Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-702/2024 15.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Kürdərmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 və Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nin rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonun Çərtəyəz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Mollakənd ərazi dairəsi, Çərtəyəz kəndində qeydiyyatda olmaqla yaşayan (FİN- xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXMin) 510, 535.1, 334.2, 332.1-ci maddlərində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1, 334.2 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Kürdəmir RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP 6403815, xx.xx.2024-cü il tarixli MN 2049342, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan- Kürdəmir RPŞ-nin DYPB-nın rəisi, polis mayoru X5 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixində, saat 02:50-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmiş, odur ki, barəsində xx.xx.2024cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 izahatında bildirmişir ki, Kürdəmir rayon Çərtəyəz kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:45 radələrində Kürdəmir şəhəri Vaqif küçəsində VAZ 2106 markalı, ** BD *** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərək yolun kənarında saxlayıb ucadan nalayiq ifafələr işlətmiş, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, bu zaman o, ucadan sərxoş halda ünvanlı və ünvansız nalayiq söyüşlər söyməyə başlamış, avtomobili sürüb getmək istəyərkən onlar həmin şəxsi saxlayaraq hadisə yerinə YPX əməkdaşlarını çağırmış, həmin şəxs nalayiq söyüşlər söyərək öz hərəkətlərini davam etdirmişdir. Dəfələrlə nizam-intizama dəvət etsələr də həmin şəxs öz hərəkətlərini davam etdirmiş, onların qanuni tələblərinə məhəl qoymamış, Kürdəmir RPŞ-nə getməkdən də imtina etmiş, həmin şəxsi məcburi qaydada RPŞ-nə gətirmişlər. Odur ki, onun barəsində xx.xx.2024-cü il tarixli MN 2049342, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddə ilə təqsirli bilərək izahatında xx.xx.2024-cü il tarixdə, saat 02:45 radələrində atasına məxsus VAZ 2106 markalı, ** BD *** dövlət qeydiyyat nömrəli avtomobili sərxoş halda idarə etdiyini etiraf etmiş, özünü Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilməyərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 02:45 radələrində Kürdəmir rayonunda, dörd yol adlanan ərazidə avtomobili saxlayaraq yolun kənarında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmiş, o, həmin ərazidə heç bir müqavimət göstərmədən, polislərə və ya digər şəxslərə nalayiq ifadələr işlətmədən onlarla polis şöbəsinə getmiş, onun tibbi müayinəsi keçirilmiş, orada sərxoş olduğu müəyyən edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin YPX inspektoru X4 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixində, saat 02:50-də xidməti fəaliyyətlərini həyata keçirən zaman Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:45 radələrində Kürdəmir şəhəri Vaqif küçəsində VAZ 2106 markalı, ** BD *** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərək yolun kənarında saxlayıb ucadan nalayiq ifafələr işlətməsini görmüş, ona yaxınlaşaraq özlərini təqdim etmiş, bu zaman o, ucadan ünvanlı və ünvansız nalayiq söyüşlər söyməyə başlamış, hadisə yerinə YPX əməkdaşlarını çağırmış, həmin şəxs nalayiq söyüşlər söyərək öz hərəkətlərini davam etdirmişdir. Şəxs polisin qanuni tələblərinə məhəl qoymamış, Kürdəmir RPŞ-nə getməkdən də imtina etmiş, həmin şəxs məcburi qaydada RPŞ-nə gətirilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin PPXB-nün polis nəfərləri X6, X3 şahid X4 ilə ümumən eyni məzmunlu izahatlar verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, o, Kürdəmir rayonunda, dörd yol adlanan ərazinin yaxınlığında dönər satmaqla məşğul olaraq ailəsinin maddi təminatını həyata keçirir. xx.xx.2024-cü il tarixində, saat 02:50-də əvvəllər tanımadığı Şəxs onun dönər satdığı yerə gələrək ondan dönər istəmiş, o isə artıq gecə olduğundan xidmət etmədiyini bildirmişdir. Bundan sonra Şəxs 102 xidmətinə zəng edərək ondan gecə saat on ikidən sonra fəaliyyət göstərməsi barədə şikayət etmişdir. Sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, Şəxs polisin qanuni tələblərinə baxmayaraq orada nalayiq ifadələr işətmiş, onlarla polis şöbəsinə getməsi təklif edilsə də o, polislərin təkidinə baxmayaraq polis şöbəsinə getməkdən imtina etmiş, sonradan onu polis şöbəsinə aparmışlar. O, Şəxs qarşı polis əməkdaşlarının hansısa qanunsuz əməllərinin şahidi olmamış, ona qarşı heç bir zorakılıq tətbiq edilməmiş, sadəcə polis şöbəsinə getməkdən imtina etdiyindən zorla avtomobilə əyləşdirirlərək polis şöbəsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli AZA 000462 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin gün, saat 03:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində, saat 02:45 radələrində Kürdəmir rayonu, Vaqif küçəsində ictimai asayişi pozmuş, polisin qanuni tələbinə qəsdən tabe olmamış, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Babaşov X7 rayonu, Vaqif küçəsində ictimai yerdə ictimai qaydanı pozaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini etibarnamə olmadan, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərar qüvvəyə mindiyi gündən bir il ərzində Kürdəmir rayonu ərazisində VAZ 21063 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə, saat 02:50 radələrində idarə etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 324.2, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxslərin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Kürdəmir RPŞ tərəfindən Azərbaycan Respublikası İXM-in 334.2, 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İXM-in 334.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətakları törətməsi inzibati xəta haqqında protokollar tərtib etmiş şəxslərin, şahidlərin izahatları, iş materialları və məhkəmə iclasında toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 510-cu madəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 334.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 334.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə - Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. Şəxs həbsdə saxlanılma müddətinin əvvəli 14 iyul 2024-cü il tarixdən, saat 03:00dan hesablansın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərarın inzibati həbsə dair icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-702/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-702/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver