Məhkəmə qərarları › İş №3(041)-689/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-689/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-689/2023 25.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Syfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2002-ci ildə Kürdəmir rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Yenikənd kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Kürdəmir rayonu Yenikənd kəndində yaşadıqları evdə əri Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə zamanı sonuncunun sol qulaq və sol bazusuna qəsədən vuraraq ona xəsarət yetirməklə fiziki ağrılar yetirməklə onu döymüşdür. Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. İnzibati xəta törədən Şəxs göstərdi ki, Elnur onun əridir. Onların bir uşaqları vardır. xx.xx.2023-cü il tarixdə Elnur onun anası ilə yaşadığı evə gələrək nalayiq ifadələr işlətmiş və uşağını görmək üçün otağa grmək istəmiş, o, da Elnurun sinəsindən itələmiş və stulu Elnura tərəf tullamışdır. Hazırda o, Elnurdan üzr istəmiş və ona dəymiş ziyanı ödəməklə onunla barışmışdır. Əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Badamxanım onun arvadıdır və onların 1 uşaqları vardır. Münasibətləri ormal deyildir. Belə ki, onlar 2019-cu i tarixdən Ukrayna da yaşamış və Badamxanım onun anası ilə yola getmədiyi üçün o, Badamxanınmı valieynlərinin yanına göndərmişdir. O, da uşağı görmək üçün xx.xx.2023cü il tarixdə, saat təxminən 12 radələrində Badamxanımgilin yaşadığı evə gəlmiş və uşağın yatdığı iotağa getmək istəmiş, lakin Badamxanım onu nalayiq ifadələrlə təhqir edərək stulu ona tərəf tullamış və stul ona dəydiyi üçün xəsarət almışdır. Hal-hazırda Badamxanımla barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onun Badamxanıma qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki,Badamxanım barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, a məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin 2.06.2023-cü il tarixli, 262 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında Zərərçəkmiş şəxs bədənində aşkar olumuş xəsarətlər: sol qulaqönü çeyəmə nahiyəsindəvə sol bazuda sıyıqların küt əşya təsirindən əmələ gəlməsi, xəsarətin xx.xx.2023-cü il tarixə uyğun gəldiyi və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxsnun törətdiyi inzibati xəta hadisəsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, inzibati xəta hadisəsi törədən Şəxs onunla barışmışdır. İnzibati xəta hadisəsi törədən Şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış və işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinin tələbinə görə bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişşəxs zərərçəkmişşəxslə barşıdıqda inzibati xəta haqqında işüzrə icraata xitam verilir. Ona görə dəməhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə barəsində olan inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 353.0.9, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARA ALDİ : İnzibat xəta törədən Şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi iləŞirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar