Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-685/2023 04.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, iclas katibi Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Şəxs barəsində Kürdəmir RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala Kürdəmir şəhəri,Heydər Əliyev prospekti, 22 ünvanda yerləşən məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs idarə etdiyi xx.xx.2021-ci il tarixdə Sabirabad şəhərində “LAND ROVER RANGE ROVER” markalı,**-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə edərək idarə etdiyi üçün barəsində Azərbaycan Respublikası İinzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati xəta protokol tərtib edilərək barəsində inziat icraat açılmış şəxsin vəsatətinə əsasən Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat açılmış şəxs Şəxs lazimi qaydada məlumat verilməsinə baxmayaraq,o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir.Məhkəmə inzibati işə onun iştirakı olamdan baxılmasını mümkün hessab etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinəəsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokol, protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs idarə etdiyi xx.xx.2023-cü il tarixdə “LAND ROVER RANGE ROVER” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtombildə çoxavazlı (fifa) səs siqnalının olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli, yəni onun nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalı ilə təchiz etmiş əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə etməsi işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə inzbati tənbeh tədbiri görülməli, inzibati xətanın törədilməsində inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, cimə olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xə tanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən hüquqi şəxs Şəxs törətdiyi xətanın xarakterini, onları xarakterizə edən halları, habelə onların qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş çox avazlı səs siqnalı müsadirə edilməklə, aşağı həddə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın törədilməsində inzibati xətanın bilavasitə obyekti olmuş predmet (çoxavazlı səs siqnalı) müsadirə edilməklə, barəsində 500 (beş yüz) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan inzibati xətanın bilavasitə obyekti olmuş predmetin aidiyyəti üzrə təhvil verilməsi Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-685/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-685/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver