Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-701/2023 31.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 16.25-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2000-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Kürdəmir şəhəri,Z.Tağıyev küçəsi, ev 13də qeydiyyatda olan və yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə olan 0,04 qram tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qruduluş marixuananı qanunsuz əldə edərək üzərində saxlamışdır. Şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin çəkisi şəxsi istehlak miqdarında olduğundan Kürdəmir rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Orxan Bağırovun inzibati məsuliyyətə cəlb olunması qərara alınmış və barəsində inzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs xx.xx.2023-cü il tarixdə,saat 14 radələrində yaşadıqları evindən küçəyə çəxmış və yerdə bir büküm polietilen büküm görüb götürmüş və açıb içərisinə baxanda içərisində qrudulmuş marixuana görüb cibinə qoymuşdur.Həmi günü İ.Qayıbov küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitəni qanunsuz olaraq üzərində saxlamasında şübhəli olduğunu bildirib onu Kürdəmir RPŞ-nə dəvət edib 2 nəfər hal şahdi və müdafiəçinin iştirakı ilə üzərində baxış keçriilmiş və o, cibində saxladığı narkotik vasitəni polis əməkdşalarına təhvil vermişdir. İlk dəfə inzibati xəta hadisəsi törətməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alıb ona yüngül cəza veriləməsini xahiş etdi. İş materiallarına xx.xx.2023-cü il tarixli,18/573 nömrəli ekspert rəyində göstərilir ki, Şəxs züzərindən təmiz çəkisi-0,04 qram tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qruduluş marixuanadır. Marixuananın təmiz çəkisi-0,04 qram,tədqiqata sərf edildi 0,02 qram, 0,02 qram qalıq qalmışdır. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmiuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarında öz üzərində gəzdirmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinəəsasən inzibati xəta törətmişşəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 31 iyul 2023-cü il tarixdən hesablansın. Kürdəmir rayon polis şöbəsində maddi sübut kimi saxlanılan Şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 0,02 qram nakotik vasitə olan tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-701/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-701/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver