Məhkəmə qərarları › İş №3(041)-685/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-685/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-685/2025 04.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xalıq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Kürdəmir rayonu Mollakənd kəndində yerləşən pay torpaq sahəsində əkin sahəsinə od vurub və hadisə yerində polis əməkdaşının qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 19-radələrində Kürdəmir rayon Mollakənd kəndi ərazisində xidmətdə olarkən, kənd ərazisində yerləşən "Ulusu" istirahət mərkəzindən xeyli arxa tərəfdə əkin sahəsinin yanmasını görüb həmin yerə yaxınlaşmış, əkin sahəsinin yanında torpaq yolda ağ rəngdə, Priora markalı, Az**-DK-*** nömrə qeydiyyat nişanlı avtomobil dayanmış, sahibi isə Mollakənd kənd sakini Şəxs əkin sahəsində özünə məxsus olan yerdə samanlığa və kol-kosa od vuraraq yanında dayanmışdır. O əlində mobil telefon yanan yerləri çəkə-çəkə ona tərəf getmiş Vasif əvvəlcə onu tanımamış, sonra isə polis olduğunu görüb kəndə tərəf qaçmışdır. Vasifə səslənsə də dayanmamış, hətta avtomobilini sahədə qoyub kəndə qaçmışdır. Sonradan onun ünvanına gedərək polis şöbəsinə dəvət etmiş, lakin onun qanuni tələblərinə tabe olmamış, şöbəyə getməkdən və izahat verməkdən imtina etmişdir. Nəticədə onu şöbəyə apararaq izahatını almış, əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta olduğu müəyyən edildiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu, Mollakənd kəndində yaşayır, həmin kənddə ona məxsus 2 ha torpaq sahəsi var. xx.xx.2025-ci il tarixdə özünə məxsus Priora markalı avtomobillə torpaq sahəsinə getmiş, həmin sahəni təmizləmək məqsədilə oradakı kol-kosa od vuraraq yandırmışdır. Bir müddət sonra sahədə adam olduğunu görüb yaxınlaşmış, bir az yaxınlaşdıqdan sonra polis əməkdaşı olduğunu görüb, qorxduğu üçün kəndə tərəf qaçmışdır. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Etdiyi əməldən peşmandır. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, iş materiallarında olan sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən peşiman olması, əməlini səmimi etiraf etməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar