Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-700/2024 12.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Kürdəmir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonunun Şüşün kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şüşün kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Biləcəri qəsəbəsi, döngə 6 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Kürdəmir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Kürdəmir Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(041)-142/2024 saylı icra sənədi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu şəxs Şəxs tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs yanında qalan övladı xx.xx.2014-cü il təvəllüdlü X5 ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 17:00-a kimi maneəsiz və sərbəst şəkildə öz evinə aparmaqla ünsiyyətdə olmaq (görüş) hüququ verilməsinə baxmayaraq o, bu vəzifəsini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, məhkəmənin qərarı ilə Zərərçəkmiş şəxs ilə aralarında olan nikah pozulmuş, onların birgə nikahından doğulan bir uşağı atasının, yəni Zərərçəkmiş şəxs, digər uşaq yəni X5 isə onun himayəsində saxlanılmışdır. O, uşağın atası Zərərçəkmiş şəxs dəfələrlə uşaqla maneəsiz görüşmələri üçün şərait yaratdığını, istənilən zaman uşaqla ünsiyyətdə olmaq, onu məhkəmənin qətnaməsində göstərildiyi kimi şənbə və bazar günləri maneəsiz və sərbəst şəkildə öz evinə aparmaqla ünsiyyətdə olmağa maneə olmadığını bildirmiş, lakin Zərərçəkmiş şəxs heç zaman uşaqlarla maraqlanmamış, yalnız uşağın babası onunla bağlı müraciət etmişdir. Məhkəmənin qətnaməsində uşağın babasına yox, atasına uşaqla ünsiyyət hüququ verilmiş, lakin uşağın atası öz hüquqlarından istifadə etmir. O, hazırda Bakı şəhərində yaşadığından və işlədiyindən, icra məmurunun çağırışlarından xəbərdar olmamışdır. Çünki, icra məmurunun bütün bildirişləri onun əvvəl yaşadığı ünvana gəlmişdir. O, uşağın atası ilə görüşməsinə heç bir maneə görmür, bunu onun özünə də dəfələrlə onunla telefon danışığında bildirmişdir. Əksinə ona atasında qalan uşaqla ünsiyyətdə olmağa maneə olaraq, onunla görüşməyə icazə vermirlər. Odur ki, uşağını görməyə imkan verilmədiyindən o, axırıncı dəfə may ayında Kürdəmir şəhərinə gələrək gizlin şəkildə uşağın təhsil aldığı orta məktəbə gedərək məktəbin həyətində onu görmüşdür. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(041)-142/2024 saylı icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs yanında qalan övladıxx.xx.2014-cü il təvəllüdlü X5 ilə hər həftənin şənbə və bazar günləri gündüz saat 11:00dan 17:00-a kimi maneəsiz və sərbəst şəkildə öz evinə aparmaqla ünsiyyətdə olmaq (görüş) hüququ verilmişdir; icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(041)-142/2024 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclunun yerinin müəyyən edilməsi məqsədilə borclunun yaşadığı ünvana baxış keçirilmiş, lakin borclunun yerini müəyyən etmək mümkün olmdığından barəsində axtarış elan edilmişdir; xx.xx.2024-cü il tarixili izahatından görünür ki, Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatında borclu Bakı şəhəri, Biləcəri qəsəbəsi, döngə 6 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır icra sənədini sabah icra edəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, borclu Şəxs Kürdəmir Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(041)-142/2024 saylı icra sənədi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi əsası ilə barəsində Kürdəmir rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin iş materiallarından borclunun icra sənədi barədə məlumatlandırılması, onun icra sənədini hansı tarixdə alması, icra məmurunun çağırışlarından yayınması müəyyən edilməmişdir. Məhkəmə iclasında izahatında borclu uşağın atası Zərərçəkmiş şəxs dəfələrlə uşaqla maneəsiz görüşmələri üçün şərait yaratdığını, istənilən zaman uşaqla ünsiyyətdə olmağa şərait yaratması barədə danışdığını, lakin Zərərçəkmiş şəxs heç zaman uşaqlarla maraqlanmadığını, yalnız uşağın babasının onunla bağlı müraciət etdiyini, lakin uşağın atasının öz hüquqlarından istifadə etmədiyini, özünün hazırda Bakı şəhərində yaşadığından və işlədiyindən, icra məmurunun çağırışlarından xəbərdar olmadığını, icra məmurunun bütün bildirişlərinin onun Kürdəmir rayonunda əvvəl yaşadığı ünvana gəldiyini, uşağın atasının uşaqla görüşməsinə heç bir maneə olmadığını, əksinə ona atasında qalan uşaqla görüşməyə icazə verilmədiyini bildirmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-700/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-700/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver