Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-687/2023 04.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və qərarından şikayət verilmiş Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndəsi Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin baş məsləhətçisi, X4 iştirakı ilə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin rəisi X5 05 iyukl 2023-cü il tarixli,MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Kürdəmir rayon X6 Hüquqi Şəxsin şüa Diaqnostika şöbəsinin müdiri X13 tərəfindən verilmiş şikayətə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir rayon X6 Hüquqi Şəxsin şüa Diaqnostika şöbəsinin müdiri X13 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin rəisi X5 05 iyul 2023-cü il tarixli,MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək göstərmişdir ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin rəisi X5 05 iyul 2023-cü il tarixli,MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, AR İXM-nin 268.0.1-ci maddəsini(ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə) törətməkdə təqsirli bilinərək 2500 manat məbəğində cərimə edilmişdir. Həmin qəarar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halalr araşdırılmamış, nəticədə qanunsuz və əsassız bir qərar qəbul edilmişdir. Kürdəmir RMX PHŞ-nin əsaslı təmir edilməsi iləbağlı AR Səhiyyə Nazirliyi tərəfində tender keçirilmiş və həmin binanın tikilməsi tendr əsasında”Turgay” MMC-yə həvalə olunmuşdur. Kürdəmir RMX-nın təmirinin başa çatdırılması ilə əlaqədar istismara qəbul edilməsi üçün qəbul komissiyasının aktından obyektin təmirinin layihəsi “Cahan” firması,obyektntikintisini həyata keçirən podratçı təşkilartın "xxxx" MMC və həmin aktı təsdiqləyən AR Səhiyyə Nazirliyinin olması öz əksini tapmaqdadır. Həmin aktda Xəstəxanada “ionlaşdırıcı çüa mənbələri”ilə işləmək üçün təyinatı qanunvericiliyə uyğun şəkildə tənzimlənmiş xüsusi otaqlar nəzərdə tutulmamışdır. Qeyd etdiyi layihənin hazırlanmasında və məsissəini tikintisində Kürdəmir RMX PHŞ-in iştirakı olmamışdır. Ümumiyyətlə Xəstəxanaların tikilməsi üçü layihənin hazırlanması və tikintisinin həyata keçiriməsində Xəstəxanaların rəhbərliyi iştirak etmir. Sözügedən layihənin hazırlanması AR Səhiyyə Nazirliyi tərəfindən,müəssisnin tikintisi isə tender qalibi olmuş podratçı şirkət tərəfindən həyata keçirilir. Xəstəxananın xüsusi rentgen otaqları ilə təhciz olunub-olunmaması Xəstəxananın rəhbərliyi tərəfindən həyata keçirilən bir məsələ deyildir. 2012-ci ildə müəsissə əsaslı şəkildə təmir olunduqda da müəsissəsdə xüsusi renten otaqları nəzərdə tutulmamışdır. Göründüyü kimi xəstəxanaların tikintisi ümün layihələrin hazırlanması,tikintisi AR Səhiyyə Nazirliyi tərəfindən və podratçı təşkilat rəfəindən həyatakeçirildiyindən.xəstəxanada xüsusi rentgen otaqlarının olmamasına görə,həmçinin bunun üçün AR Fövqaladə Hallar Nazirliyindən icazənin alınmamasında müəsissəinin və onun hər hansı tr təqsitri yoxdur. Bundan əlavə layihədə xəstəxanada xüsusi rentgen otaqlarının arılmasının nəzərdə tutulmasmaına baxmayaraq,vətəndaşların sağlamlığının qorunması üçün müəsissəinin rəhbərliyi tərəfindən xəstəxanada xüsusi rentgen otağı hazılanmış,təmirdən öncə mövcud olmuş rentgen aparatları da həmin otağa yerləşdirilmişdir. Lakin rentgen otaqlarının xüsusi materiallarla təmi edilməsi üçün müəsissəinin avadanlıqlarla təmin ediməsi onlardan asılı olmayan səbəblərə görə mümkün olmamışdır. Çünki layihədə Xəstəxaa üçün Rentgen otaqları nəzərdə tutulmadığından onların təminatı üçün avadanlıqlar da müəsissəyə verilməmişdir. Həmçinin onu qeyd edr ki, qanunvericiliyə uyğun olaraq müəsissələrin layihələri hazırlannarkən Fövqaladə Hallar Nazirliyi tərəfindən həmin layihələrə baxılmalı və münasibət bildirməlidir. Əgər xəstəxananın tikintisi üçün nəzrədə tutulmuş layihədə vətəndaşlara xidmət göstərilməsi üçün xüsusi rentgen otaqlarını nəzrdə tutulmaması,onlara xüssi avadanlıqların verilməməsi öz əksini tapmışdırsa Fövqaladə Hallalr Nazirliyindən bu məsələyə münasibət bildirilməli idi. Halbuki müəsissəinin 11 ildən artıq müddətdirt ki əsaslı şəkildə təmir olunmasına baxmayaraq,Fövqaladə Hallar Nazirliyi tərəfindən bu məsələlərə 11 il sonra münasibət bildirmişdir. Bu isə qəbul edilmiş qərarın qanunsuz və əsassız olduğuna dəlalət etməkdir. AR Konstitutsiyasına əsaəsn hər kəsin təqsirsizlik prezumpsiyası vardır.Yəni hüç kəs təqsiri qanunla sübut edilməmiş əmələ görə inzibati məsuliyyətə cəlb edilə bilməz.Xəstəxana üçün rentgen otaqlarının nzərədə tutulmamsına görə onun barəsində inzibati tənbeh tətbiq edilməsinin hç bir hüquqi əsası yoxdur. Yuxarıda göstərdilən xüsusatları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Fövqaladə Halallar Nazirliyi NRFTDA-nın rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli.MN ******* nömrəli qərar qanunsuz və əsassız oldu üçün ləğv edilməlidr. Məhkəmə iclasında izahat verən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndəsi Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin baş məsləhətçisi, X10 göstərdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin rəisi X11 tərəfindən “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası”nın PHŞ-in Şüa diaqnostika şöbəsinin müdiri X13 barəsində İnzibati tənbeh vermə haqqında qəbul edilmiş Qərardan Kürdəmir Rayon Məhkəməsinə verilən şikayəti ilə bağlı bildirmək istəyirik ki, radiasiya təhlükəsizliyinin respublikada qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğunluğunun planlı yoxlanılması zamanı, “ Kürdəmir Rayon Mərkəzi Xəstəxanası”-da aşkar edilmiş radiasiya təhlükəsizliyinin pozulması faktları əsasında 12 iyun 2023-cü il tarixində X13 barəsində MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla əlaqədar olaraq, radiasiya təhlükəsizliyinin pozulması faktları üzrə inzibati xəta haqqında işin baxılması 05 iyul 2023-cü il tarixinə təyin olunmuş və 13.06.23 tarixli 3-18-25/2-2300/2023 nömrəli “Bildiriş” göndərilərək, işin baxılmasında iştirak etmək üçün X3 və X2 üzrə Dövlət Agentliyinə dəvət edilmişdir. Təyin olunmuş vaxtda X13 ozü və ya onun qanuni nümayəndəsi üzürsüz səbəbdən işin baxılmasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılmış və barəsində İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli Qərar alınmışdır. Nəticədə, X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati tənbeh növü tətbiq edilmiş və 2500 AZN məbləğində cərimə edilmişdir. Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 19 avqust 1998-ci il tarixli 758 nömrəli Fərmanı”nın 3-cü bəndinə, həmçinin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa 3 nömrəli əlavənin 23-cü bəndinə əsasən xüsusi icazə olmadan ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqəli fəaliyyətin həyata keçirilməsi qadağan olmasını təşkil edir. Lakin tələbinin olmasına baxmayaraq, Agentliyin tərəfindən keçirilmiş planlı yoxlama zamanı həmin müəssisənin Radioloji Şöbəsində bu qurğuların xüsusi icazə olmadan istismar edilməsi faktı aşkar edilmişdir. Əhalinin radiasiya təhlükəsizliyi haqqında Qanununun 22-ci maddəsinə əsasən Radiasiya təhlükəsizliyinin təmin olunmasında tələbləri yerinə yetirməyən və ya pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki-hüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Fövqaladə Halallar Nazirliyi NRFTDA-nın rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, MN ******* nömrəli qərar qanuni və əsaslıdır. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində Kürdəmir rayon X6 Hüquqi Şəxsin şüa Diaqnostika şöbəsinin müdiri X8 lazimi qaydada məlumat verilməsinə baxmayaraq o,məhkəməyə ərizə göndərərk iş çoxluğu ilə əlaqəar məhkəmə iclasına gələ biməyəcəyini və məhkəmə iclasının onun iştiakıə olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şikayətə Kürdəmir rayon X6 Hüquqi Şəxsin şüa Diaqnostika şöbəsinin müdiri X12 iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 133-.2.4-cü maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir Həmin Məcəllənin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 131.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqaladə Halallar Nazirliyi NRFTDA-nın rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarla Kürdəmir rayon X6 Hüquqi Şəxsin şüa Diaqnostika şöbəsinin müdiri X13 AR İXM-nin 268.0.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi 2500 (iki min beş yüz) manat miqdarında cərimə edilmişdir. İş materialalrına əlavə edilmiş xx.xx.2012-ci il tarixli Kürdəmir rayon Mərkəzi Xəstəxanasının təmirinin başa çatdırılması ilə əlaəqdar istismara qəbul edilməsi üçün qəbul komissiyasının aktından görünür ki, Kürdəmir rayonu X.İslamzadə küçəsi,7 ünvanda yerləşən Kürdəmir rayon Mərkəzi Xəstəxanasının əsas və köməçi binalarında təmir işləri başa çatdığı üçün komissiya üzvləri X9 obyektləri şəbəkəsinin İnkişafının Planlaşdırma şöbəsinin müdiri Əli Abbasov, Səhiyyə Nazirliyinin Tikilməkdə olan X1 Nzarət şöbəsinin rəisi Azay Azayev,podratçının nümayəndəsi "xxxx" MMC-nin direktoru Rafət Orucov, layihəçinin nümayəndəsi,”Cahan” firmasının dirketoru Xəqani Həsənov,istismarçının nümayəndəsi,Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş əkimi Zahid Əhmədov,təsərrüfat işləri üzrə baş həkimin müavini Elçin Qədirov və sanitar nəzarətinin nümayəndəsi Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin dikektoru Akif Mustafayev təqrəfindən istismara qəbul edilmişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndəsi Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin baş məsləhətçisi, X4 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, P-23/161 nömrəli yoxlama aktından görünür ki, həmin tarixdə keçirilmiş yoxlama zamanı 9 adda pozuntular aşkar edilmişdir. İş materiallarından göründüyü kimi Kürdəmir rayon X6 Hüquqi Şəxsin şüa Diaqnostika şöbəsinin müdiri X13 radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməyərək pozaraq, ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyi təmin edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Kürdəmir RMX PHŞ-də “ionlaşdırıcı çüa mənbələri”ilə işləmək üçün xüsusi otaqların nəzərdə tutulmaması, qeyd edilən layihənin hazırlanmasında və müəsissənin tikintisində Kürdəmir RMX PHŞ-in iştirakı olmaması, Kürdəmir rayon X6 Hüquqi Şəxsin şüa Diaqnostika şöbəsinin müdiri X7 barəsində Azərbaycan Respublikası Fövqaladə Halallar Nazirliyi NRFTDA-nın rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi üçün heç bir əsas deyildir. Kürdəmir rayon X6 Hüquqi Şəxsin şüa Diaqnostika şöbəsinin müdiri X7 törətdiyi inzibati xəta insan həyatı və sağlamlığı üçün böyük təhlükə yaradır. Ona təyin edilmiş 2500 manat inzibati tənbeh onun törətdiyi inzibati xətanın xarakterinə uyğun olmaqla qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələbinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə məhkəmə hesab edir ki, Kürdəmir rayon X6 Hüquqi Şəxsin şüa Diaqnostika şöbəsinin müdiri X7 barəsində Azərbaycan Respublikası Fövqaladə Halallar Nazirliyi NRFTDA-nın rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9,21,129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Kürdəmir rayon X6 Hüquqi Şəxsin şüa Diaqnostika şöbəsinin müdiri X7 barəsində Azərbaycan Respublikası Fövqaladə Halallar Nazirliyi NRFTDA-nın rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-687/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-687/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver