Məhkəmə qərarları › İş №3(041)-686/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-686/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-686/2023 26.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1975-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Qocalı kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən, Kürdəmir rayonu Xəlsə kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən olunmuş müddətdə icra sənədini qəsdən üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, Şəxs qəsdən Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)- 612/2019 saylı icra sənədini icra etməmiş və barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-612/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 2786,70 manat tutlaraq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi qət edilmişdir. Şəxs heç bir ödəniş olunmamış və Şəxs 2786,70 manat borcu qalmışdır. Tələbkar borcun tam ödənilməsini tələb edir. İcra şöbəsində Şəxs izahatı alınarkən o, borcunu birdəfəlik ödəyə bilməyəcəyini bildirmişdir. Odur ki, barəsində inzibati icraat açılmış Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2019-cu il tarixli icra sənədindən məlumatı vardır. O, bir müddət işsiz olmuşdur, hazırda isə Qocalı Bələdiyyəsinin sədri vəzifəsində işləyir o, borcunu hissəhissə ödəyəcəkdir, lakin onun hazırda həmin borcu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasınını vaxtı və yeri barədə tələbkar” MKT İK”MMC-yə lazimi qaydada məlumat verilsə də nümayəndə telefon vasitəsi ilə əlaqə saxlayaraq borcun tam ödənilməsini və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Beləliklə, Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-612/2019 saylı icra vərəqəsinə əsasən xx.xx.2014-cü il tarixdən başlayaraq Şəxs əsasən Şəxs 2786,70 manat tutlaraq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi qət edilmişdir. Kürdəmir rayon məhkəməsinin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun tələbini üzrsüz səbəbdən qəsdən tam yerinə yetirməmiş və Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-612/2019 saylı icra vərəqəsini qərəzli olaraq icra etməmişdir. Barəsində inzibati icraat açılmış şəxs Şəxs bir müddət işsiz olduğunu və hazırda Qocalı Bələdiyyəsinin sədri vəzifəsində işlədiyini əsas gətirərək borcunu birdəfəlik ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs dolayı yolla icra vərəqəsinin icrasına maneçilik törətdiyini ifadə edir. Ona görə də məhkəmə hesab edir ki, onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun əmlak vəziyyətini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tədbiq edilməsini qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar