Məhkəmə qərarları › İş №3(041)-690/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-690/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-690/2023 25.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1970-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri, S.Qazıyeva küçəsi,ev 4-də yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələində yaşadıqları evdə şxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı əli ilə qəsdən qonşusu Zərərçəkmiş şəxs sol qoluna və əlinə vuraraq ona sağlamlığa zərərvurmaya aid edilməyən xəsaərtlət yetirməklə onu döymüşdür. Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, Güləbətin onun qonşusudur. Münasibətləri normal deyildir. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində dükandan çıəxıb evlərinə gələrkən yolda qonşu uşaı ona Güləbətin qızınla savaşı demiş və o, da tez-tez yüyürək evə getmiş və həyətdə Güləbətinin qızı Vüsalə ilə mübahisə etdiyini görüb ona Vüsalədən nə istəyirsən soruşmuş, lakin Güləbətin onunla mübahisə etmiş, o,da əsəbləşərək Gülbətinin qolundan tutuaraq güclə həyətdən çölə çıxartmışdır. Onlar barışmamışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Dürdanə onun qonşusudur və münasibətləri normal olsa da son vaxtlar pozulmuşdur. xx.xx.2023-cü il tarixdə evdə olarkən Dürdanənin kürəkəni Kamran onların həyətinə gəlmiş və o, Kamranla söhbət etmək üçün Dürdanəgilin həyətinə keçmiş və onlar söhbət edərkən Kamranın yoldaşı Vüsalə anası Dürdanəyə zəng edrək tez onun evə gəlməsini xahiş etmiş, bir neçə dəqiqə sonra Dürdanə gəlmiş və onların yanına çatan kimi əli ilə onun boynunun arxasından tutub divara saıxaraq itələmiş və əli ilə də belindən yumruqla vurmuşdur. O, da evə gəlib şəxsi telefonu ilə DİN-nin 102 xidmət mərkəzinə zəng edərək Dürdanənin onu döyməsi barədə məlumat vermişdir. Onlar barışmamış və Düranə ona dəyən ziyanı ödəməmişdir. Odur ki, Dürdanə barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 272 saylı canlışəxsin məhkəmə tibbi müayinəsi aktında 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazunun yuxarı1/3-də və sol əlin arxa səthində qançırların küt əşyanın təsirindən əmələ gəlmişdir, müddətin xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən kimi göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün etirafı ı zərərçəkmiş şəxsin izahatı, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin aktı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolvə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun qadın olmaqla ilk dəfə inzibati xəta hadisəsi törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xətatörədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənveh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar