Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-696/2025 05.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X7, Şəxs ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib olunmuş 06 avqust 2025-ci il tarixli, MN ******* nömrəli protokol üzrə Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli 06 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən 3-17-5/2-62028/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək 7 iş günü ərzində təqdim edilməsi tələb edilmiş, poçtun izlənilməsinə baxış zamanı, yəni rəqəmsal sənəd dövriyyəsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X7 Şəxs ASC-dən tələb edilən sənədlərin onlara təqdim edildiyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs ASC-nin nümayəndəsi X4 izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tələb edilən sənədlər onlara təqdim edilmişdir, odur ki, Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3- 17-5/2-62028/2025 nömrəli məktubda göstərilmişdir ki, vətəndaş X3 X15 Səhmdar Cəmiyyətində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) "142" Çağrı mərkəzinə etdiyi müraciətinə aidiyyəti üzrə Nazirlik yanında X12 Xidmətinin (bundan sonra -Xidmət) Mərkəzi Aran regional şöbəsində baxılır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-c hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda va qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X3 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində Xidmətin Mərkəzi Aran regional şöbəsinə (ünvan: AZ 6100 ünvan 1inizə çatdırırıq ki, tərəfinizdən müraciət ilə əlaqədar tələb olunan aidiyyəti məlumatlar (sənədlər) X12 Xidmətinə təqdim edilməyəcəyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 539.3 maddəsinə əsasən (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçiren müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə tərəfimizdən müvafiq qaydada inzibati məsuliyyətə cəlb ediləcəksiniz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, vətəndaş X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətində əmək hüquqlarının pozulması barədə "142" Çağrı mərkəzinə etdiyi müraciətinə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Mərkəzi Aran regional şöbəsində baxılır. Hikmət İsmayılova aid müvafiq sənədlərin 7 (yeddi) iş günü müddətində təqdim olunması ilə bağlı Sizə xx.xx.2025-ci il tarixli 3-17-5/2-62028/2025 nömrəli məktubla sorğu göndərilmişdir. Həmin məktubda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə dair bu Məcəllənin 539.3-cü maddəsinə əsasən tərəfimizdən müvafiq qaydada Cəmiyyətin inzibati məsuliyyətə cəlb olunacağı bildirilmiş, lakin Cəmiyyət tərəfindən Regional şöbəyə müvafiq tədbirlərin görülməsi ilə bağlı məlumat təqdim edilməmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməyiniz məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 12:00-dək Regional şöbəyə (AZ6100, Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 06 ünvanına; e-mail:Elektron ünvan , əlaqə(+9942021) 3-15-51) dəvət olunursuz. Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə Sizdə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Nəzərinizə çatdırırıq ki, İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Şəxs ASC-nin xx.xx.2025-ci il tarixli, 02 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə ünvanlanmış məktubunda Şəxs ASC xx.xx.2025-ci il tarixli, 3-17-5/2-67000 saylı məktuba cavab olaraq X3 2025-ci ilin may (329 manat)- iyun (388 manat) ayları əmək haqları və 26 iş gününə 279,94 manat son hesablaşma hesabı ödənildiyi göstərilmiş, sənədlərin surətləri məktuba əlavə edilmişdir. Şəxs ASC-nin xx.xx.2025-ci il tarixli, 05 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə ünvanlanmış məktubunda Şəxs ASC-nin xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 72769/25 saylı məktubla bağlı X5 aid tələb edilən sənədlərin onlara göndərildiyi bildirilmiş, müvafiq sənədlər məktuba əlavə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibatı xəta haqqında ış üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxs əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatları (sənədləri) təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X7 Şəxs ASC-dən tələb edilən sənədlərin onlara təqdim edildiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin tələbindən də görünür ki, həmin Məcəllənin 539.3-cü maddəsində müəyyən edilmiş inzibati xəta o halda baş verir ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişi əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1 -ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs ASC-nin Azərbaycan Respublikasının inzibatı Xətalar Məcəlləsinin 539.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs ASC-nin Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-696/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-696/2025
05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver