Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-690/2025 05.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Məhkəmə iclas katibi Şahbazova Göyçək Kamil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri, Xanlar küçəsi, ev 4-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir Rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 510, 535.1 və 157-ci maddələri ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Şəxs İXM-nin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN ******* və xx.xx.2025-ci il tarxli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:50 radələrində Kürdəmir RPŞ-nin PPX-nin polis nəfəri polis serjantı Davud Məmmədli və PPXB-nin polis nəfəri Qafqaz Qəhrəmanov ilə birlikdə Kürdəmir rayonu ərazisində xidmətdə olduqları zaman Bakı prospekti adlanan ərazidə bir neçə nəfər şəxsin bir-biri ilə mübahisə edərək dalaşdıqlarını görüb yaxınlaşaraq onları nizam-intizama dəvət etmiş, lakin həmin şəxslər polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdikləri üçün polis əməkdaşları onları RPŞ-nə gətirmişlər. Şəxs əməlində İXM-nin 157, 510 və 535.1-ci maddələrinin tərkib hissəsi olduğundan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək tərəflərə təqdim edilmiş, bundan sonra barəsində İXM-nin 157, 510 və 535.1-ci maddələri inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, özünü Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilir, həmin Məcəllənin 535.1 və 157-ci maddələri ilə isə təqsirli bilmir. Onun Kürdəmir şəhəri, Bakı prospektində yerləşən idman kompleksi ilə üzbəüz olan özünə məxsus avtomobillərin yağ dəyişmə sexi vardır. Ramin özünə məxsus avtomobili xx.xx.2025-ci ildə onunla qonşu sexdə işləyən ustaya təmir etmək üçün vermiş, saat 19:40 radələrində Raminin oğlu Etibar onların yanında olduğu vaxt onunla zarafat etmiş, bu vaxt Raminlə aralarında sözlə mübahisə yaranmışdır. Onlar arasında mübahisə yalnız sözlə olmuş, bir-birlərinə qarşı zor tətbiq etməmişlər. Bu vaxt PPX-nin əməkdaşları onların hərəkətlərini gördükləri üçün onları rayon PŞ-nə dəvət etmişlər. O da heç bir söz demədən onlarla birlikdə Kürdəmir RPŞ-nə gəlmişdir. Əməlindən peşimandır. Barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus yük maşını nasaz olduğundan, Kürdəmir şəhəri, Bakı prospektində yerləşən idman kompleksi ilə üzbəüz olan avtomobil təmiri sexinə təmir etmək üçün vermiş, orada olduğu zaman tanışı Şəxs ilə aralarında sözlə mübahisə yaranmış, bunu görən PPX-nin əməkdaşları yaxınlaşaraq onları nizamintizama dəvət etmiş, bundan sonra onları polis maşınına oturdaraq polis şöbəsinə aparmışlar. Şəxs ilə onun mübahisəsi yalnız sözlə olmuş, Qardaşəli ona qarşı heç bir zor tətbiq etməmişdir. Onlar polis əməkdaşlarına tabesizlik göstərməmiş, hər ikisi onların dəvəti ilə elə onlarla birlikdə Kürdəmir RPŞ-nə getmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin post patrul xidmətinin polis nəfəri, polis serjantı X4 izahatında bildirdi ki, xx.xx.2025-cü il tarixdə PPXB-nün polis nəfəri Qafqaz Qəhrəmanovla birlikdə Kürdəmir rayonu ərazisində xidmətdə olduqları zaman Bakı prospekti adlanan ərazidə iki nəfər şəxsin sözlə mübahisə etdiklərini görüb, dərhal onlara yaxınlaşaraq özlərini təqdim edərək nizam-intizama dəvət etmişlər. Onlar ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək ətrafdakı insanları da oraya topladıqlarından onları polis şöbəsinə dəvət etmişlər. Onlar polisə tabesizlik göstərmədən onların dəvəti ilə polis şöbəsinə getmişlər. Onların arasında mübahisə yalnız sözlə olmuş, bir birlərinə qarşı fiziki zor tətbiq etmələrinin və ya xəsarət yetirmələrinin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs barələrində Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələri ilə inzibati inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti rayon PŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs və Zərərçəkmiş şəxs bir-birlərinə fiziki ağrı yetirməklə döymüş, bununla da İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişlər. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs və Abbasov X2 şəhəri, Bakı prospektində ictimai yerdə uca səslə mübahisə edərək ictimai qaydanı pozmuş, bununla İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişlər. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Zamanov X1 şəhəri, Bakı prospektində polisin qanuni tələbinə tabe olmamış, bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli 295 nömrəli rəyində göstərilmişdir ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli 296 nömrəli rəyində göstərilmişdir ki, 1996-cı il təvəllüdlü Şəxs məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında Şəxs ilə onun mübahisəsinin yalnız sözlə olduğunu, Qardaşəlinin ona qarşı heç bir zor tətbiq etmədiyini, onun polis əməkdaşlarına tabesizlik göstərmədiyini, hər ikisinin polislərin dəvəti ilə Kürdəmir RPŞ-nə getdiklərini, ondan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin post patrul xidmətinin polis nəfəri, polis serjantı X4 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxsin yalnız sözlə mübahisə etdiklərini, onların polisə tabesizlik göstərmədiyini, onların dəvəti ilə hər ikisinin polis şöbəsinə getdiklərini onların arasında mübahisənin yalnız sözlə olduğunu, bir-birlərinə qarşı fiziki zor tətbiq etmələrinin və ya xəsarət yetirmələrinin şahidi olmadıqlarını bildirmişdir. Məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli 295 nömrəli və həmin tarixli 296 nömrəli rəylərində 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və 1996-cı il təvəllüdlü Şəxs məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində heç bir xəsarət aşkar edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İXM-nin 157 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi və döymə və sair zorakı hərəkətlərlə zərərçəkmiş şəxsə qəsdən fiziki ağrı yetirməsi sübuta yetirilməmişdir. Belə ki, baxılan iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 157 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirini təsdiq edəcək İXM-nin 76.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin əsaslana bildiyi maddi sübutlar, şahidlərin izahatları, digər sənədlər iş materiallarına əlavə edilməmiş, məhkəməyə də təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Şəxs istinad edilən İXM-nin 157 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İXM-in 157 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan şəxs Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məsuliyyətini yüngünləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında başlanılmış icraata həmin hissələrdə xitam verilməli, İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollara dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-690/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-690/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver