Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-695/2025 12.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X15, İsayev Orxan Mahir oğlunun katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Çöhranlı kəndində qeydiyatda olmaqla yaşayan (Fin xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN2293846 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı üzərində daşımış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Kürdəmir şəhəri, "Təzə bazar" adlanan yerdə, körpünün altında yerdə kağız bükümdə narkotik vasitə tapmış, daha sonra istifadə etmək üçün üzərində saxlamış, lakin istifadə etməmişdir. xx.xx.2025-ci il tarixdə saat 16:50 radələrində Kürdəmir şəhəri M.Ə.Sabir küçəsində idarə etdiyi VAZ 2106 markalı avtomobillə hərəkətdə olan zaman polis əməkdaşları onu saxlatdırıb, üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirmişlər. Videoçəkilişlə üzərinə keçirilən baxış zamanı üzərində deyil, avtomobildə narkotik vasitə olduğunu bildirmiş və polis əməkdaşlarına təqdim etmişdir. O, narkotik vasitəni heç kimdən almamış, istifadə etməmiş və satmamışdır. Əməlindən peşmandır və nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X13 tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq onunla əsaslandırdı ki, Şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında xx.xx.2025-ci il tarixdə saxlanılaraq Kürdəmir RPŞ-yə gətirilmişdir. Beləliklə, Şəxs əməlində İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta olduğu müəyyən edildiyindən cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərar əsasında barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. - İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/514 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Tədqiqata təqdim olunmuş üzərində "Şəxs avtomobilindən..." sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi -1.88 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə təyin edilmiş, məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1115 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomoniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon polİs şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı N.R.Həsənovun cinayət işi başlanmasının rədd edilməsi haqqında 20 iyul 2025-ci il tarixli qərarında göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:50 radələrində Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X6, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı X5, kürdəmir RPŞ-nin THnin sürücü polis nəfəri polis serjantı X3 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, üzərində və idarə etdiyi VAZ 2106 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq narkotik vasitələri saxlamasında, daşımasında və istifadə etməsində əsaslı şübhələr olan Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonunda anadan olmuş, Kürdəmir rayonu Çöhranlı kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1990-cü il təvəllüdlü Kərimov X10 şəhəri M.Ə.Sabir küçəsində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında Şəxs bildirmişdir ki, üzərində narkotik vasitə qurudulmuş marixuanası yoxdur, lakin idarə etdiyi avtomobildə vardır. Bunu deyib idarə etdiyi VAZ 2106 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının altından 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusuna baxış keçirilən zaman içərisində isə yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. İfadəsi alınarkən Şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş qurudulmuş marixuananı 60 manat pul müqabilində tanşı İsmayıl adlı şəxsdən almışdır. Bu səbəbdən, X4 yeri müəyyən edilərək RPŞ-nə gətirilmişdir. Şəxs öz ifadəsində göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan arada bir istifadə edir. Taksiçiliklə məşğul olur. Kürdəmir rayonu Yenikənd kənd sakini İsmayıl adlı şəxslə dostluq münasibəti var, İsmayıl bir neçə dəfə onun maşınında sərnişin kimi əyləşmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 11 radələrində İsmayılla görüşən zaman ondan 01 ədəd kibrit qutusunda olan marixuananı 60 manata almışdır. xx.xx.2025ci il tarixdə saat 16:50 radələrində radələrində Kürdəmir şəhəri M.Sabir küçəsində idarə etdiyi VAZ 2106 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən polis əməkdaşları saxlatdırıb, üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirmişlər. Videoçəkilişlə üzərinə baxış keçirilən zaman bildirmişdir ki üzərində narkotik vasitə yoxdur, lakin idarə etdiyi avtomobildə vardır. Bunu deyib idarə etdiyi VAZ 2106 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının altından 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusuna baxış keçirilən zaman içərisində isə yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutusu bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür. Bundan sonra RPŞ-nə gəlmiş müstəntiq tərəfindən şübəli şəxs qismində tutulmuş, hüquq və vəzifləri izah edilmişdir. Dövlət hesabına müdafiəçi ilə təmin olundan sonra Videoçəkiliş vasitəsi ilə üzərindən aşkar edilmiş zərfə qablaşdırılmış kütləyə baxış keçirtmişlər. Videoçəkiliş başlandıqdan sonra şifahi suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, 01 ədəd kibrit qutusundadır. Təqdim edilmiş zərfə baxış keçirilərkən isə həmin zərf üzərindən aşkar edilən qurudulmuş marixuananın qablaşdırıldığını zərf, zərfin tamlığı pozulmamış, üzərində ki is öz imzası olmasını görmüşdür. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, İçərisinə baxdıqda içərisindən bir ədəd kibrit qutusunun içərisində yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm ÇİN istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkisi, 4.78 qram olması müəyyən edilmişdir. Şifahi suallara cavab olaraq bildirdi ki, həmin kibrit qutusunda olan marixuana özünə məxsusdur, həmin marixuananı tapdığını bildirmişdir. Həmin büküm ağ zərfdə qablaşdırılaraq üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində hər hansı cinayət əməli törətməmişdir. üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana özünə məxsusdur. İstifadə etmək məqsədi ilə həmin kütləni Üzərində saxlamışdır. Həmin kütləni tanşı İsmayıl adlı şəxsdən 60 manata almışdır. İfadəsi alınmış X7 öz ifadəsində göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan arada bir istifadə edir. Kürdəmir rayonu Çöhranlı kəndində yaşayan Şəxs taksi sürücüsü kimi tanıyır. Onunla sərnişin kimi bir iki dəfə gedib gəlmişdir. Asimin narkotik vasitələrdən istifadə etdiyini bilməmişdir. Narkotik vasitəlrəin satışı ilə məşğul olmamışdır. Asimlə ədavət və düşmənçiliyi olmamışdır. Asiminin onun barəsində dedikləri yalan və böhtan xarakterlidir. Asimə narkotik vasitə satmamışdır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahısının 109.1-ci bəndinə əsasən" 5 qramdan 500 qrama kimi qurudulmuş marixuana xeyli miqdar kimi qəbul edilir. Şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuananın təmiz çəkisi 1.88 qram olduğundan onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci, 234.1-1-ci və 234.4.3-cü maddəsi ilə cinayət işi başlanması rədd edilməlidir. Həmçinin, Şəxs narkotik vasitə qurudulmuş marixuananı 60 manat pul müqabilində X2 alması öz təsdiqini tapmamışdır. Odur ki, Kürdəmir RPŞ-nin NMQ-nun əməkdaşının raportu əsasında toplanmış HK- 1/1242 və HK1/1246 saylı materiallar üzrə Şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci, 234.2,234.4.3,234.1-1-ci maddəsi ilə, X7 barəsində isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, qərarın sürəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə maddəsi tədbir görülməsi üçün Kürdəmir RPŞ-nin İTB-nin bölməsinə göndərilmiş, Şəxs üzərindən aşkar edilmiş 1.88 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertia tədqiqatından sonra qalan 1.86 qramı məhv edilməsi üçün İTB-nin saxlanc otağına təhvil verilmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında 20 iyul 2025-ci il tarixli qərara əsas verən sənədlərin məhkəmə iclasında tədqiq edilməsi üçün Kürdəmir rayon polİs şöbəsindən tələb edilmiş, Kürdəmir rayon polİs şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı N.R.Həsənovun əmək məzuniyyətində olması və materialın onun seyfində saxlanıldığı üçün məhkəməyə təqdim edilməmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında 20 iyul 2025-ci il tarixli qərarın məzmunundan məlum olur ki, Şəxs ilkin ifadəsində üzərindən aşkar edilmiş qurudulmuş marixuananı 60 manat pul müqabilində tanışı İsmayıl adlı şəxsdən aldığını, sonrakı ifadəsində isə həmin narkotik vasitəni yerdən tapdığını bildirmişdir. X1 Şəxs marixuana satmadığını bildirən ifadəsi ilə razılaşaraq, 13 gün müddətində araşdırmanı yekunlaşdırmış və məsələyə aid olmayan Ali Məhkəmənin Plenum qərarının müddəalarını sadalamaqla cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş, ən əsası məlum olmayan səbəblərdən həmin material tədqiq edilməsi üçün məhkəməyə göndərilməmişdir. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə, üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuananı 60 manat pul müqabilində tanışı İsmayıl adlı şəxsdən almasını məhkəmədə etiraf etməməklə səmimi olmadığını, həmin ifadəsini polisdən qorxduğu üçün dediyini bildirsə də, inzibati icraat qaydasında həmin halın təsdiq və ya təkzib edilməsi mümkün olmamışdır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsetmənin əvvəli 12 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Kürdəmir rayon polis şöbəsinin İTB-nin saxlanc otağına təhvil verilmiş, Şəxs üzərindən aşkar edilmiş 1.88 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertia tədqiqatından sonra qalan 1.86 qramı qərar qanuni qüvvəsini alandan sonra məhv edilməlidir. Şəxs narkotik vasitələdən istifadə etməməsi barədə məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınmalıdır. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə və Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə eyni zamanda belə nəticəyə gəlir ki, hazırki qərarın və cinayət işi başlanmasının rədd edilməsi haqqında 20 iyul 2025-ci il tarixli qərarın surəti X4 əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətlərinin olubolmamasını müəyyən etmək üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kürdəmir rayon prokuroruna göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 noyabr 2022-ci il tarixli Qərarında gəlinən nəticəyə görə istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 85, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində on beş gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 12 avqust 2025-ci il tarixdən hesablansın. Kürdəmir rayon polis şöbəsinin İTB-nin saxlanc otağına təhvil verilmiş, Şəxs üzərindən aşkar edilmiş 1.88 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertia tədqiqatından sonra qalan 1.86 qramı qərar qanuni qüvvəsini alandan sonra məhv edilsin. Şəxs narkotik vasitələdən istifadə etməməsi barədə məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınsın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə və Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Bu qərarın və cinayət işi başlanmasının rədd edilməsi haqqında 20 iyul 2025-ci il tarixli qərarın surəti X4 əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kürdəmir rayon prokuroruna göndərilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-695/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-695/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver