Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-703/2024 15.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş materiala baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokollar və onlara əlavə olunmuş material Kürdəmir Rayon Məhkəməsinə daxil olmuşdur. İş üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:45 radələrində Kürdəmir rayonu, Vaqif küçəsində ictimai yerdə ictimai qaydanı pozaraq ünvansız nalayiq ifadələr işlətmiş, İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:45 radələrində Kürdəmir rayonu, Vaqif küçəsində ictimai asayişi pozaraq ictimai yerdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, hazırki işin tam, hərtərəfli, obyektiv araşdırılması üçün işə baxılması Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş materialla birlikdə, hazırda məhkəmənin icraatında olan 3(041)-702/2024 nömrəli işlə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 2.09.2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş materiala Kürdəmir Rayon Məhkəməsinin icraatında olan 3(041)-702/2024 saylı inzibati xəta haqqında işlə birlikdə baxılması üçün həmin işlə bir icraatda birləşdirilsin və 3(041)-703/2024 saylı işin icraatına xitam verilsin Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-703/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-703/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver