Məhkəmə qərarları › İş №3(041)-697/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-697/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-697/2023 27.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respubliaksı DİN-nin BDYPİ YPXA-dan daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda yerləşən məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respubliaksı DİN-nin BDYPİ YPXA-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş Ağdam rayonu Şıxlar kəndində qeydiyyatda olan Şəxs barəsində toplanmış inzibati material Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43 və 103-cü maddələrinə əsasən aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Daxil olmuş materiala İXM-nin 106-cı maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılarkən müəyyən edildi ki, barəsində inzibati icraat açılmış şəxs Şəxs hərbi qulluqçu olmaqla, AR MN-nin N nömrəli hərbi hissədə qulluq edir. Azərbaycan Respubliaksı DİN-nin BDYPİ YPXA-nın yuxarıda qeyd edilən məktubunda istinad edilən rayon (şəhər) məhkəmələrinin aidiyyətini müəyyən edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsinə görə hərbi qulluqçuların törədiyi inzibati xətalara görə inzibati materiala baxılması üçün hərbi məhkəməyə göndərilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respubliaksı İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Həmin Məcəllənin 114.3-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respubliaksı DİN-nin BDYPİ YPXA-dan daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə baxılması üçün Tər-Tər Hərbi məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106, 118-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Tər-Tər Hərbi Məhkəməsinə göndərilsin. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar