Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-695/2023 27.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin ica məmuru X2 iştirakı ilə xx.xx.1987-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qarabucaq kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X4 göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-1735/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2016-cl il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 110 manat aliment tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi və Göyçay rayon məhkəməsinin 2(046)-858/2023 saylı,xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadıək saxlanması üçün hər ay 180 manat aliment tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuş, lakin o, hər ay cəmi 80 manat aliment ödədiyi üçün onun aliment borcu yaranmışdır. Şəxs hazırda himayəsində olan 2 uşağın analarının vəfat etdiyi üçün təkbaşına böyütdüyünü, sabit gəlirinin olmadığını əsas gətirmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2016-cı il tarixli qətnaməsinə əsasən ondan 1uşağın saxlanması üçün 110 manat aliment, Göyçay rayon məhkəməsinin 2023-cü il tarixli qətnaməsi ilə isə 1 uşağa görə 180 manat aliment tutulması qət edilmişdir. Özü işləmir və sabit gəliri yoxdur. Bundan başqa himayəsində də ilk evliliyindən anaları vəfat etmiş 2 uşaqları vardır və o, həmin uşaqları təkbaşına saxlayır. Özü işləməsə də hər ay maksumum dərəcədə çalışaraq 80 manat ödəyir. O, məsuliyyətini başa düşür və məhkəmə qərarına hörmətlə yanaşır. Odur ki, barəsində tərtib olunmuş inzibati materiala xitam verilməsini xahiş etdi. Beləliklə, məhkəmə barəsində inzibati icraat açılmış Şəxs və İcra məmuru Ruslan Əsgərovun izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-1735/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2016-cl il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 110 manat aliment tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi və Göyçay rayon məhkəməsinin 2(046)-858/2023 saylı,xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadıək saxlanması üçün hər ay 180 manat aliment tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İcra vərəqələri Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuşdur. Borclu ifadəsində işləmədiyini və sabit gəliri olmadığını göstərir.Şəxs himayəsində də ilk evliliyindən anaları vəfat etmiş 2 uşaqları vardır və o, həmin uşaqları təkbaşına böyüdür. O, məsuliyyətini başa düşür və hər ay 80 manat ödəyir. Borclu Şəxs məsuliyətini başa düşdüyünü və məhkəmə qərarına hörmətlə yanaşdığını bildir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və İcra məmumurunun çağırışına da könüllü olaraq gəlmiş və icra sənədi üzrə borcundan ödəniş etmişdir. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-695/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-695/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver