Məhkəmə qərarları › İş №3(041)-686/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-686/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-686/2025 04.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Kürdəmir Rayonu, Topalhəsənli Ərazi Dairəsi, Qaraqocalı kəndində qeydiyyatda olmaqla yaşayan (FİNxxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Kürdəmir RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-nin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2025-ci il tarxli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında Kürdəmir RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2 izahat verərək bildirmişdir ki, cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2025-ci il tarixli qərarla, Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi əsası ilə barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, özünü İXM-nin 510-cu maddəsi ilə təqsirli bilmir, İXMnin 232-1-ci maddəsi ilə isə təqsirli bilir. Belə ki, həyətindən keçən 15 evin qurunt sularının axıdılması ilə bağlı su kanalizasiya sistemi vardır. Ən axrıncı ev Zərərçəkmiş şəxs, ondan əvvəl isə onun evidir. Onların evindən Zərərçəkmiş şəxs keçən hissəni 7-8 ay əvvəl Zərərçəkmiş şəxs bağlamışdır. Bu məsələ ilə bağlı kənd icra nümayəndəliyi və bələdiyyə ilə birlikdə icra başçısının qəbulunda olmuşdur. Başçı suyun qarşısının açılması ilə bağlı tapşırıq vermişdir. Həmin nümayəndələr suyun qabağını açmaq üçün gəlmiş, Zərərçəkmiş şəxs buna etiraz edərək icazə verməmişdir. Həmin şəxs ondan su kanalizasiya idarəsinə və əmək müfəttişliyinə şikayət vermişdir. Səbəb olaraq da guya o tullantı sularının onun bağına axıtmışdır, ona görə də Zərərçəkmiş şəxs suyun qabağın bağlamışdır. Nümayəndələr gəlib baxış keçirdikdə şikayətin əsassız olduğu müəyyən edilmişdir. Təxminən 1 ay qabaq hasarın yanından səs gəldiyini eşitmişdir. Gedib görmüşdür ki, Zərərçəkmiş şəxs oğlu Nəsrəddin Novruzov həmin kanalizasiyanın qarşısını beton tökərək bağlamışdır. O da həmin şəxsə oranı bağlamasına icra nümayəndəliyindən icazə verilmədiyini bildirmişdir. Nəsrəddin Novruzov da qarşılığında yaxşı etdiyini bildirmişdir. Həmin su arxının qarşısını dəmir dam örtüyü ilə kəsmişdir. Həmin dəmir dam örtüyünü bellə vurub deşmişdir. Daha sonra əmisi oğlu Nəsrəddin Novruzova zəng edib oranı uçurduğunu, belə bir şeyin bir daha etməməsini bildirmişdir. Sonra çıxıb gəlmişdir. Sonradan isə həmin sındırdığı dəmiri yenisi ilə bərpa etmişdir. Həmin o dəmir dam örtüyü orada hasar funksiyasını yerinə yetirir. O, Zərərçəkmiş şəxs qarşı heç bir nalayiq, təhqiramiz ifadə işlətməmiş, yalnız onun oğluna zəng edərək ona suyun qarşısını bağlamamasını demişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, tullantı sularına görə bütün bağında olan ağaclar qurumuşdur. Qızı həmin tullantı sularının gəldiyi hissəyə hasar çəkmişdir. Həmin hasarı sonra Müsviq Novruzov gəlib baltalamışdır. Həmçinin gəlib onları nalayiq ifadələrlə söyüb təhqir etmiş və evi yandıracağı ilə bağlı təhdid etmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələri ilə inzibati qaydada tədbir görülməsi, eləcə də Zərərçəkmiş şəxs 43 manat dəymiş ziyanın ödətdirilməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, xx.xx.2025-ci il tarixdə Şəxs qohumu Zərərçəkmiş şəxs söyüb təhqir etmiş, bununla da o, İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs məxsus dəmir şiferi balta ilə vurub əzmiş, ona maddi ziyan vurmuş, bununla da o, İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs xırda xuliqanlıq etməsi sübuta yetirilməmişdir. Belə ki, baxılan iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirini təsdiq edəcək İXM-nin 76.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin əsaslana bildiyi maddi sübutlar, şahidlərin izahatları, digər sənədlər iş materiallarına əlavə edilməmiş, məhkəməyə də təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı da barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər aşkarlanmamışdır. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib etmiş orqan isə Şəxs tərəfindən xırda xuliqanlıq edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə Şəxs istinad edilən İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsiri sübuta yetirilməmişdir. Məhkəmə iş materiallarını ətraflı təhlil edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə özünün həmin hissədə etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və digər iş materialları işə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan şəxs Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərəçəkmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini onun məsuliyyətini yüngünləşdirən hal kimi nəzərə alır və məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata həmin hissədə xitam verilməli, o, İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib, ona vurulmuş ziyanın bir misli məbləğdə cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 43 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar