Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-7/2025 04.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1956-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü, Kürdəmir şəhəri, Vaqif küçəsi, ev 37də yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP6752999 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 03 dekabr 2024-ci il tarixdə saat 16 radələrində etibarnamə ilə mülkiyyətində olan VAZ-21063 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edib Kürdəmir şəhəri Babək prospektində yolun hərəkət hissəsinin sağ kənarında dayandırdıqdan sonra “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 1-ci bəndinin tələbinə əsasən, sürücü hərəkəta başlamazdan, yerdəyişməzdən, dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu haldə həmin tələbə riayət etməyərək hərəkətə başlamazdan əvvəl Ağsu rayonu istiqamətində hərəkətdə olan nəqliyyat vasitələrinə yol verməli olduğu halda yol verməyib geriyə dönmək məqsədilə anidən yolun sağ kənarından sola doğru manevr edərək həmin vaxt Ağsu rayonu istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs etibarnamə olmadan idarə etdiyi Mercedes Benz minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu zolağa çıxması səbəbindən avtomobilinin ön sol qənəd hissəsinin Mersedes Benz minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi ilə toqquşması nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs maddi zərər vurmaqla maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-1189/2024 saylı qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat Şəxs “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Kürdəmir RPŞ-nın TB-nın baş təhqiqatcısı Aqil Əhmədovun xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayətə baxılıb, müvafiq qərar qəbul edilənədək dayandırılmışdır. Kürdəmir rayon prokurorunun xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Şəxs şikayəti əsasında HK-2291 nömrəli material öyrənilmiş və “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Kürdəmir RPŞ-nın TB-nın baş təhqiqatcısı Aqil Əhmədovun xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. xx.xx.2025-ci il tarixli qərardadla Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraat təzələnmiş, inzibati materiala məhkəmə iclasında baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, sürücülük vəsiqəsinin müddəti bitdiyinə görə etibarnamə ilə VAZ-21063 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilini sürücülük vəsiqəsi olmadan idarə edir. 03 dekabr 2024-ci il tarixdə saat 16 radələrində həmin VAZ-21063 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili Kürdəmir şəhəri Babək prospektində məscidin yanından yola çıxaraq yolun əks istiqamətinə keçib "saat dairəsi" adlanan yerə tərəf sürüb getmək istərkən qoşa xəttə bir qədər qalmış "saat dairəsi" tərəfindən sürətlə gələn Mersedes markalı avtomobil onun avtomobilinin sol tərəfini əzmişdir. Hesab edir ki, yol hərəkət qaydalarını Mercedes Benz minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü pozmuşdur. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, atası X1 məxsus Mercedes Benz E200 minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə 70 km/saatda Kürdəmir şəhəri Babək prospektində "saat dairəsi" adlanan yerdən Kürdəmir rayon mərkəzi xəstəxanasına doğru getdiyi vaxt 1 nömrəli marketin yanından ağ rəngli VAZ-21063 markalı avtomobil yola çıxıb əks yola dönüb geri qayıtmaq istədikdə o öz yolunda tormoz əyləcini basdığını, lakin hadisənin qarşısını ala bilmədiyini, onun avtomobilinin qarşı sağ tərəfi həmin VAZ- 21063 markalı avtomobilin qarşı sol tərəfinə dəyərək əzildiyini, o heç bir xəsrət almadığını, təhlükəni təxminən 5-6 metr qalmış gördüyünü və hadisənin qarşısını almaq üçün tormoz əyləcini basdığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ DYPB-nın YHN-nın inspektoru X4 bildirdi ki, ünvan 1-də yaşayan Şəxs 03 dekabr 2024-ci il tarixdə saat 16 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ-21063 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağından arxada gələn avtomobili gözləmədən hərəkətə başlayaraq yolun hərəkət hissəsində Zərərçəkmiş şəxs etibarnaməsi olmadan idarə etdiyi Mercedes Benz minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxıb toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş təhqiqat aparılması üçün Kürdəmir RPŞ-nın TB-nın təhqiqatcısı Aqil Əhmədovun icraatına verilmiş, araşdırma zamanı onların izahatları alınmış, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2024cü il tarixdə cinayət işi başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İXM-nın 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞ-nın DYP bölməsinə göndərilmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 332.4-cü maddəsi inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - Kürdəmir rayon mərkəzi xəstəxanasının xx.xx.2024-ci il tarixli 403 nömrəli sərxoşluğun təyini protokolunda qeyd olunmuşdur ki, sürücü Zərərçəkmiş şəxs ayıqdır, spirtli içki qəbul etməmişdir, - Kürdəmir rayon mərkəzi xəstəxanasının xx.xx.2024-ci il tarixli 404 nömrəli sərxoşluğun təyini protokolunda qeyd olunmuşdur ki, sürücü Şəxs ayıqdır, spirtli içki i qəbul etməmişdir. - Kürdəmir RPŞ-nin DYPB-nin rəisi polis mayoru Zamiq Ağayevin 06 dekabr 2024ci il tarixdə TB-nə göndərdiyi sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Şəxs sürücülük vəsiqəsinin müddəti xx.xx.2024-ci il tarixdə bitmişdir. Lakin Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi vardır və hazırda da aktivdir, etibarlıdır. Mercedes Benz minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ödənilməyən cərimə borcu yoxdur. Lakin VAZ-21063 markalı ** BE *** din nişanlı avtomobilin üzərində müəyyən olunmuş müddəti keçməklə 14 (on dörd) manat ödənilməyən cərimə borcu vardır. - Kürdəmir avtomobillərə texniki xidmət məntəqəsinin mütəxəssisi Seymur Bünyatovun 06 dekabr 2024-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, hadisə zamanı Mercedes Benz E200 minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2350 (iki min üç yüz əlli) manat ziyan dəymişdir. - Məhkəmə tibb ekspertinin xx.xx.2024-ci il tarixli 564 nömrəli rəyində göstərilmişdir ki, 1956-cı il təvəllüdlü Şəxs məhkəmə tibb müayinəsi zamanı bədənində hər hansı bir xəsarəti aşkar edilməmişdir. - Kürdəmir rayon polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı polis mayoru X2 cinayət işi başlamasının rədd edilməsi haqqında 1 dekabr 2024-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki. ünvan 1 ünvanında yaşayan Şəxs 03 dekabr 2024-11 tarixdə saat 16 radələrində etibarnamə ilə mülkiyyətində olan VAZ-21063 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı automobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edib Kürdəmir şəhəri Babək prospektinə gələrək avtomobilini yolun hərəkət hissəsinin sağ kənarında dayandırdıqdan sonra “Yol hərəkəti haqqında” Qanunun 42 maddəsinin 1-ci bəndinin tələbinə əsasən, sürücü hərəkəta başlamazdan, yerdəyişməzdən, dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici şıq siqnallarının köməyi ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkatın digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda həmin tələbə riayət etməyərək hərəkətə başlamazdan əvvəl Ağsu rayonu istiqamətində hərəkətdə olan naqliyyat vasitələrinə yol verməli olduğu halda yol verməyib geriyə dönmək məqsədilə anidən yolun sağ kənarından sola doğru manevr edərək həmin vaxt Ağsu rayonu istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs etibarnamə olmadan idarə etdiyi Mersedes Benz minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu zolağa çıxması səbəbindən avtomobilinin ön sol qənəd hissəsinin Mercedes Benz minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi ilə toqquşması nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs maddi zərər vurmaqla maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hərəkətləri ilə Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edərək manevretmə qaydasını pozmaqla zərər çəkmiş şəxsə maddi zərər vuraraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin Zərərçəkmiş şəxs etibarnamə olmadan avtomobili idarə etməklə Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. Toplanmış materialda cinayət tərkibi yaranmadığından material üzrə cinayət işi başlanılması rədd edilmiş və onlar barəsində inzibati tədbir görülməsi üçün qərarın sürəti aidiyyəti üzrə Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməsə də, işdə olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, fotoşəkillər, ekspertiza rəyləri və iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsi). Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV
Məhkəmə qərarları › İş №3(041)-7/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-7/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver