Məhkəmə qərarları › İş №3(041)-699/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-699/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-699/2024 12.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlu sədrliyi Məhkəmə iclas katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə açıq məhkəmə iclasında, xx.xx.1997-ci ildə Kürdəmir rayonundaanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay,fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Sovla kəndindəqeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Kürdəmir Rayon Məhkəməsiinə daxil olmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirdi ki, şəxsi şikayəti əsasında DİN-nin 102 xidmət mərkəzinə zəng edərək şikayət etmiş və şikayəti əsasında polis əməkdaşları onun yaşaığı ünvana gələrək onu polis şöbəsinə dəvət etmişlər. O, da heç bir söz demədən polis əmədaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və heç bir səbəb olmdan onu Kürdəmir RPŞ-də 1m gün saxlamışlar. O, heç bir izahat verməmiş və polis əməkdaşları özləri yazıb ona imza etdirmişlər. Onun yazılan izahatdan məlumatı yoxdur. Hesab edir o, heç bir ictimai qayda pozuntusu törətməmişdir. Odur ki, barəsində qanuni qərar qəbl ediməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən protokolu tərtib etmiş X2 göstərdi i, o. Kürdəmir RPŞ İTB-də polis sahə rəsisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Kürdəmir rayonun Sovla kəndi ərazisində Kürdəmir RPŞ CAB-nin baş əməliyyat müvəkkili Seymr Vahidov və sürücü Kürdəmir rayonunun Sovla kənd sakini Şəxs DİN-nin 102xidmət mərkəzinə etdiyi müraciətlə bağlı onun ünvanına gedib ərizəsi alınması üçün Kürdəmir RPŞ-nə dəvət etsələr də o, sərxoş olmuş və heç bir səbəb olmadan polis əməkdaşlarını ucadan qışqıraraq nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra o. polis şöbəsinə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi göstərilmişdir. Həmin Məcəllənin 510-cu maddəsinin tövsifedici əlaməti xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdən ibarətdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işə baxılarkən tədqiq edilmiş sübutlardan həmin maddənin tövsif edici əlamətləri müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməli və Şəxs dərhal zaldan azad edilməlidir. İş materialalrına əlavə edilmiş xx.xx.2024-cü il tarixli,AZA 000457 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə,saat 19.00da inzibati qaydada tutulmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 510-cu ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və dərhal zaldan azad edilsin. Qərardan 10 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar