Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-691/2025 05.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X16, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X6, Zərərçəkmiş şəxs X17, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayon Böyük Kəngərli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 510, 535.1 və 157-ci maddələri ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş: - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Kürdəmir şəhəri Bakı prospektində vətəndaş X17 ilə uca səslə, qarşılıqlı münaqişə etməklə ictimai qaydanı pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə ictimai qaydanı pozarkən, polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Kürdəmir rayonu Böyük Kəngərli kəndində yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə Kürdəmir şəhəri Bakı prospekti ərazisində tanışı X12 fiziki ağrı yetirməklə döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X13 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 19:50 radələrində Kürdəmir RPŞ-nin PPX-nin polis nəfəri polis serjantı Davud Məmmədli və PPXB-nin polis nəfəri Qafqaz Qəhrəmanov ilə birlikdə Kürdəmir rayonu ərazisində xidmətdə olduğuqları zaman Bakı prospekti adlanan ərazidə bir neçə nəfər şəxsin bir-biri ilə mübahisə edərək dalaşdıqlarını görüb yaxınlaşaraq onları nizam intizama dəvət etmişlər, lakin həmin şəxslər polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdikləri üçün polis əməkdaşları onları RPŞ-nə gətirmişlər. Şəxs əməlində İXM-nin 157, 510 və 535.1-ci maddələrinin tərkib hissəsi olduğundan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək tərəflərə təqdim edilmiş, bundan sonra barəsində İXM-nin 157, 510 və 535.1-ci maddələri inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Etibar oğlu, Kamran əmisi nəvəsi, X4 və X17 tanışıdır. xx.xx.2025-ci il tarixdə özünə məxsus yük maşını nasaz olduğundan, Kürdəmir şəhəri Bakı prospektində yerləşən idman kompleksi ilə üzbəüz olan avtomobil təmiri sexinə təmir etmək üçün vermiş, orada olduğu zaman tanışı X17 ilə mübahisə yaranmış, əlləri ilə bir-birlərini itələdiklərini görən PPX-nin əməkdaşları yaxınlaşaraq onları nizam-intizama dəvət etmiş, bundan sonra Əli onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə, özündən uzaqlaşdırmaq üçün onu əli ilə itələmiş və mübahisələri davam etdiyinə görə polis əməkdaşları təkrarən onlara yaxınlaşaraq öz iradlarını bildirmiş, bu dəfə Əlinin atası Qalib hadisə yerinə gəlib onunla mübahisə etməyə başlamışdır. Polis əməkdaşları mübahisənin davam etdiyini görüb onları məcburi qaydada polis maşınına oturdaraq polis şöbəsinə aparmışlar. Etdiyi hərəkətlərə görə peşimandır və nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X17 izahatında bildirdi ki, özünə məxsus Kürdəmir şəhəri Bakı prospektində yerləşən idman kompleksi ilə üzbəüz olan avtomobillərin yağ dəyişmə sexi var. Ramin özünə məxsus avtomobili xx.xx.2025-ci il onunla qonşu sexdə işləyən ustaya təmir etmək üçün vermiş, saat 19:40 radələrində Raminin oğlu Etibar onların yanında olduğu vaxt onunla zarafat etmiş, bu vaxt Raminlə aralarında mübahisə yaranmış, Ramin onun yaxasından tutduğuna görə əlbəyaxa olmuşlar. Bu vaxt PPX-nin əməkdaşları onların hərəkətlərini gördükləri üçün onları rayon PŞ-nə dəvət etmişlər. Hadisə zamanı hər hansı bir bədən xəsarəti almamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin post patrul xidmətinin polis nəfəri, polis serjantı X8 ifadəsində bildirdi ki, xx.xx.2025-cü il tarixdə saat 19.50 radələrində PPXB-nün polis nəfəri Qafqaz Qəhrəmanovla birlikdə Kürdəmir rayonu ərazisində xidmətdə olduqları zaman Bakı prospekti adlanan ərazidə bir qrup şəxsin toplaşaraq dava-dalaş etdiklərini görüb, dərhal onlara yaxınlaşaraq özlərini təqdim edərək nizam-intizama dəvət etmişlər. X3 ilə Şəxs mübahisə edərək ətrafdakı insanları ora toplamış, onların müdaxiləsindən sonra hadisə yerinə gələn Əlinin atası Qabil Raminlə mübahisə edərək ictimai qaydanı pozduqları üçün təkrarən onları aralaşdırmış və mübahisəyə son qoymalarını tələb etmişlər. Lakin həmin şəxslər onların qanuni tələbinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiklərinə görə, məcburi qaydada onları polis maşınına əyləşdirib RPŞ-nə aparmışlar. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon pols şöbəsinin TB-nin təhqiqatçısı S.N.Sadıqovun cinayət işi başlanmasının rədd edilməsi haqqında 04 iyul 2025-ci il tarixli qərarında göstərilmişdir ki, Kürdəmir RPŞ-nin PPX-nin polis nəfəri polis serjantı Davud Məmmədli xx.xx.2025-ci il tarixdə Kürdəmir rayon PŞ-nin rəhbərliyinə raportla məruzə edərək həmin tarixdə saat 19:50 radələrində Kürdəmir şəhəri Bakı prospektində Qafqaz Qəhrəmanovla xidmətdə olduqları vaxt xidmət ertdiklrəi postda bir neçə nəfər şəxsin davadalaş etdiklərini görüb dərhal həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsləri nizam-intizama dəvət etsələr də, həmin şəxslər polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdikləri üçün həmin şəxsləri rayon PŞ-nə gətirmələrini bildirmişlər. Araşdırma zamanı X8 izahatında Kürdəmir rayon PŞ-nin PPXBnin polis nəfəri vəzifəsində işlədiyini, xx.xx.2025-ci il tarixdə saat 19:50 radələrində Kürdəmir şəhəri Bakı prospektində Qafqaz Qəhrəmanovla xidmətdə oluqqları vaxt xidmət ertdiklrəi postda bir neçə nəfər şəxsin dava-dalaş etdiklərini görüb dərhal həmin şəxslərə yaxınlaşdıqlarını, özlərini təqdim edib həmin şəxsləri nizam-intizama dəvət etsələr də, lakin həmin şəxslər polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdikləri üçün həmin şəxsləri rayon PŞ-nə gətirdiklərini, RPŞ-nin növbətçi hissəində həmin şəxslərin Kürdəmir şəhəri T.Qurbanov küçəsində yaşayan Şəxs, X9, X10 və Kürdəmir şəhəri Xanlar küçəsində yaşayan X17, X4 olduqları müəyyən olunduqlarını bildirmişdir. Qafqaz Qəhrəmanov izahatında Davud Məmmədlinin izahatında göstədiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. X17 izahatında Kürdəmir şəhərində yaşadığını, X4 atası, Şəxs və Raminin oğlu Etibarı tanıdığını, X1 əmisi nəvəsi olduğunu, özlərinə məxsus Kürdəmir şəhəri Bakı prospektində yerləşən idman kompleksi ilə üzbəüz olan avtomobillərin yağ dəyişəmə sexində işlədiyini, Raminin özünə məxsus Qazel markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük maşınının olduğunu, xx.xx.2025-ci il tarixdə Ramin Qazel markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük maşınını təmir etdirmək üçün onunla qonşu sexdə işləyən usta Vəliyə təmir etmək üçün verdiyini, saat 19:40 radələrində Raminin oğlu Etibar onların yanında olduğu vaxt onunla zarafat etdiyini, o da Etibara əsəbi olduğunu, zarafat etməməsini dediyində aralarında mübahisələrinin olduğunu, mübahisə vaxtı Etibarın atası Ramin onların dalaşdığını başa düşdüyündən onunla mübahisə edərək yaxasından tutduğuna görə əlbəyaxa olduqlarından süpürləşdiklərini, həmin vaxt atası Qabil park tərəfdən onların yanına gələrək onları ayırdığını, PPX-nin əməkdaşları onların hərəkətlərini gördükləri üçün onları rayon PŞ-nə dəvət etdiklərini, hadisə zamanı hər hansı bir bədən xəsarəti almadığını, hadisə zamanı bir neçə nəfər tanımadığı şəxslərin olduğunu bildirmişdir. X4 izahatında Əli Zamanovun izahatında göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Şəxs izahatında Kürdəmir şəhərində yaşadığını, Etibar Abbasov oğlu, X10 əmisi nəvəsi, X2 və X14 tanıdığını, fərdi əməklə məşğul olduğundan, özünə məxsus Qazel markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük maşını nasaz olduğundan xx.xx.2025-ci il tarixdə Kürdəmir şəhəri Bakı prospektində yerləşən idman kompleksi ilə üzbəüz olan avtomobil təmiri sexinə usta Vəliyə təmir etmək üçün verdiyini, oğlu Etibar ustanın yanında qaldığını, özü isə evə getdiyini, saat 19:40 radələrində ustanın yanına gəldiyini, oğlu Etibar ilə Əlinin mübahisə etdiklərini gördüyünü, Əli ilə Etibar mübahisə etdiklərindən o da Etibara öz iradını bildirdiyini, Əlidən nəyə görə mübahisə etdiklərini sorşduğunu, Əli ona oğlu Etibarın onunla zarafat etdiyini, o da zarafatı qəbul etmədiyindən mübahisələrinin və söz-söhbətlərinin olduğunu deidyini, bu səbəbdən Əli ilə mübahisə etdiyini, mübahisə vaxtı əlbəyaxa olaraq süpürləşdiklərini, Əlinin atası Qabillə də aralarında mübahisələri olduğundan əlləri ilə bir-birlərini itələdiklərini, PPX-nin əməkdaşları onların hərəkətlərini gördükləri üçün onları rayon PŞ-nə dəvət etdiklərini, hadisə zamanı yanlarında bir neçə nəfər tanımadığı şəxslərin olduğunu bildirmişdir. X9 izahatında Kürdəmir şəhərində yaşadığını, atası Raminə məxsus Qazel markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük maşınının olduğunu, xx.xx.2025-ci il tarixdə Ramin yük maşınını Kürdəmir şəhəri Bakı prospektində yerləşən idman kompleksi ilə üzbəüz olan avtomobil təmiri sexinə usta Vəliyə təmir etdirmək üçün verdiyini, Ramin çıxıb getdiyi, o da Vəlinin yanında qaldığını, saat 19:40 radələrində tanıdığı Əli adlı şəxs də orada olduğundan əli ilə zarafat etdiyini, Əli əsəbi olduğundan aralarınd sözlə mübahisələrinin olduğunu, az sonra Ramin gələrək ona irad bildirdiyini, Əlidən nəyə görə mübahisə etdiklərini soruşduğunu, Əli Raminlə mübahisə etdiyindən əlbəyaxa olaraq süpürləşdiklərini, həmin vaxt Əlinin atası Qabil park tərəfdən onların yanına gəldiyini, Qabil Raminlə mübahisə etdiyinə görə bir-birlərini əlləri ilə itələdikləri vaxt PPX-nin əməkdaşları onların hərəkətlərini gördükləri üçün onları rayon PŞ-nə dəvət etdiklərini, hadisə zamanı yanlarında usta Vəlinin və bir neçə nəfər tanımadığı şəxslərin olduğunu bildirmişdir. X10 izahatında X5 izahatında göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli 295 nömrəli rəyində göstərilmişdir ki, 1977-ci il təvəllüdlü Şəxs məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində heç bir xəsarət aşkar edilmədi. Məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli 296 nömrəli rəyində göstərilmişdir ki, 1996-cı il təvəllüdlü X11 məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində heç bir xəsarət aşkar edilmədi. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:50 radələrində Kürdəmir şəhəri Tural Qurbanov küçəsində yaşayan Şəxs və Kürdəmir şəhəri Xanlar küçəsi ev 4-də yaşayan X17 ictimai yer hesab olunan Kürdəmir şəhəri Bakı prospektində uca səslə mübahisə edib dava-dalaş edərək xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zər tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İXM-nin 510-cu, Şəxs və Ə.Zamanov hadisə zamanı bir-birlərinə fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci və Bakı prospektində xidmət aparan PPBX-nin əməkdaşları Şəxs və Əli Zamanovu nizam intizama dəvət etsələr də Şəxs və Ə.Zamanov polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci madəllərində nəzərdə tutulan inzibati xəta törətmişlər. X11 və Şəxs barələrində Azərbaycan Respublikası İXM-nin 510-cu, 535-ci və 157-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti rayon PŞ-nin İTB-nə göndəilməlidir. - X11 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o Şəxs ilə barışmış, aralarında heç bir ədavət yoxdur. - Şəxs xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, X17 ilə barışmışdır. Məhkəmə həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın, zərərçəkmiş şəxs X11 izahatlarını dinləyib, həmçinin məhkəməyə təqdim edilən barışıq ərzələrini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 39.1-ci maddəsində göstərilir ki, bu məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə araşdırması zamanı Şəxs ictimai qaydaları pozan hərəkətlərə yol verməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadələri və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, törətdiyi inzibati xətalara görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə, daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 05 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-691/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-691/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver