. Onun barəsində inzibati tədbir görülməsi üçün qərarın sürəti aidiyyəti üzrə göndərilməlidir. Həmçinin Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi olmadan "Muravey" markalı motoskileti idarə etməklə 332.2-ci maddəsinin tələblərini pozmuşdur. Onun barəsində inzibati tədbir görülməsi üçün qərarın sürəti aidiyyəti üzrə göndərilməlidir. Toplanmış materialda cinayət tərkibi yaranmadığından material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs törətdiyi inzibati xəta özünün səmimi etirafı və iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar