Məhkəmə qərarları › İş №3(041)-701/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-701/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-701/2024 12.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə İmişli rayonunun Telişli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İmişli rayonunun Telişli kəndində qeydiyyatda olmaqla yaşayan (FİNxxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X2 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində bir nəfər şəxsin “Muravey” markalı motosikletin arxa yük yerinə qara rəngdə bayraq taxaraq Kürdəmir şəhər Bakı prospektində hərəkətdə olarkən xidmətdə olan YPXnin əməkdaşları tərəfindən RPŞ-yə dəvət olunmuş, RPŞ-də həmin şəxslə profilaktiki söhbətlər aparılarkən həmin şəxs RPŞ-nin inzibati binasının daxilində ucadan səs-küy salaraq digər əməkdaşların iş fəaliyyətini pozmuş, onu dəfələrlə nizam-intizama dəvət etsələr də həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirməyə başlamışdır. Sonda məlum olmuşdur ki, həmin şəxs İmişli rayon Telişli kənd sakini Şəxsdur. Odur ki, onun barəsində Azərbaycan Respublikası İXM-inin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus “Muravey” markalı motosikletlə İmişli rayonundan Kürdəmir rayonuna ustadan təmirə verdiyi telefonunu götürməyə getmiş, idarə etdiyi motosikletin sol arxa tərəfdən məhərrəmlik ayı ilə əlaqədar 01 ədəd qara rəngli bayraq asmışdır. Ona görə də Kürdəmir rayonunun ərazisində dörd yol adlanan ərazidə polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə dəvət emişlər. Polis şöbəsində qara rəngli bayraqları qaytarmadıqlarından orda səs-küy salmış, onlardan bayraqlarını tələb etmişdir. O özü ikinci Qarabağ müharibəsi, yəni Vətən müharibəsi iştirakçısıdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Şəxs törətdiyi inzibati xəta işin halları ilə bağlı izahatı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar ədalətlilik prinsipindən irəli gələrək qanunvericilikdə nəzərdə tutulmuşdur. Bu prinsip inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbehin ədalətli olmasını, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, hərbi qulluqçular Vətən qarşısında borclarını yerinə yetirən şəxslər olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, Vətən uğrunda gedən döyüşlərdə, habelə dövlətimizin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətlərə malik ola bilərlər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, məhkəmələr tərəfindən tənbeh tətbiq olunarkən onların yuxarıda qeyd olunan xüsusi xidmətləri, bununla əlaqədar Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif olunmaları, habelə şəxsiyyətini xarakterizə edən müsbət hallar İXM-nin 32.2-ci maddəsinə müvafiq olaraq yüngülləşdirici hal qismində nəzərə alınmalıdır. Şəxs Vətən müharibəsi iştirakçısı olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar